Röyanın makiyajsız halı - VİDEO “Kimə salam verirsən yataq təklif edir” - Aysel Manaflı “Məndən sonra hamı getdi ...“ - Pərvin Nigar Camal bikinili görüntülərini yaydı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Avqust 2023

    Röyanın makiyajsız halı - VİDEO

  • / Maqazin / — 22 Avqust 2023

    “Kimə salam verirsən yataq təklif edir” - Aysel Manaflı

  • / Maqazin / — 21 Avqust 2023

    “Məndən sonra hamı getdi ...“ - Pərvin

  • / Maqazin / — 13 Avqust 2023

    Nigar Camal bikinili görüntülərini yaydı - VİDEO

  • / Maqazin / — 04 Avqust 2023

    Nigar Camal hovuz görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 26 İyul 2023

    “Müğənnilikdən yox, biznesdən qazanıram“ - Natavan

“Rusiya ötən ay Ukraynaya 300-dən çox “Şahed” dronu atıb“ - Britaniya kəşfiyyatı

Tarix 05.06.23, 12:08

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya may ayı ərzində Ukraynaya 300-dən çox İran istehsalı “Şahed” kamikadze dronu atıb.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, bu göstərici sözügedən dronların Rusiya tərəfindən bu günədək ən intensiv şəkildə istifadə edilməsi nümunəsidir. Məlumata görə, Rusiyanın bu qədər kamikadze dronunda istifadə etməkdə məqsədi ehtimal ki, Ukraynanı qabaqcıl və bahalı hava hücumundan müdafiə (HHM) sistemlərindən istifadə etməyə məcbur etməkdir.

Bununla belə, Rusiyanın bu istiqamətdə nəzərəçarpan uğur qazana bilmədiyi, Ukraynanın öz köhnə və daha ucuz HHM sistemlərindən istifadə etməklə, həmçinin elektron radioelektron mübarizə vasitəsilə “Şahed” dronlarının 90 faizini zərərsizləşdirdiyi qeyd olunub. Əlavə olunub ki, Rusiya həmçinin bu hücumlarla cəbhə xəttinin çox gerisindəki Ukrayna hədəflərini müəyyən etmək və onlara zərbə endirməyə cəhd edir, lakin dinamik hədəflərin bu qədər uzaq məsafədən vurulması qeyri-effektivdir.



Xəbərin oxunma sayı : 349

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap