“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İranın Trampa sui-qəsd cəhdində iştirakı olub? - FTB direktor müavinindən açıqlama

Tarix 30.07.24, 23:27

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ kəşfiyyat orqanlarında İranın Respublikaçılar Partiyasının builki prezident seçkilərində real namizədi Donald Trampa qarşı sui-qəsd cəhdində iştirakı barədə məlumat yoxdur”.

“Report” xəbər verir ki, bu barədə ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktor müavini Pol Ebbeyt bildirib.

Senatın Ədliyyə Komitəsi, Daxili Təhlükəsizlik və Hökumət İşləri Komitəsi qarşısında dinləmələrdə çıxış edən FTB rəsmisi deyib: “Bununla bağlı İran da daxil olmaqla, yerli və ya xarici sui-qəsdçilərin olması barədə heç bir məlumatımız yoxdur. Mən açıq şəkildə bildirmək istəyirəm ki, bizdə bununla bağlı heç bir sübut yoxdur.

Qeyd edək ki, ABŞ-ın Pensilvaniya ştatında keçmiş prezident, Respublikaçılar Partiyasının builki prezident seçkilərində real namizədi Donald Trampa qarşı sui-qəsd təşkil olunub.

Hadisə Batler şəhərində seçicilərlə görüş zamanı baş verib. Çıxışı başlayandan bir neçə dəqiqə sonra Donald Trampa atəş açılıb və güllə onun qulağına dəyib.



Xəbərin oxunma sayı : 928




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap