“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

İran Ermənistana hərbi yardımını niyə gizlədir? - VİDEO

Tarix 05.09.23, 21:52

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabrın ilk günündə Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Kəlbəcər rayonunda yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə dronlarından atəşə tutmaqla təxribat törətdi. Bundan başqa, Ermənistan tərəfinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirməsi  barədə müxtəlif xəbərlər yayıldı. Bunların içərisində bir məlumat xüsusi diqqət çəkdi: Ermənistanın müdafiə naziri Suren Papikyan İranın bu ölkəyə yeni təyin olunmuş səfiri Mehdi Sübhani ilə görüşüb.

Erməni mediasının yaydığı xəbərə görə, görüşdə İranın İrəvandakı səfirliyinin hərbi attaşesi Bəhmən Sadeqin də iştirak edib. Həmin xəbərdə bildirilirdi ki, nazir İran səfirinə guya Azərbaycan tərəfinin Zod istiqamətində törətdiyi təxribat barədə müfəssəl məlumat verib, eləcə də qonşu ölkənin diplomatı ilə İran-Ermənistan hərbi əməkdaşlığı və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıb.

Ən maraqlısı odur ki, son illər Azərbaycan-Ermənistan sərhədində baş verən ən kiçik insidentə belə diqqətsiz qalmayan, eləcə də İran-Ermənistan əlaqələri ilə bağlı xəbərlərə səxavətlə yer ayıran İran mediası nə həmin vaxt, nə də sonrakı günlərdə sözügedən görüşlə bağlı heç bir informasiya yaymayıb, bir növ bu faktı İran ictimaiyyətindən, ilk növbədə Güney Azərbaycan əhalisindən gizlətməyə çalışıb.
Daha ətraflı “Azad İran” “Youtube” kanalının süjetində:




Xəbərin oxunma sayı : 1228




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap