“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Qalina Mehdiyevanın təsis etdiyi şirkət hələ də vergi borcunu ödəməyib

Tarix 08.07.26, 20:21

Font ölçüsü : - / +
bitmap-img6


Vaxtı ilə Azərbaycanın ən böyük şərab istehsalçılarından biri olan “Fireland Vineyards” MMC-nin (VÖEN – 1301263921) dövlət büdcəsinə 25 min 830 manat 90 qəpik vergi borcu var.

Yeniavaz.com xəbər verir ki, “Fireland Vineyards” MMC xammal kimi əsasən Novxanı qəsəbəsində “Duzlu göl” adlandırılan ərazinin yaxınlığında yetişdirilən üzümdən istifadə edib.
“Fireland Vineyards” MMC-nin Novxanıda A. Şıxlinski küçəsində “Marandi Wine Company” adlandırılan şərab zavodu da fəaliyyət göstərib.
Qeyd edək ki, şirkətin təsisçiləri arasında Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, dövlət çevrilişinə cəhddə ittiham olunan Ramiz Mehdiyevin həyat yoldaşı, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Mehdiyeva Qalina Yuriyevna da olub. Əvvəlki illərdə şirkətin vergi borcu faha yüksək olub. Hətta 2021-ci ildə şirkətin vergi borcu yarım milyon manata kimi yüksəlib.
2021-ci ildə “Fireland Vineyards” MMC-yə rəhbərlik edən Səidov Elmar Çingiz oğlu Mehdiyeva Qalina Yuriyevna barəsində məhkəmə iddiası da qaldırıb. Hüquqi ünvanı Yasamal rayonu, Həsənbəy Zərdabi pr., ev 77, m. 40-da yerləşən “Fireland Vineyards” MMC-nin hazırda qanuni təmsilçisi yoxdur.



Xəbərin oxunma sayı : 88




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap