“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Rusiyanın Ukraynadakı döyüş effektivliyi xeyli aşağı düşüb” - ABŞ İnstitutu

Tarix 04.02.23, 9:53

Font ölçüsü : - / +
bitmap-img6


“Rusiyanın Ukraynadakı döyüş effektivliyi xeyli aşağı düşüb”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, müxtəlif Qərb mənbələrinin məlumatına görə, Rusiya qüvvələri Ukraynada 200 minə yaxın itki verib:

“Donetsk vilayətinin Baxmut ətrafındakı döyüşlər nəticəsəsində Rusiya ordusunun itkilərinin sayı daha da artıb. Hər gün yüzlərlə hərbçi Baxmut bölgəsində ölür və ya yaralanır. Ukraynadakı müharibədə Rusiya itkilərinin sayının yüksək olması Rusiya ordusunun döyüş effektivliyinə mənfi təsir göstərir. Rusiya ordusu növbəti hücumlara hazırlaşır. Bu isə səfərbərliyin ikinci dalğasını qaçılmaz edir”.

Məlumatda, həmçinin bildirilib ki, Rusiya məhbusları da döyüşlərə cəlb edir.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu və Britaniya kəşfiyyatı Rusiyada səfərbərliyin növbəti dalğasının elan olunacağı ilə bağlı proqnoz vermişdi.

Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, qarşıdakı 6 ay müharibənin taleyində həlledici olacaq.



Xəbərin oxunma sayı : 691




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap