Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“Rusiya Ukraynadan öncə Yaponiyaya hücum etməyə hazırlaşırdı“ - KİV

Tarix 28.11.22, 9:35

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya 2021-ci ilin yayında, Ukraynaya hərbi müdaxilə etməmişdən təxminən yarım il əvvəl Yaponiyaya hücum etməyə hazırlaşırdı. Bu barədə “Report” “Newsweek” nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, bu, “Dəyişiklik küləyi” ləqəbli agentin korrupsiyaya qarşı mübarizə aparan “Gulagu.net” saytını idarə edən rusiyalı hüquq müdafiəçisi Vladimir Oseçkinə göndərdiyi elektron məktubdan məlum olub.

Rusiya Federal Təhlükəsizlik Xidmətindən olan şəxsin paylaşdığı məxfi sənədlərdə deyilir ki, Rusiya 2021-ci ilin avqustunda Yaponiya ilə hərbi münaqişəyə kifayət qədər ciddi hazırlaşırdı.
Ətraflı

“Ölkələrin kəskin qarşıdurma, hətta müharibə mərhələsinə keçəcəyinə inam yüksək idi. Nə üçün sonda Ukrayna müharibə üçün seçildi, ona başqaları cavab verəcək”.

Qeyd olunub ki, Kremlpərəst təbliğatçılar “nasistlər” və “faşistlər” haqqında terminologiyadan istifadə edərək rusların yaponlara nifrətini artırmalı idilər. Bu təbliğat kampaniyasında ilk addım İkinci Dünya müharibəsi zamanı Yaponiya xüsusi xidmət orqanlarının sovet vətəndaşlarına işgəncə verməsi və sovet hərbi əsirləri üzərində “dəhşətli bioloji eksperimentlər” aparması barədə məlumatın FTX tərəfindən məxfiliyi ləğv etmək idi. Bundan əlavə, Yaponiyanın 1938-ci ildən SSRİ ilə müharibəyə hazırlaşdığı, guya təxribat törətdiyi iddia edilirdi.

“Newsweek” analitikləri xatırladıblar ki, İkinci Dünya müharibəsindən sonra Rusiya və Yaponiya arasında rəsmi şəkildə sülh müqaviləsi imzalanmayıb. Buna səbəb Yaponiyanın iddia etdiyi bir qrup adadır. Bunlar Kuril adalarından Kunasiri, İturup, Şikotan və Xabomay adalarıdır. Tokio adaları özünün “Şimal əraziləri” hesab edir və bu məsələ onilliklər ərzində Rusiya ilə Yaponiya arasında münasibətləri gərginləşdirib.

“Yaponiya üçün bu, onun müasir geosiyasətinin təməl daşıdır: İkinci Dünya müharibəsində məğlub olmuş ölkə statusu hələ də yaponların rəsmi hərbi gücə, xarici kəşfiyyat xidmətinə və bir sıra başqa güclərə malik olmasına manedir. Yaponiya üçün Kuril adalarının qaytarılması əslində onun müharibədən sonrakı statusunun yenidən nəzərdən keçirilməsi və ya hətta ləğvi demək olardı” - , mənbə bildirib.



Xəbərin oxunma sayı : 691




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap