| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Azərbaycana demoqrafik TƏHLÜKƏ - Çoxuşaqlılar diyarı olmuş bir ölkə...
Tarix 06.07.26, 14:13 |
|
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-may aylarında Azərbaycanda 38 836 uşaq, 2026-cı il yanvar-may aylarında 28 631 körpə dünyaya gəlib. Beləliklə, doğum sayı cəmi bir il ərzində eyni dövr üçün 10 205 nəfər (təxminən 26%) azalıb. Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. “Hər 1000 nəfərə düşən doğum əmsalı 2025-ci ilin ilk 5 ayında 9,2 olduğu halda, 2026-cı ilin müvafiq dövründə 8,5-ə enib. Ölkədən gənclərin sürətli köçünü də nəzərə alsaq, məmləkət demoqrafik fəlakətə doğru gedir”, - o bildirib.

Xatırladaq ki, 2024-cü ilin ilk beş ayında 43 min 317 körpə doğulub. Vaxtilə çoxuşaqlı ailələrin məmləkəti kimi tanınan Azərbaycanı gerçəkdənmi demoqrafik fəlakət təhdid etməyə başlayıb? Natiq Cəfərli haqlıdırmı?
Sosioloq Üzeyir Şəfiyev Musavat.com-a qeyd edib ki, Azərbaycanda demoqrafik ləngimə prosesi artıq bir neçə ildir müşahidə olunur və bu tendensiya statistik göstəricilərdə də aydın şəkildə əksini tapır: "Son illərin rəqəmləri göstərir ki, ölkədə təbii artım sürəti əvvəlki dövrlərlə müqayisədə zəifləyib. Statistikaya əsasən, son 22 ildə əhalinin ümumi sayı 26,6 faiz artsa da, ahıl əhalinin sayı təxminən 99 faiz artıb. Bu isə gələcəkdə əhalinin qocalması probleminin daha da aktuallaşa biləcəyindən xəbər verir. Son 5-10 ilin statistikasına nəzər saldıqda demoqrafik artım tempinin ildən-ilə zəiflədiyi görünür. Bu, ilk növbədə doğulan uşaqların sayında özünü göstərir. Eyni zamanda, birinci sinfə gedən şagirdlərin sayında da azalma müşahidə olunur. Hətta Nazirlər Kabinetinin hesabatlarında da demoqrafik proseslərin əmək bazarına və təhsil sisteminə təsiri vurğulanır. Məsələn, gələcəkdə şagird sayının azalması nəticəsində müəyyən ixtisaslar üzrə müəllim ehtiyacının da azalacağı ehtimal edilir".

Sosioloqun fikrincə, demoqrafik ləngimənin ən mühüm təsirlərindən biri əmək bazarında hiss oluna bilər: "Təbii artım azaldıqca işçi qüvvəsinə olan tələbatın ödənilməsi üçün xarici əmək miqrasiyasına ehtiyac arta bilər. Bu baxımdan, Azərbaycanın gələcəkdə Avropa ölkələrinin üzləşdiyi miqrasiya çağırışlarının müəyyən elementləri ilə qarşılaşması mümkündür. Təbii artımın zəifləməsi fonunda mexaniki artımın, yəni miqrasiya hesabına əhali artımının rolu yüksələ bilər. Digər mühüm məsələ əhalinin qocalmasıdır. Yeni doğulanların sayı azalarkən ahılların sayının artması dövlət üçün əlavə sosial və maliyyə yükü yaradır. İşləyən və vergi ödəyən əhalinin sayı azalır, pensiya və sosial təminat sistemindən istifadə edənlərin sayı isə artır. Bu isə sosial müdafiə sisteminə əlavə təzyiq deməkdir. Hesab edirəm ki, bu proseslər hökumət səviyyəsində diqqətlə izlənilir və zərurət yarandıqda demoqrafik həvəsləndirmə mexanizmlərinin tətbiqi gündəmə gələ bilər. Bunlara uşaq pullarının bərpası, yeni ailələr üçün əlavə sosial güzəştlər, mənzil təminatı proqramlarının genişləndirilməsi, gənclərin məşğulluğunun artırılması kimi tədbirlər aid edilə bilər. Bəzi ölkələrin təcrübəsi də maraq doğurur. Məsələn, ABŞ-da qəbul edilən proqramlardan birində uşaq doğulduqdan sonra onun adına hesab açılması və ilkin vəsait yatırılması nəzərdə tutulur. Həmin vəsait gələcəkdə uşağın təhsil və ya digər ehtiyacları üçün istifadə olunur. Oxşar təşəbbüslər Azərbaycanda da müzakirə mövzusu ola bilər".
Sosioloq demoqrafik ləngimənin səbəblərindən də danışıb. Onun fikrincə, buraya doğum səviyyəsinin azalması, gənclərin ailə qurmağa marağının zəifləməsi, təhsil və karyera məqsədilə xaricə üz tutması, eləcə də regionlardan böyük şəhərlərə miqrasiya daxildir: "Əvvəllər demoqrafik artımın əsas mənbəyi hesab olunan regionlarda da artıq ləngimə əlamətləri müşahidə edilir. Azərbaycan üçün gənc və keyfiyyətli insan kapitalı strateji əhəmiyyət daşıyır. Son illərin statistikası göstərir ki, gənclərin əhalidəki xüsusi çəkisi əvvəlki dövrlərlə müqayisədə azalma meyli nümayiş etdirir. Bu isə uzunmüddətli perspektivdə həm iqtisadi, həm sosial, həm də milli təhlükəsizlik baxımından diqqət tələb edən məsələdir. Hazırda Azərbaycan region ölkələri arasında təbii artım göstəricilərinə görə hələ də nisbətən əlverişli mövqedədir. Lakin əvvəlki dövrlərlə müqayisədə heç vaxt olmadığı qədər demoqrafik ləngimə müşahidə olunur. Sovet dövründə və ondan əvvəlki mərhələlərdə yüksək doğum səviyyəsi ilə seçilən Azərbaycan cəmiyyətində son onilliklərdə ailə planlaşdırılması yanaşmaları dəyişib. Əksər ailələr bir, iki və ya maksimum üç uşaqla kifayətlənməyə üstünlük verirlər. Burada təhsil və həyat səviyyəsinin yüksəlməsi amili də mühüm rol oynayır. Dünyanın bir çox ölkəsində olduğu kimi, təhsil səviyyəsi və urbanizasiya artdıqca ailələr daha az uşaq sahibi olmağa meyllənirlər. Azərbaycan da bu qlobal prosesdən kənarda deyil. Mövcud statistika göstərir ki, demoqrafik ləngimə artıq təsadüfi deyil, davamlı tendensiya xarakteri daşıyır. Əgər bu proses gələcək illərdə də davam edərsə, demoqrafik siyasətin gücləndirilməsi qaçılmaz olacaq".
Üzeyir Şəfiyev həmçinin vurğulayıb ki, burada xüsusilə diqqət çəkən məqamlardan biri ahıl əhalinin xüsusi çəkisinin artmasıdır: "Beynəlxalq meyarlara görə, yaşlı əhalinin payı müəyyən həddi keçdikdə ölkə qocalan əhali kateqoriyasına daxil edilir. Azərbaycanda 65 yaşdan yuxarı əhalinin payı artıq 11 faizdən çoxdur ki, bu da ciddi siqnaldır. Əhalinin qocalması və doğum səviyyəsinin azalması gələcəkdə əmək bazarında çatışmazlıqlar, miqrasiya axınının güclənməsi, sosial təminat yükünün artması və səfərbərlik potensialının zəifləməsi kimi problemlər yarada bilər. Buna görə də yaxın perspektivdə hökumətin demoqrafik həvəsləndirmə tədbirlərinə üstünlük verməsi ehtimalı yüksəkdir. Bu tədbirlər sırasında uşaq müavinətlərinin bərpası, çoxuşaqlı ailə statusunun verilməsi üçün tələb olunan uşaq sayının azaldılması, gənc ailələr üçün güzəştli mənzil proqramlarının genişləndirilməsi, faizsiz və ya aşağı faizli kreditlərin təqdim olunması kimi mexanizmlər yer ala bilər. Türkiyədə həyata keçirilən ailə siyasəti nümunələri də göstərir ki, dövlət dəstəyi ailə qurmağa və doğum səviyyəsinin yüksəlməsinə müəyyən müsbət təsir göstərə bilir. Bütün hallarda, Azərbaycanda demoqrafik ləngimə artıq reallıqdır və hesab edirəm ki, bu reallıq gələcək sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi diqqət mərkəzində qalacaq".
Xəbərin oxunma sayı : 1138
Sosial
Xəbərlər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İranda gizlənən həqiqətlər - Ölkəni kim idarə edir və rejimi nə gözləyir?
-
Sevgi münasibəti məhkəmə zalına daşındı: Tiktoker üçün ağır cəza tələb edildi
-
Haalandın Dünya Kubokundan qayıdışı gündəm oldu - FOTO
-
Azərbaycanda ötən il 3 nadir xəstəliyə yoluxma qeydə alınıb: Hansılardır?
-
Travmatologiya İnstitutunda izdiham: Səbəb açıqlandı - VİDEO
-
Məktəblər üçün 9 milyonluq tender: Hansı işlər görüləcək?
-
Pelleqrini İlham Əliyevin jestindən yazdı: “Məni qəlbdən təsirləndirdi“
-
Azərbaycanda bu ay hansı məhsullar bahalaşıb? - SİYAHI
-
Qızını boşatdırmaq istədi, kürəkəni tərəfindən öldürüldü - Şamaxıdakı qətlin TƏFƏRRÜATI
-
Prezidentlər Baş Qərvənd kəndində görülən işlərlə tanış oldu - FOTOLAR
-
Nihat Kahveci saxlanıldı - Keçmiş arvadını döydüyünə görə
-
Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq - PROQNOZ
-
Ölkədə müvəqqəti olma müddətinin uzadılması elektron qaydada aparılacaq - Rüsum alınmayacaq
-
İnflyasiya 5,7 faizə yüksəldi - Ən çox bahalaşan sahələr açıqlandı
-
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
-
Dünyada ən çox tankı olan ölkələr - Azərbaycan və Türkiyə neçənci sıradadır? (SİYAHI)
-
“Həddinizi bilin, hamınıza üzr istətdirəcəyəm“ - FOTO
-
Milli Məclis enerji resursları barədə daha bir qanun qəbul edib - Dəyişiklik
-
“Dövlətlərarası münasibətlərimizin tarixində yeni dövr başlayıb” - Əliyevdən Makrona təbrik
-
“Həkimlərin sayı az, növbə sistemi isə yoxdur...” - VİDEO
-
Azərbaycanda Media və Yayım Şurası yaradıldı - Deputatlar “hə“ dedi
-
“Onlar Azərbaycanı günahkar kimi təqdim etməyə çalışırdı“ - Hikmət Hacıyev
-
İlham Əliyev və Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış edirlər - CANLI
-
Prezidentlərin Şuşada geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Bakı-Şamaxı yolunda təhlükəli vəziyyət yarandı: AAYDA-dan açıqlama
-
Azərbaycan beynəlxalq yükdaşımalardan nə qədər qazanıb? - Deputat rəqəmləri açıqladı
-
Şuşada İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub - FOTOLAR
-
İxtisas seçimində hansı qrupa qəbul olmaq nisbətən asan olacaq? - VİDEO
-
Azərbaycan nefti 3 dollardan çox bahalaşdı - Yeni qiymət
-
Müharibə nə vaxt bitəcək? - Trampdan cavab
-
Xırdalanda sakinlərin dözülməz həyatı: “Pəncərəni açmağa qorxuruq“ (VİDEO)
-
Binəqədidə gün ərzində bir neçə saat su verilir - VİDEO
-
Azərbaycanda neçə milyonçu var? - SİYAHI
-
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO
-
Qobustanda uçan körpünün inşası nə vaxt bitəcək? - VİDEO
-
Magistral su xətti partladı, 6 kənd susuz qaldı - VİDEO
-
PSJ “Nike” ilə müqaviləni 2037-ci ilə qədər uzadır - İlə 100 milyon
-
DİM beynəlxalq dil sertifikatlarını tanımır? - Açıqlama
-
AQTA-dan şübhəli arıqlama məhsulları ilə bağlı - Çağırış
-
“Zəngəzur dəhlizi vacib layihədir” - İlham Əliyev
-
Rusiyanın özəl təyyarəsi İrana gəldi - Xameneyini gətirib?
-
Abbasov üç nəfərə yüksək vəzifə verdi - ADLAR
-
Tramp Hörmüz boğazından keçidlərə görə haqq tələb edir - Rəqəmi AÇIQLADI
-
Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi
-
Milyonlar geri çəkildi - Cahangir Əsgərovun ailə şirkətində nə baş verir?
-
Sabah şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Nazirlik bu klinikada pozuntular aşkarladı: Yararlılıq müddəti bitmiş dərmanlar tapıldı
-
Bir ayda Avropada 10 mindən çox ölüm - İstilərə görə
-
Türkiyəli məşhur müğənni Haluk Levent niyə saxlanılıb? - Şok iddialar
-
Məktəbdə 1,2 milyonluq əlavə tikinti - Layihə sayğac satan şirkətə həvalə olundu
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İsraildən Suriyada yeni hərbi plan - Ərdoğan xüsusi tapşırıq verib
-
Şamaxı Rəsədxanasından xəbərdarlıq: Geomaqnit qasırğası gözlənilir
-
Banklar kimlərə kredit verə bilməz? - Qanunun tələbləri
-
Azərbaycanda dövlət qurumu ləğv edildi - 2 il öncə yaradılmışdı
-
Nizami rayonunda qanunları kim ayaqlar altına atır? - VİDEO
-
Hikmət Hacıyev “TikTok“ və “LinkedIn“ nümayəndələri ilə rəqəmsal təhlükəsizliyi müzakirə etdi - FOTO
-
Xırdalanda nəqliyyat paradoksu: Müasir avtobuslar yolsuzluğa görə xəttini dəyişə bilər
-
Bakıda mağazadan terminal oğurlandı - ANBAAN VİDEO
-
“Ancaq özümüzə və dövlətə güvənməliyik“ - “Müharibədən sonrakı dövr çox çətin idi“
-
6 saylı RETS-ə cinayət işi - Xəzər Vəliyev vəzifəsindən çıxarıla bilər
-
Milli Məclisdən mühüm qərar: Bu şəxslərə vergi güzəşti
-
Sabahın hava proqnozu açıqlandı - Çox isti olacaq
-
600 mindən çox yeni iş yeri açılacaq... - İqtisadçıdan maraqlı proqnoz
-
“Məğlub ola bilərsən, amma gərək heç vaxt əyilməyəsən...“ - Prezident
-
Yarım milyonluq mənimsəmə işi - Nazirliyin sabiq idarə rəisi məhkəmədə həbs edildi
-
Pirverdiyev “sağ əlini“ niyə həbs etdirib? - “Qəzəbinin səbəbini anlamıram...”
-
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN-dən çağırış
-
Haluk Levent saxlanıldı - 60 milyon dollarlıq iddia
-
Zeynəb tarixə düşdü - Son 20 ilin ən yüksək nəticəsi
-
“Azərbaycan-Rusiya münasibətləri tam normallaşıb” - Prezident
-
Selin fəsadlar törətdiyi Zaqatalada vəziyyət necədir? - FOTO
-
“Dünyada başqa iki elə dövlət tanımırıq ki...“ - Prezident + VİDEO
-
ABŞ İranın ən azı 13 şəhərinə zərbələr endirib - “NourNews”
-
Sənəd qəbulu başladı - Tələbələrin diqqətinə!
-
Məşhur senatorun qəfil ölümü - Bir neçə saat əvvəl Trampla danışıb
-
“Avropa Şurasından tam çıxmağı nəzərdən keçiririk” - İlham Əliyev
-
Geosiyasi gərginliyin daha bir təsiri:Balıq bazarında bahalaşma gözlənilir?
-
Şəxsi taksi hesablarını satanlara xəbərdarlıq - VİDEO
-
İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumu başlayıb - CANLI
-
Aİ Çindən asılılığı azaltmaq üçün “alət“ hazırlayır - “Bloomberg“
-
“Vaqner“ Mərkəzi Afrikada narkoimperiya qurub - Priqojinin oğlu rəhbərlik edir
-
Mövsümi meyvə-tərəvəz hələ də baha olaraq qalır - VİDEO
-
Bağçalara qəbul prosesi davam edir: Bu il hansı dəyişikliklər tətbiq olunur?
-
“Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir“ - Prezident
-
Fransada ən yüksək təhlükə səviyyəsi elan edilib - İstilərlə əlaqədar
-
Sumqaytda 2019-cu ildən tikilən bina bu günədək istifadəyə verilməyib - VİDEO
-
“Artıq köçkün həyatı keçmişdə qaldı“ - İlham Əliyev
-
İran nüvə obyektlərində bərpa işlərinə başlayıb - CNN
-
Sakinlər qorxu içində: “Təhlükəli vəziyyət yaranıb“ (VİDEO)
-
Dünya çempionatlarında ən çox qol vuran futbolçular: 15 ən yaxşı bombardir - FOTO
-
Azərbaycanda niyə 3 manatlıq yoxdur? - RƏSMİ CAVAB
-
İlham Əliyev “Xankəndi” hotelinin açılışında - FOTOLAR
-
Bulvarda batan kişi xilas edildi - Anbaan video
-
Slovakiya Prezidenti Azərbaycana gəlir - Tarix açıqlandı
-
“Apple” “OpenAI”ni məhkəməyə verdi - Korporativ sirləri oğurlayıbmış
-
Prezident Xocavəndin Quzeyxırman kəndində oldu - FOTOLAR
-
“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO
-
“ABŞ mövqeyini dəyişməyənə qədər İran danışıqlara qayıtmayacaq” - “Fars”
-
Ermənistanın Rusiya ilə dövriyyəsi kəskin azalıb - Moskvadan uzaqlaşama davam edir
-
Növbəti üç gündə güclü külək əsəcək - Xəbərdarlıq
-
Avtomobillə su hovuzuna düşdü - Boğulub öldü
-
Prezident “Yasəmən” hotelin yeni korpuslarını gəzdi - FOTOLAR
-
“Başımı aldadıb, olmayan mərtəbədən ev satıblar” - VİDEO
-
Xəzərin potensialı böyükdür, bəs niyə tam istifadə olunmur? - ARAŞDIRMA
-
NATO sammitində liderlərə spirtli içki verilib? - Varankdan açıqlama
-
Prezident “Sadıqcanın evi”ndə - FOTOLAR
-
Sürücülərin nəzərinə! - 3 küçə müvəqqəti bağlanır
-
Tayvanda dəhşətli “Bavi“ qasırğası: məktəblər bağlandı, onlarla yaralı var
-
Prezident Kiçik Qaladərəsində sakinlərlə görüşdü - FOTOLAR
-
Milli valyutada uzunmüddətli kreditlər: ilk 5 iqtisadi rayon
-
Gəncə səmasından İspaniya savaşına: Unudulmuş aviatorlar
-
Rusiya gəmilərin hərəkətini tamamilə dayandırdı: 2 dənizdə fövqəladə vəziyyət
-
“MoveShort“ piramidasının ifşası - Yeni həbslər olacaq
-
Almaniya 4 böyük döyüş gəmisi alır: Nə qədər xərclənəcək?
-
Bazar günü kəskin isti olacaq -Sabahın havası
-
İcra başçısı köməkçisini işdən çıxardı, yeni vəzifə verdi - FOTO
-
Fatiməni öldürən qohumu Batumi aeroportunda saxlanıldı - VİDEO
-
Balkanlarda törədilən qətlin istintaqı Azərbaycana uzandı - DNT tədqiqatı
TOP 10
ARXİV






