“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Rəsmilərimiz ABŞ-da radikal erməni qruplarının təzyiqlərinə məruz qalıb“ - Türkiyə XİN (VİDEO)

Tarix 30.09.23, 16:37

Font ölçüsü : - / +
bitmap-img6


29 sentyabr 2023-cü il tarixində Cənubi Kaliforniya Universitetində Annaberq Jurnalistika Məktəbi və Yunus Əmrə İnstitutunun birgə ev sahibliyi etdiyi Türkiyənin İctimai Diplomatiyası mövzusunda konfransda iştirak edən rəsmilər radikal erməni qrupları tərəfindən hədəfə alınıb, şifahi və fiziki təzyiqlərə məruz qalıblar.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Diplomatik Təhlükəsizlik Bölməsi və Los Anceles Polis Departamenti (LAPD) lazımi təhlükəsizlik tədbirləri görərək Universitet şəhərciyində baş verən hadisələrin genişlənməsinin qarşısını alıb.

“Ölkəmizi və Azərbaycanı hədəfə alan radikal diaspor qruplarının, son zamanlar isə Ermənistan hökumətinin və regionda sülh prosesini hədəf alan nifrət dilinin zorakılıq aktlarına çevrilməsi narahatlıq doğurur. Nümayəndə heyətimizə hücum edənlərə qarşı lazımi hüquqi prosedur başladacağıq. Baş verənlər bir daha tarixi hadisələrin dar və yerli siyasi motivlərlə təhrif edilməsinin, ekstremist qrupların xoşuna gəlmək üçün verilən bəyanatların radikallaşma, nifrət nitqinə və zorakılığa təkan verdiyini göstərdi”, - deyə Türkiyə XİN-in bəyanatında deyilir.





Xəbərin oxunma sayı : 610




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap