“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Vətəndaşlar piramida təhlükəsini hansı əlamətlərdən tanımalıdırlar? - VİDEO

Tarix 11.07.26, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


"Pul yatırmışam, hər gün gəlir əldə edirəm", "iki aydır problemsiz işləyir", "mən də qoşulmaq istəyirəm"…

 Xezerxeber.az xəbər verir ki, sosial şəbəkələrdə bu məzmunda yazılan şərhlər insanları müxtəlif maliyyə platformalarına cəlb edir. Amma, eyni müzakirələrdə 1600, 8 min, hətta 14 min manat itirdiyini yazan istifadəçilərə də rast gəlinir. Ekspertlər bildirirlər ki, bu cür sistemlər ilk mərhələdə bəzi iştirakçılara həqiqətən ödəniş edə bilər. Məqsəd inam yaratmaq və yeni şəxsləri sistemə cəlb etməkdir. Lakin, həmin vəsait real biznes gəlirindən deyil, sonradan qoşulanların yatırdığı pullardan formalaşır.

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, sistemin ilk dövründə edilən ödənişlər iştirakçılarda etibar yaradır. Pul qazandığını düşünən şəxslər bunu paylaşaraq başqalarını da qoşulmağa həvəsləndirirlər. Amma yeni iştirakçıların sayı azaldıqda və daxil olan vəsait əvvəlki ödənişləri qarşılaya bilmədikdə piramida dağılmağa başlayır. Bu mərhələdə ödənişlər dayanır, vəsaiti çıxarmaq çətinləşir və sistemi quran şəxslər pulları götürərək aradan çıxmağa cəhd edirlər.

Mütəxəssislər bildirirlər ki, qısa müddətdə yüksək və zəmanətli gəlir vəd edən layihələr əsas risk siqnallarından biridir. Vəsait yatırmazdan əvvəl şirkətin hüquqi statusu, real fəaliyyəti, gəlir mənbəyi və biznes modeli araşdırılmalıdır. Sosial şəbəkədə yazılan müsbət şərhlər və ayrı-ayrı şəxslərin qazanc əldə etməsi isə sistemin etibarlı olduğuna sübut sayılmır.

Daxili İşlər Nazirliyi vətəndaşları şirnikləndirici vədlərə aldanmamağa çağırır. Bildirilir ki, kiberdələduzlar saxta investisiya və kriptovalyuta platformaları yaradaraq yüksək gəlir vədi ilə vətəndaşların pul vəsaitlərini ələ keçirirlər. Nazirlik vətəndaşlara tanımadıqları şəxslərin təkliflərinə inanmamağı, şəxsi və bank kartı məlumatlarını heç kimlə paylaşmamağı tövsiyə edir.



Xəbərin oxunma sayı : 151




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap