“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Zaqatalada sel yolları dağıdıb, kəndlərlə əlaqə kəsilib - VİDEO

Tarix 09.07.26, 22:28

Font ölçüsü : - / +
bitmap-img6


Zaqatalada son günlər intensiv yağış nəticəsində yaranan sel yolları dağıdıb, kəndlərlə əlaqə kəsilib.

Xezerxeber.az-ın məlumatına görə, ən ciddi vəziyyət Yuxarı Tala kəndi ərazisində qeydə alınıb.

Tala çayında yaranan sel nəticəsində Meşleş kəndinə gedən avtomobil yolunun təxminən 800 metrlik hissəsi tamamilə yuyulub.

Hazırda 36 təsərrüfatın yerləşdiyi Meşleş kəndinə avtomobillərin hərəkəti mümkün deyil. Kəndə yalnız piyada getmək olur.

Əraziyə texnikalar cəlb olunub və işlərə başlanıb.

Sel Maqov inzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrinə də ciddi ziyan vurub. İlkin məlumata görə, ərazidə 350 fərdi təsərrüfat və 220 hektar əkin sahəsi zərər görüb. Vöhtala yaşayış məntəqəsi ilə əlaqə isə tamamilə kəsilib. Burada piyada keçidi üçün istifadə olunan dəmir körpünün 20 metrlik hissəsini sel suları aparıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən yolların bərpası və kəndlərlə nəqliyyat əlaqəsinin yenidən təmin olunması istiqamətində işlər davam etdirilir.




Xəbərin oxunma sayı : 1852




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap