Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Rusiya Qarabağ münaqişəsinin qalmasına cəhd göstərir“ - ABŞ dövlət katibi köməkçisinin müavini

Tarix 08.04.21, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


“Ola bilsin ki, Rusiya Dağlıq Qarabağ ətrafında münaqişənin tənzimlənməsinə deyil, onun qalmasına cəhd göstərir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Asiya işləri üzrə köməkçisinin müavini Corc Kent “Türk irsi” qeyri-hökumət təşkilatının internet-seminarındakı çıxışında bildirib.

“Azərbaycan hakimiyyətinin Rusiya sülhməramlılarının Dağlıq Qarabağda uzunmüddətli qalmaq cəhdindən narazılığının artacağını gözləyirəm”, - o deyib.

ABŞ diplomatı həmçinin Rusiyanı münaqişəni uzatmaqda ittiham edib: “Gürcüstan xarici işlər nazirinin müavini noyabrda belə deyib: “Bu şərait 1998-ci ildə bizim (Gürcüstan - red.) düşdüyümüz vəziyyətə oxşayır. Bundan sonra Azərbaycan 2008-ci ildə bizim (Gürcüstanın - red.) vəziyyətinə düşəcək. Bunun ardınca Azərbaycan bizim indi olduğumuz vəziyyətdə olacaq. Bu, çox bədbindir. Ancaq Rusiyanın Qarabağ münaqişəsini manipulyasiya etməsi baxımından real dəyərləndirmədir. Rusiya öz maraqlarının təmini üçün Ermənistan və Azərbaycanın problemin tənzimlənməsində irəliləməsinə imkan vermir”.

C.Kent vurğulayıb ki, ABŞ Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayanmasını alqışlayır: "İndiyədək münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupu çərçivəsində davam edib. Hesab edirəm ki, bu mexanizmin qarşısında indi bəzi çağırışlar durur. Fəaliyyətimizi (həmsədrləri nəzərdə tutur - red.) davam etdirməyə doğrudan maraq varmı?” ATƏT-in Minsk qrupu iki ölkənin (Azərbaycan və Ermənistanı nəzərdə tutur - red.) mexanizmə yardım etməyə hazır olduqları dərəcədə başlıca rol oynayacaq. Rusiyanın niyyəti ilə bağlı məsələ açıq alır. Rəsmi Moskva ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəsilə atəşkəsin əldə olunmasını istəmir... Rusiya bunu üçtərəfli formatda təmin edib” .

Diplomat mövcud vəziyyətin perspektivdə Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşması üçün əlverişli şəraitin yaranacağını da proqnozlaşdırıb.



Xəbərin oxunma sayı : 883




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap