“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər - QAYDA

Tarix 24.08.26, 10:54

Font ölçüsü : - / +
bitmap-img6


Məktəblərdə şagird davranışlarının tənzimlənməsi və təhlükəsiz təhsil mühitinin formalaşdırılması məqsədilə davranış qaydaları tətbiq olunur. Bu qaydalarda müxtəlif səviyyələr üzrə pozuntular müəyyənləşdirilsə də, bəzi hərəkətlər ən ağır - 5-ci səviyyəli qayda pozuntusu hesab edilir.

Maraqlıdır, hansı davranışlar bu kateqoriyaya daxildir və onlar hansı nəticələrə səbəb ola bilər?

AzFakt.com "Şagird davranış qaydaları"na istinadən xəbər verir ki, bu kateqoriyaya daxil edilən davranışlar şagirdlərin, müəllimlərin və məktəb mühitinin təhlükəsizliyinə ciddi təhdid yaradır.

Qaydalara əsasən, Azərbaycan dövlətçiliyinə, milli dəyərlərə və dövlət rəmzlərinə hörmətsizlik etmək, qəsdən ciddi fiziki zərərə səbəb olan zorakılıq və cinsi zorakılıq halları 5-ci səviyyəli pozuntu sayılır.

Eyni zamanda, təhlükəsizlik qaydalarını ciddi xəsarət və ya ölümə səbəb ola biləcək şəkildə pozmaq, ekskursiyalar zamanı nəqliyyatın təhlükəsizliyini riskə atan davranışlar nümayiş etdirmək də ən ağır qayda pozuntuları sırasındadır.

Başqalarının əşyalarına və ya məktəb əmlakına qəsdən ziyan vurmaq, qanunsuz dərman vasitələrini və qadağan olunmuş əşyaları məktəbə gətirmək, istifadə etmək və ya satmaq da ciddi intizam pozuntusu hesab edilir.

Bundan başqa, məxfilik hüquqlarının ciddi şəkildə pozulması, məktəbin, eləcə də şagird və müəllimlərin nüfuzuna ağır zərbə vuran hərəkətlər, məktəbə silah və ya təhlükə yaradan digər qadağan olunmuş əşyaların gətirilməsi də 5-ci səviyyəyə aid edilir.

Qaydalarda akademik nəticələrin saxtalaşdırılması, bu məqsədlə məktəb əməkdaşlarına pul, hədiyyə, xidmət və ya digər maddi nemətlərin təklif olunması da ən ağır pozuntular sırasında göstərilib.

Həmçinin qeyri-etik və ağır təhqiramiz məzmunlu materialların kağız və ya elektron formada əldə edilməsi və yayılması da 5-ci səviyyəli davranış pozuntusu hesab olunur.

Bu qaydaları pozan şagirdlərlə bağlı hansı tədbirlər görülür?

Ümumi təhsil müəssisələrində şagird davranış qaydalarına əsasən, 5-ci səviyyə - çox ağır qayda pozuntularını törədən şagirdlərə aşağıdakı tədbirlər tətbiq oluna bilər:

- Şagird dəstək məqsədilə məktəb psixoloquna yönləndirilir;

- Bir neçə dəfə dərsdən sonra özünürefleksiya prosesinə cəlb olunur;

- Valideynə və ya qanuni nümayəndəyə rəsmi bildiriş məktubu göndərilir;

- Müəllim, valideyn, məktəb rəhbərliyi və direktorun iştirakı ilə görüş keçirilir;

- Zəruri hallarda sosial xidmət mərkəzlərinə müraciət edilir;

- Şagird haqqında Yetkinlik Yaşına Çatmayanlarla İş və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya (YYÇİ) və ya yerli polis idarəsinin aidiyyəti şöbəsinə məlumat verilir.
 

Qaydalara əsasən, prosesə hadisənin şahidi olan şəxs, dərsi aparan müəllim, məktəb rəhbərliyi, psixoloq, direktor, valideyn və zərurət yarandıqda sosial xidmət əməkdaşları da cəlb oluna bilər.


Bundan əlavə, məktəb direktorunun qərarı ilə yerli icra hakimiyyəti yanında fəaliyyət göstərən YYÇİ və hüquq müdafiəsi üzrə komissiya, eləcə də ərazi üzrə yetkinlik yaşına çatmayanlarla profilaktik iş aparan polis əməkdaşları prosesə qoşula bilər.

Baş vermiş hadisə sinif davranış jurnalında qeydə alınır, bildiriş məktubunun surəti saxlanılır, psixoloqun apardığı iş və keçirilən görüşlərin nəticələri müvafiq qaydada sənədləşdirilir. 

azedu.azu



Xəbərin oxunma sayı : 106




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap