“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Rusiya yaxın vaxtlarda Luqansk istiqamətində yeni hücuma keçəcək” - ABŞ İnstitutu

Tarix 31.01.23, 10:04

Font ölçüsü : - / +
bitmap-img6


“Rusiya yaxın vaxtlarda Luqansk istiqamətində yeni hücuma keçəcək”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, həm Qərb, həm Ukrayna, həm də Rusiya mənbələrinin proqnozları bu fikri təsdiqləyir:

“Mənbələr bildirir ki, Rusiyanın növbəti hücumu qaçılmazdır. NATO Baş katibi Yens Stoltenberq dünən, yanvarın 30-da deyib ki, Rusiya sülh danışıqlarında maraqlı deyil. Onun fikrincə, Moskvanın bütün davranışları bunun əksini göstərir. Stoltenberq, həmçinin deyib ki, Rusiya 200.000-dən çox şəxsi heyəti səfərbər edə bilər. Baş katib Rusiyanın İran və Çşimali Koreya kimi avtoritar dövlətlərlə tərəfdaşlıq etdiyini, onlardan silah-sursat aldığını xüsusi qeyd edib”.

Məlumatda, həmçinin bildirilib ki, Ukrayna Quru Qoşunlarının Ehtiyatçılar Şurasının rəhbəri İvan Timoçko Donbasdakı qruplaşmaların gücləndirildiyini söyləyib: “Rusiya qüvvələri daxildəki durum və təzyiqlərin artması ilə əlaqədər olaraq yeni hücuma keçməli olacaq. Stoltenberq və Timoçko bəyanatları onu deməyə əsas verir ki, Rusiya qarşıdakı aylarda növbəti hücum həyata keçirəcək”.

Qeyd edək ki, Britaniya kəşfiyyatı və ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu bundan əvvəl Rusiyanın yeni səfərbərlik dalğasına hazırlaşdığını bildirmişdi.



Xəbərin oxunma sayı : 730




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap