Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Alman avtomobil nəhəngləri böhran içində: Təcili tədbir çağırışı

Tarix 06.07.26, 11:27

Font ölçüsü : - / +
bitmap-img6


"Bosch Mobility" şirkətinin istehsalat şurasının rəhbəri Frank Zell Almaniyanın avtomobil sənayesində yaşanan böhranın aradan qaldırılması üçün hökuməti, biznes nümayəndələrini və həmkarlar ittifaqlarını birgə fəaliyyətə çağırıb.

"RİA Novosti" xəbər verir ki, Frank Zell Almaniyanın avtomobil sənayesini böhrandan çıxarmaq məqsədilə xüsusi işçi qrupunun yaradılmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, bu qrupa Almaniya hökumətinin, həmkarlar ittifaqlarının və biznes dairələrinin nümayəndələri daxil edilməlidir.

Qeyd olunub ki, Almaniyanın avtomobil sənayesində vəziyyət iri konsernlərin xərclərin azaldılması planlarından sonra daha da gərginləşib. Belə ki, "Mercedes-Benz"in on minlərlə əməkdaşı tarif ödənişlərinin azaldılmasına etiraz olaraq aksiyalara çıxıb.

Eyni zamanda, "Volkswagen" Almaniyada dörd zavodunu bağlamağı planlaşdırır, BMW isə 5 000-ə qədər iş yerini ixtisar etməyi və gözlənilən mənfəət proqnozunu azaltmağı nəzərdə tutur.

"Bosch Mobility" şirkəti də qlobal maliyyə böhranından bəri ilk dəfə zərərlə üzləşdiyini açıqlayıb.



Xəbərin oxunma sayı : 778




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap