“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Ərinin telefonundakı videoları yaydı - Belə cəzalandırıldı

Tarix 03.12.24, 13:44

Font ölçüsü : - / +
bitmap-img6


Şirvan şəhərində qonşusunun intim görüntülərini yayan qadın cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1990-cı il təvəllüdlü Səkinə Zülümova (ad və soyadlar şərtidir) barəsində Cinayət Məcəlləsinin 156 və 242-ci (Şəxsi həyatın toxunulmazlığını pozma və pornoqrafik materialları qanunsuz yayma) maddələri ilə iş açılıb.

Araşdırmalar zamanı məlum olub ki, S.Zülümova bu ilin iyununda həyat yoldaşının telefonunda üç ədəd pornoqrafik xarakterli video tapıb. Videoda əks olunan qadın isə onların qonşusu olub. O, ərindən xəbərsiz videoları öz telefonuna göndərib.

Ərinin qonşu qadınla münasibətini öyrənən S.Zülümova bu barədə onun ərinə məlumat verib, videoları həmin şəxsə göstərib. Həmçinin hadisə barədə qonşu qadınlara danışıb və onlara da qonşuluqda yaşayan D.Quliyevanın pornoqrafik görüntülərini göstərib.

Məsələ ictimailəşəndən sonra D.Quliyeva polisə şikayət edib və cinayət işi açılıb. O, videoları ərinə göndərmək istəyərkən səhvən qonşu kişiyə yolladığını deyib.

S.Zülümovanın əri isə ifadəsində videolara baxandan sonra sildiyini, arvadının həmin görüntüləri telefonun zibil qutusundan aşkar edərək icazəsiz götürdüyünü deyib.

D.Quliyeva görüntülərini yayan qonşu qadından şikayətçi olmadığını bildirib.

S.Zülümova, həmçinin qeyd edib ki, əri ilə başqa qadının münasibətini öyrəndikdən sonra boşanmaq qərarına gəlib və övladlarına təkbaşına baxıb.

Şirvan Şəhər Məhkəməsinin 28 noyabr tarixli hökmü ilə S.Zülümovaya 1 il 6 ay islah işləri cəzası verilib.



Xəbərin oxunma sayı : 928




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap