Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Rusiya ordusu fevralın 24-dək hücuma başlaya bilər“ - Reznikov

Tarix 02.02.23, 12:07

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Silahlı Qüvvələri fevralın 24-dək hücuma başlaya bilər.

APA xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov “BFM TV”-yə müsahibəsində deyib.

Nazir qeyd edib ki, ruslar simvolizmə önəm verir və bu səbəbdən də Rusiya keçən il 24 fevralda başlayan genişmiqyaslı işğalın ildönümü ilə eyni gündə yeni hücum təyin edə bilər.

Reznikov vurğulayıb ki, Ukrayna heç zaman Rusiya ordusunun imkanlarını aşağı qiymətləndirmir: “Rəsmi olaraq 300 min nəfərlik səfərbərlik elan edilib, lakin sərhədə toplanmış qoşunları görəndə, bizim hesablamalarımızla sayın daha çox olması üzə çıxır”.

O həmçinin hesab edir ki, rus qoşunları iki istiqamətdə - Donbass və cənub istiqamətində hücuma cəhd edə bilər.

Nazir bildirib ki, Ukrayna tez bir zamanda hücum təyyarələri əldə etməli və müttəfiq ölkələr tərəfindən ukraynalı pilotlara təlimlər keçirilməlidir.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiya Silahlı Qüvvələrinin genişmiqyaslı hücumlara hazırlaşması barədə xəbərdarlıq etmişdi.



Xəbərin oxunma sayı : 334




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap