![]() |
|














Əri Rusiyada olan qadın tanış olduğu kişi ilə saunada görüşdü – Döyüldü və zorlandı
Tarix 20.05.21, 10:47 |
|

Bakıda 1989-cu il təvəllüdlü Aqşin Ağayev sosial şəbəkədə tanış olduğu qıza qarşı seksual xarakterli hərəkətlər edib.
AzFakt.com “teleqraf.com”a istinadən xəbər verir ki, Aqşin 2020-ci ilin fevralın əvvəllərində sosial şəbəkəsində “Qara” ləqəbindən istifadə edərək yaratdığı profil vasitəsi ilə yazışma apararaq Samirə (ad şərti verilib – red.) ilə tanış olub. Samirə ona istifadəsində olan nömrəsini verib.
Aqşin də özünün “WhatsApp” proqramından Samirə ilə yazışaraq şəklini göndərib. Samirə Aqşinin xarici görkəmini bəyənməyib və onu rədd edib.
Buna baxmayaraq Aqşin Samirə ilə cinsi əlaqəyə girmək məqsədi ilə başqa şəxsə aid şəkildən və “Gecə Kabusu” ləqəbindən istifadə edərək yeni profil yaradıb, Samirə ilə yazışıb. O, başqa nömrənin “WhatsApp” proqramı ilə Samirəyə yazaraq onu görüşməyə razı salıb.
Samirə Aqşinin dəvəti ilə Xətai rayonundakı idman-sağlamlıq mərkəzinin 2-ci mərtəbəsində yerləşən istirahət otağına gəlib. O, tanış olduğu kişinin “Qara” ləqəbli şəxs olduğunu görüb və aldandığını başa düşərək getmək istəyib.
Zorlama və seksual hərəkətlər
Amma Aqşin zorla cinsi əlaqədə olmaq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmək məqsədi ilə Samirəni vurub, ona xəsarət yetirib.
Qadının müqavimətini qırıb, əynindəki paltarını zorla soyunduraraq otaqda olan çarpayının üzərinə yıxıb. O, zorla Samirə ilə cinsi əlaqədə olub.
Aqşin cinsi ehtirasını daha pozğun formada təmin etmək üçün Samirəni yenidən vuraraq qeyri-təbii və oral yollarla cinsi əlaqədə olub, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
İstintaq orqanı tərəfindən Aqşinin barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) və 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.
“Başqa şəxsin şəkillərini göndərməmişəm”
Aqşin ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, “can.az” adlı sosial şəbəkədə çatda Samirə ilə tanış olub:
“Bir müddət çatda danışdıqdan sonra bir-birimizə mobil nömrələrimizi verdik və şəkillərimizi göndərdik. Samirəyə başqa şəxsin şəkillərini göndərməmişəm.
Görüş barədə qərarlaşdıq və Samirə göndərdiyim xüsusi taksi maşını ilə Nobel prospektində “Elektrotok” deyilən ərazinin yaxınlığında sağlamlıq-hamam mərkəzinə gəldi.
Həmin sağlamlıq-hamam mərkəzi yaşadığım yerə yaxın idi deyə oranın necə yer olması barədə məlumatım vardı. Ona görə də həmin yerdə görüşmək qərarına gəldim”.
“Qeyri-adi heç nə yoxdur”
Aqşinin sözlərinə görə, Samirənin də gəldiyi yerin hamam-sauna mərkəzi olması barədə məlumatı olub: “Samirə özü könüllü şəkildə həmin yerə gəlib.
Hamam-sauna mərkəzində Samirəyə qarşı hər hansı zorakılıq göstərilməyib. Onunla yalnız təbii yolla cinsi əlaqədə olmuşam. Məqsədimiz sadəcə görüşmək idi, başqa hərəkətlərə yol verməyi düşünməmişəm. Bütün bunlar da qarşılıqlı razılıq əsasında olub.
Oradan çıxdıqdan sonra Samirəni öz xahişi əsasında sifarişli taksi ilə göz klinikasına apardım. Samirə ilə “WhatsApp”da yazışmalarımız yalan deyil və normal danışıqdır. Həmin yazışmalarda qeyri-adi heç nə yoxdur”.
“Məni bəyənmədi”
İbtidai istintaq zamanı ifadə verən Aqşin bildirib ki, Biləsuvar rayonunda doğulub: “2008-ci ildə bibim qızı ilə rəsmi nikaha daxil olaraq evləndim. Birgə nikahdan 2010-cu ildə qızım doğuldu. 2013-cü ildə arvadımdan boşandım və məhkəmənin qərarına əsasən qızım arvadımla qaldı.
Əvvəllər ofisiant və mağazalarda satıcı işləmişəm. Hazırda heç bir yerdə işləmirəm, hərdən fəhləlik edirəm.
“Can.az” adlı sosial şöbəkəsində çatda Samirə adlı qadınla tanış oldum. Bir müddət çatda danışdıqdan sonra bir-birimizə mobil nömrələrimizi verdik. Samirə ailəli və 2 uşaq anası olduğunu, lakin xoşbəxt yaşamadığını, sadəcə uşaqlarına görə ailə həyatına dözdüyünü dedi.
Samirə ilə bir-birimizə öz şəkillərimizi göndərdik. Samirə şəklimi gördükdən sonra məni bəyənmədi, mənimlə danışmayacağını bildirdi. İsrar etsəm də, danışmayacağını söylədi”.
“Otağı iki saatlıq götürdüm”
Aqşinin ifadəsinə görə, bundan sonra internetdən tanımadığı oğlanın şəkillərini götürüb və yeni adla çatda Samirəyə yazıb:
“Bir həftə danışdıqdan sonra Samirə ilə görüşmək barədə qərarlaşdıq. Həmin gün saat 12 radələrində metro ilə “Həzi Aslanov” metrostansiyasına gəldim.
Orada Vüqar adlı tanış taksi sürücüsünün nömrəsinə zəng vurdum, görüşərək onun “Mercedes” markalı maşınına mindim və Nobel prospektində “Elektrotok” deyilən ərazinin yaxınlığında sağlamlıq-hamam mərkəzinə gəldim.
Әvvəllər də bir-iki dəfə orada olmuşam. Həmin yerin yaxşı saunası və hovuzu olduğundan orada saunadan istifadə etmişəm.
Orada yemək otaqlarının olduğunu da görmüşəm. Bu səbəbdən Samirə ilə orada görüşmək qərarına gəldik.
Taksidən düşdükdə Vüqardan saat 12.30-da “Həzi Aslanov” metrosundan bir nəfər Samirə adlı qadını götürərək gətirməsini xahiş etdim. Samirənin telefon nömrəsini Vüqara verdim. Mərkəzdə işləyən inzibatçı kişi mənə 4-cü otağı verdi. Ödəniş edərək həmin otağı iki saatlıq götürdüm”.
“Üç dəfə cinsi əlaqədə olduq”
Aqşin qeyd edib ki, Samirə saat 12.30-da “Həzi Aslanov” metrostansiyasının yanına gəlib və ona xəbər edib: “Vüqara zəng etdim, Samirəni gətirməyi tapşırdım. Təxminən 15 dəqiqə sonra Samirə çatdığını dedi. Ona 4-cü otağa qalxmalı olduğunu və qapını açıq saxladığımı dedim. Samirə otağa daxil oldu, məni gördü.
Bildirdi ki, məni nə üçün aldatmısan, mən axı sənlə danışmaq istəməmişdim.
O, məni söydü. Əsəbiləşərək şillə ilə Samirəni vurdum, onun sol gözünə cızıq düşdü. 15-20 dəqiqə sakit oturduqdan sonra könlünü almaq üçün yaxınlaşaraq Samirəni öpdüm.
“Mənimlə cinsi əlaqədə olmaq istəyirsənsə, ol, gedim” dedi. Samirəyə soyunmağını dedim. O da bütün paltlarlarını çıxartdı, otaqda çarpayının üstündə cinsi əlaqədə olduq. Samirənin razılığı ilə üç dəfə cinsi əlaqədə olduq”.
Aqşin deyib ki, bundan sonra Samirə ilə Zərifə Әliyeva adına göz klinikasının qarşısına gəlib: “Orada Samirəni yola saldım. Özüm isə “Azadlıq” metrosunun yanına gələrək avtobusla Gorədil kəndinə getdim. Sonradan Samirə ilə heç nə danışmadım.
Bir gün sonra Samirə mənə yazaraq gözünün müalicəsi üçün 50 manat pul istədi. Ona dərmanların pulunu görüşərək verəcəyimi dedim.
Samirəyə “Azadlıq” metrostansiyasına, oradan isə Goradil qəsəbəsinə gəlməli olduğunu dedim. Saat 13 radələrində Samirəni gözlədiyim vaxt polis əməkdaşları mənə yaxınlaşdı, Xətai rayon Polis İdarəsinə getmək lazım olduğunu və Samirə adlı şəxsin məndən şikayət etdiyini bildirdilər”.
“Ərimin Rusiyada olduğunu demədim”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Samirə bildirib ki, 2020-ci ilin fevralın əvvəlləri “can.az” saytında “Qara” ləqəbli bir oğlanla tanış olub:
“Bir qədər həmin çatda yazışaraq danışdıqdan sonra istifadəmdəki nömrəni oğlana, o da öz nömrəsini mənə verdi. Biz “WhatsApp” proqramı vasitəsi ilə yazışaraq aradabir danışdıq.
Həmin oğlanın adını soruşmasam da, ona adımın Aynur olduğunu, 2 uşağımın olduğunu dedim. Amma ərimin Rusiyada olduğunu demədim. Sonradan şəkillərimizi bir-birimizə göndərdik və oğlanın xarici görkəmini bəyənmədiyimdən onunla danışmayacağımı dedim”.
“Oğlandan xoşum gəldi”
Zərərçəkmişin ifadəsinə görə, təxminən 3-4 gün keçdikdən sonra “can.az” saytında “Gecə Kabusu” ləqəbi ilə bir oğlan ona yazaraq əvvəllər danışdıqlarını, nömrəni ona özünün verdiyini bildirib: “Şəkillərinə baxdıqda onu tanımadım. Lakin məni əvvəllər tanış olduğumuza inandıraraq “WhatsApp”a yazdı. Onun adını soruşmadım.
Təxminən 3-4 gün “WhatsApp”da danışdıqdan sonra oğlan mənə görüşməyi təklif etdi. Xidməti maşında sürücü işlədiyini, hər dəfə işdən çıxa bilmədiyini deyərək ailəvi istirahət mərkəzində sadəcə görüşüb çay içməyi təklif etdi.
Ancaq həmin mərkəzin harada olduğunu demədi. Şəkillərinə baxdıqda həmin oğlandan xoşum gəldi. Görüşməyə razılıq verdim”.
“Zorla cinsi əlaqədə oldu”
Samirə qeyd edib ki, oğlanın təklifinə əsasən həmin tarixdə saat təxminən 12.30-12.40-da “Həzi Aslanov” metrostansiyasının qarşısına gəlib:
“Vüqar adlı taksi sürücüsü zəng etdim və “Nobel” prospektində əvvəllər tanımadığım böyük bir həyətə gəldik. Taksidən düşərək oğlanın telefonda dediyi 2-ci mərtəbəyə qalxdım. Orada heç kimi görmədim, 4-cü otağa qalxdıqda qapının açıq olduğunu gördüm. İçəri girdim.
Həmin otaqda heç kim yox idi. İçəridəki 2-ci otağa keçdikdə isə “Qara” ləqəbi ilə tanıdığım oğlan oradan çıxdı və mənə sürpriz etdiyini bildirdi. 2-ci otaqda çarpayı da vardı. Oğlan “sən məni bəyənmədin, indi gör adama nə edirlər” deyərək çarpayı olan otağın qapısını örtdü və mənə hədiyyə aldığını bildirdi.
Ona heç bir hədiyyə istəmədiyimi bildirdim, niyə məni aldatdığını soruşdum. Oğlan mənə “adamın daxilini sevərlər, xarici görünüşünü yox” dedi. Getmək istədiyimi bildirdikdə oğlan mənə “soyun, 3 dəqiqə vaxtın var” – deyərək soyunmağımı tələb etdi. İmtina etdikdə oğlan şillə ilə sol gözümdən vurdu. Soyunsam da alt paltarımı çıxarmadım.
Oğlan zorla məni soyundurdu. Bir dəfə də üzümdən şillə vuraraq çarpayının üstünə yıxdı, zorla təbii yolla cinsi əlaqədə oldu”.
“Mənə qarşı əxlaqsız hərəkətlər etdi”
Zərərçəkmiş qadın daha sonra ifadəsində baş verənləri belə danışıb:
“Oğlan cinsi aktı başa çatdırdıqdan sonra “mən nə vaxt desəm onda gedəcəksən” dedi, hamamda yuyunaraq gəlməyimi və onunla öz xoşuma cinsi əlaqədə olmağımı tələb etdi. Bundan imtina etdim. Lakin oğlan sinəmdən vuraraq mənimlə qeyri-təbii yola cinsi əlaqədə oldu. Bu qaydada mənimlə cinsi əlaqədə olduqdan sonra “gördün səni nə günə qoydum” dedi.
Növbəti dəfə yuyunaraq gəldikdən sonra məni çarpayıda arxası üstə uzatdı, mənə qarşı əxlaqsız hərəkətlər etməyə başladı. Bundan sonra mənə “dur indi geyin, gedə bilərsən” dedi.
Biz saat 15.30-da oradan çıxaraq yoldan keçən taksiyə mindik. Mən Zərifə Әliyeva adına göz klinikasına, oğlan isə “Azadlıq” metrostansiyasına gedəcəyini bildirdi. Taksini klinikaya sürdürdü və biz orada ayrıldıq”.
Samirənin ifadəsinə görə, həmin gün gecə oğlan ona “WhatsApp”da yazaraq “necəsən?” deyə soruşub:
“Mən oğlana zorlama ilə əlaqədar iradımı bildirdim, ağrıdığımı yazdım. Oğlan isə mənə “yaxşı eləmişəm, adamın xarici görkəmini yox, daxilini sevəcəksən” yazaraq onunla mütəmadi görüşməyimi tələb etdi. Növbəti gün Xətai rayon Polis İdarəsinə gedərək şikayət ərizəsi yazdım.
Polis əməkdaşının tapşırığına əsasən həmin oğlana “WhatsApp” proqramında gözümdən və qabırğamdan aldığım xəsarətlərə görə həkimə getməli olduğumu, pula ehtiyacım olduğunu yazdım.
İki gün yazışdıqdan sonra oğlan mənimlə görüşüb, pul verməyə razı oldu. Biz görüşdüyümüz vaxt polislər oğlanı tutdu”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Aqşin 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Aqşin apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Aqşinin şikayəti araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Aqşinin verdiyi şikayət təmin olunmayıb.
Xəbərin oxunma sayı : 874
Kriminal
Xəbərlər
-
Səhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Deputat: Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalı və təmin etməlidir
-
Koronavirusun təhlükəli ştamı yayılıb
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
-
“ABŞ Ukraynaya hərbi yardım göndərməyə davam edir“ - Tramp
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq modelini gücləndirir
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
TOP 10
ARXİV