“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ərdoğan Kılıçdaroğlunu bağışlayıb – 4.6 milyonluq təzminatdan da imtina edib

Tarix 20.11.21, 17:26

Font ölçüsü : - / +
bitmap-img6


Prezident Rəcəb Tayyib Ərdoğanın 15 iyul çevriliş cəhdindən sonra CHP sədri Kamal Kılıçdaroğluna qarşı qaldırdığı iddiaları geri götürməsi ilə bağlı xəbərin təfərrüatı açıqlanıb.

17 iddiadan geri çəkilən Ərdoğan, 4 milyon 460 min lirəlik təzminatdan da imtina edib.

CHP liderinin bu həftə TBMM qrup toplantısındakı çıxışında “halallaşma” çağırışına toxunan Ərdoğan, 15 iyul çevriliş cəhdindən sonra Kılıçdaroğluna qarşı qaldırdığı iddiaları geri götürdüyünü xatırladıb və “cənab Kamal, mən geri çəkildimmi? Sənə qarşı qazandığım məhkəmələri bağışladım, amma heç birinin qədrini bilmədin, anlamadın” deyib.

Ərdoğanın geri götürülən iddiaları Kılıçdaroğlunun 2011-2016-cı illər arasında parlament qrup toplantılarında, mitinqlərdə və toplantılarda etdiyi müxtəlif çıxışlarda onun ünvanına təhqiramiz ifadələr işlətməsi ilə bağlıdır. Kəsilən təzminat tələblərinin məbləği 10 min ilə 1 milyon lirə arasında dəyişib. 3 ayrı iddiada ən yüksək məbləğ - 1 milyon lirə təzminat tələb edilib, bu iddialar Kılıçdaroğlunun Ərdoğanı Reyhanlıdakı partlayış və Uludərədəki hava hücumunda həyatını itirənlərə görə məsuliyyət daşıması ilə bağlıdır.

Bundan başqa Klıçdaroğlu Türkiyə dövlətinə iftira ataraq Prezidenti Suriyaya terror təşkilatı personalı göndərməkdə ittiham edib, namus və ədalət anlayışlarından istifadə edərək, onun barəsində səviyyəsiz fikirlər səsləndirib.



Xəbərin oxunma sayı : 952




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap