Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Fermerlər çiyələk bolluğundan şikayət edir: Məhsullar kəskin ucuzlaşıb

Tarix 06.07.26, 20:26

Font ölçüsü : - / +
bitmap-img6


Bu il Cəlilabadda çiyələk üzrə məhsuldarlıq yüksək olsa da, bazarda yaranan bolluq, ixracın zəifləməsi və əlverişsiz hava şəraiti fermerləri çətin vəziyyətə salıb.

Bunu "Report"un Muğan bürosuna fermer Vüqar Musayev deyib.

O qeyd edib ki, məhsulun satış qiymətinin kəskin aşağı düşməsi nəticəsində bir sıra təsərrüfatlarda çiyələyin yığımı belə dayandırılıb.

Fermerlərin sözlərinə görə, hazırda sahələrdə çiyələyin topdansatış qiyməti 1 manata qədər enib ki, bu da məhsulu toplamaq, qablaşdırmaq və bazara çatdırmaq iqtisadi baxımdan sərfəli deyil.

O bildirib ki, əvvəlki illərdə məhsulun əhəmiyyətli hissəsi xarici bazarlara ixrac edilirdi:

"Bu il isə həm ixracın zəifləməsi, həm də daxili bazarda məhsul bolluğu qiymətlərin kəskin enməsinə səbəb olub. Çiyələk təsərrüfatlarında yaranan problemləri son günlər yağan aramsız yağışlar daha da dərinləşdirib. Davamlı yağıntılar nəticəsində sahələrdə rütubət artıb, yetişmiş məhsulun bir hissəsi çürüyərək yararsız hala düşüb və bu da bizə ciddi maddi ziyan vurub".

Kənd təsərrüfatı mütəxəssisi Mirdamət Sultanov hesab edir ki, sektorda yaranmış böhranın əsas səbəblərindən biri xarici bazarlarda tələbatın azalmasıdır. Onun fikrincə, vəziyyətdən çıxış yolu ixracatçı şirkətlərin yeni bazarlar axtarması, xarici tərəfdaşlarla əməkdaşlığı genişləndirməlidir.

Məsələ ilə bağlı Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari il Cəlilabad rayonunda 740 hektar sahədə çiyələk əkilib. Son günlər hava şəraiti yağıntılı keçdiyi üçün sahələrdə məhsulun çürüməsi baş verib:

"Biz də fermerlərlə bu problemlərin aradan qaldırılması istiqamətində mütəmadi olaraq maarifləndirmə işləri aparırıq. Həmçinin hazırda bazara kütləvi məhsul çıxarıldığından qiymətlərin enməsi müşahidə olunur. Bir neçə gün sonra yenidən qiymətlərin artması gözlənilir".



Xəbərin oxunma sayı : 778




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap