![]() |
|














“Sülh sazişinin imzalanması gözləniləndir...“ - “Proses əvvəlcədən planlaşdırılmış şəkildə davam edir“
Tarix 08.06.21, 23:20 |
|

“Mən Qərb-Rusiya qarşıdurmasını göməmişəm”
Ermənistan ordusu cəbhədə atəşkəsi pozmağa başlayıb. Erməni mediası 2 gün əvvəl iddia edirdi ki, Azərbaycan əsgərləri Kəlbəcər istiqamətində onlara atəş açıb. Bunun ardınca sülhməramlıların olduğu Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ordusunu atəşə tutmasının təsadüf olmadığı üzə çıxır. Bundan əvvəl isə Rusiya və Fransanın Qarabağ mövzusunda xüsusi fəallığı müşahidə edilmişdi.
"AzPolitika.info" mövzu ətrafında “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevlə söhbətləşib.
Müsahibəni təqdim edirik:
- Mehman bəy, müharibədən sonra bölgədə vəziyyətin yumşaldılması istiqamətində ciddi proses müşahidə olunmur. Azərbaycan əsir aldığı diversantları işğaldan azad edilən rayonların mina xəritəsi ilə dəyişir, Rusiya və Fransa "Dağlıq Qarabağ" ifadəsinə xüsusi vurğu etməklə onu gündəmə gətirir, ermənilər sərhəddə təxribatlar həyata keçirir, Avropa Birliyi İrəvana yaxın 5 il üçün 1,5 milyard dollar maliyyə dəstəyi göstərir... Hazırda bölgədə baş verənləri necə qiymətləndirirsiniz?
- Sərhəddə atışmaları nəzərə almasaq, proses normal gedir. Yəni bu məsələdə marağı olan tərəflər - ABŞ, Avropa, Rusiyanın davranışlarından proseslərin normal getdiyini demək olar. Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması, bölgədə əməkdaşlığın qurulması, böyük layihələrin həyata keçirilməsi, hətta gələcəkdə Azərbaycan və Ermənistan arasında birgə projelərin həyata keçirilməsi gözləniləndir. Əgər, biz Zəngəzur dəhlizindən bəhs ediriksə, bu üçtərəfli razılaşmada nəzərdə tutulub və həyata keçiriləcək.
Avropa Birliyinin (AB) Ermənistana 1,5 milyard avro ayırmasına gəldikdə, deyim ki, Azərbaycanın pulu kifayət qədərdir. Ermənilər müharibə zamanı və ondan sonra da deyirdilər ki, İlham Əliyev münaqişənin sülh yolu ilə həlli üçün 5 milyard sərmayə qoymağı təklif edirdi. Yəqin ki, söhbət Qarabağ və Ermənistana sərmayədən gedə bilər. Bu təklifin arxasında problemin sülh yolu ilə həll olunması istəyi dururdu. Bu saat da Azərbaycana investisiya qoyulmasına heç kəs etiraz etmir, amma yardıma ehtiyac yoxdur. Çünki bizdə neftdən ölkəyə vəsaitlər daxil olur. Ermənistanda belə resurslar yoxdur. Ermənistanda hakimiyyəti düzəltmək, Paşinyan hökumətinin mövqelərini gücləndirmək üçün, sözsüz ki, oradakı islahatlara siyasi və maliyyə dəstəyi vermək vacibdir. Hesab edirəm ki, Paşinyan hakimiyyəti məsələnin tezliklə həllini, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasını və əməkdaşlıq səviyyəsinə qaldırılmasını istəyir. Bu mənada düşünürəm ki, proses normal, daha doğrusu əvvəlcədən planlaşdırılmış şəkildə davam edir.
- Ancaq müşahidələr əsasında demək olar ki, Ermənistanın heç bir dövlət rəsmisi Dağlıq Qarabağın Azərbaycana məxsus olmasına dair fikirlər işlətməyib, əksinə, Paşinyan başda olmaqla iddia ediblər ki, Dağlıq Qarabağın statusu ilə bağlı məsələ açıq qalıb. Hətta bizim rədd etdiyimiz Minsk Qrupunun bu işlə məşğul olmasının vacibliyini ifadə ediblər...
- Bəli, sizin dediyiniz kimidir. Biz deyirik ki, status olmayacaq, onlar isə deyirlər ki, hansısa yüksək səviyyəli status verilsin. Bəziləri hətta “müstəqil dövlət” məsələsini qaldıra bilər. Nəticə olaraq ortada iki radikal yanaşma var və bu gətirib hansısa kompromisə çıxarmalıdır. Aydındır ki, Azərbaycan dövləti tərkibində hansısa statusun verilməsi məsələsi ola bilər. Mənim fikrim belədir ki, burada yerli özünüidarəetmə forması əsas kimi götürülə bilər. Bu iki radikal mövqe son nəticədə onların Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təhlükəsiz yaşaması məsələsinin təminatı ilə başa çatacaq. Ermənilər üçün bu saat təminat əhəmiyyət kəsb edir. Çünki əvvəlki radikal mövqe olan Dağlıq Qarabağın müstəqilliyi faktiki olaraq gündəmdən çıxıb və bu real deyil.
- Rusiyanın son dövrlərdəki mövqeyini necə qiymətləndirmək olar? Faktiki Ermənistan rəhbərliyi Rusiya ilə daima məsləhətləşmələr aparır. Paşinyanın Moskva səfəri planlaşdırılır, Rusiya lideri “Dağlıq Qarabağ” ifadəsinə hər zaman vurğu edir. Rus politoloqlar açıq Ermənistan mövqeyindən çıxış edir... Bu baxımdan Moskvanın davranışlarını necə şərh etmək olar?
- Siz rus politoloqlarına, televiziyalara çıxıb danışanlara istinad edirsiniz. Mənim fikrimcə, rus politoloqlar indi-indi başa düşməyə başlayırlar ki, Kremlin Qafqazda Dağlıq Qarabağla bağlı maraqları və münasibəti necədir. Müharibənin gedişində rus politoloqları İrəvana açıq dəstək verirdilər. Amma müharibə getdikcə rus rəhbərliyinin mövqeyi aydınlaşmağa başlayanda, onlar öz mövqelərini Putin xəttinə uyğunlaşdırmağa başladılar. Əslində isə bunlar idarəolunan mütəxəssislərdir. Bu səbəbdən də özlərini Kremlin xəttinə uyğunlaşdırmağa çalışdılar. Hesab etmirəm ki, bu gün də rus politoloqları hər şeyi bilirlər, xəbərdardırlar. Məncə, daha çox konyuktur mülahizələr qururlar. Nəzərə almaq lazımdır ki, onlar Rusiyanın xəttini müəyyən etmirlər, bu xəttə xidmət edirlər. Odur ki, onların mülahizələrinə o qədər də ciddi baxmaq lazım deyil. Əlbəttə, əsas siyasəti formalaşdıran, aparan və həyata keçirən Rusiya rəhbərliyidir. Mən hesab etmirəm ki, Rusiya rəhbərliyi Qarabağla bağlı öz siyasətində hansısa dəyişiklik edib.
- Kemlin Qarabağla bağlı marağı və siyasəti özündə nələri ehtiva edir?
- Birincisi, rusların bu məsələyə dair baxışları ABŞ və Avropanın mövqeyi ilə üst-üstə düşür. Biz müharibə vaxtı da gördük ki, heç bir kardinal fikirayrılığı yoxdur. Ən azından maraq toqquşmasını görmədik. Əlbəttə, hansısa bəyanatlar vardı, amma ümumi xətdən görünürdü ki, Azərbaycanın apardığı anti-terror əməliyyatını başa düşür və problem yaratmırdılar. Burada Rusiyanın hansısa fərqli oyununu görmürəm. Bu, vahid yanaşmadır. Bu yanaşma da ondan ibarətdir ki, problem həll edilməlidir. Çünki bu məsələ regional inkişafa neqativ təsir edir. Sözsüz ki, bütün böyük dövlətlər əslində post-pandemiya dövrünə hazırlaşırlar. Yəni yeni dünya iqtisadiyyatının dirçəlməsinə hazırlaşırlar. Əslində neft, qaz kəmərləri, eləcə də dəhlizlər, dəmiryol xətləri, tranzit yolları, təminat şəbəkələrini yaradırlar. Diqqət edin, aktiv şəkildə görürük ki, Qarabağ, Liviya, Suriya, Əfqanıstan kimi münaqişələr həll olunmağa başlayır. Yəni bu ölkələr yeni həyata hazırlanır. Bu konfliktlər gələcəkdə iqtisadiyyatın çiçəklənməsinə, inkişafına problem yaradırdı. Götürək Zəngəzur dəhlizini. Niyə bu məsələ üçtərəfli sazişdə öz əksini tapıb? Bu, çox vacib məsələdir. Nəqliyyat dəhlizi açılmalıdır. Avropa-Azərbaycan-Rusiya-İran-Hindistan... Yəni ikitərəfli istiqamətdə mal axını. İndi ABŞ Çinə alternativ kimi Avropadan yolların çəkilməsini məqsəd kimi qoyub.
- Bunun üçün ilkin mərhələdə 40 milyard dollar ayrılacağının anonsu da verilib...
- Onlar buna alternativ yollar deyirlər. Əslində bu alternativ deyil, bu yolların tamamlanması ilə bağlıdır. Əvvəllər TRASEKA YOLLARI deyilirdi. TRASEKA nə üçün nəzərdə tutulurdu? Bu yol gəlib Qafqazdan Orta Asiyaya və o tərəfə gedirdi. Çin oradan öz işini görür, bunlar da bu tərəfdən. Ərdoğan İstanbul kanalını tikir. Niyə? Çünki gələcək iqtisadiyyat çərçivəsində gəmilərin və yüklərin Bosfor boğazından keçməsini o qədər də təmin edə bilməyəcək. Yəni çatdıra bilməyəcək. Bu səbəbdən alternativ bir yol açılır ki, bu axınları təmin etsin. Təsəvvür edin ki, iqtisadiyyat hansı səviyyədə olacaq. Qeyd edim ki, bu qaçılmazdır və əksər dövlətlər buna hazırlaşır. Odur ki, bu mərkəzlərin maraqları Qafqazda da üst-üstə düşür. O mənada ki konflikt bitsin, yollar açılsın, işlər başlanılsın. Söhbət nəhəng dünya layihəsindən gedir və onun çərçivəsində bir sıra məsələlər öz həllini tapacaq. Məsələn, İrana diqqət edin. İranın nüvə texnologiyasına dair Vyana danışıqları intensivləşir. Yeni formasiya, sistemlər qurulur. Siz düşünürsünüz ki, Taliban heç nədən razılığa gəldi? Əlbəttə ki, Əfqanıstana investorlar gələcək, orada yollar inşa ediləcək. Əfqanıstanda dünya iqtisadiyyatı üçün maraqlı olan nəhəng yataqlar var. Bunların istismarı məsələsi ortaya çıxır. Əslində proseslər ona görə tezləşib.
- Sizin fikirlərinizdən belə çıxır ki, Qərb-Rusiya qarşıdurması əslində iqtisadiyyata aid deyil və burada qarşıdurma yoxdur?
- Mən heç vaxt Qərb-Rusiya qarşıdurmasını görməmişəm. Zənnimcə, burada iki məsələ var:
Birincisi, Qərb həqiqətən də Rusiyanın sərvətlərinə sahiblənmək istəyir. Daha doğrusu, Qərb istəyir ki, Rusiya qaz, neft, qızıl, almaz, mis, uran və digər yataqlarını onun şirkətlərinə açsın. Rusiya buna o qədər də maraqlı deyil, çünki öz şərtləri var. Əlbəttə, Rusiya onları investor kimi dəvət edə bilər, ancaq ruslar onlarla şərik olmaq istəmir. Qərb isə öz şirkətlərinin Rusiyanın sərvətlərinə sahib çıxmasını istəyir, ən azı şəriklik formasında. Bax, burada maraqlar toqquşur. Dava bunun üzərində gedir.
İkincisi, ABŞ başda olmaqla, Qərb Putin hakimiyyətinin uzun müddət iqtidarda qalmasında maraqlı idi. Çünki bu, ilk növbədə stabillikdir, idarəolunan prosesdir. Ən maraqlısı odur ki, bu, Rusiyanın böhranlı şəraitində baş verir. Rusiya uzun illərdir ki, böhrandadır. Düzdür, nələrsə inkişaf edib, amma böhrandan tam çıxa bilməyiblər. Bu böhranlar Rusiyada əsasən inqilablara, qarşıdurmalara, vətəndaş müharibələrinə gətirib çıxara bilir. Bu şəraitdə Qərb maraqlıdır ki, Rusiyada sabitlik olsun, Putin uzun müddət iqtidarda oturaraq idarə etsin. Sözsüz ki, Rusiya ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq olunur. Rusiyada hakimiyyətin stabilliyini təmin etmək üçün nə lazımdır? Əgər sosial-iqtisadi problemlər varsa, insanlar narazıdırsa, bu zaman millətçi-vətənpərvər ruh əsasında idarə etmək. Yəni ətraf düşmənlərdir, biz hamı ilə vuruşuruq, Rusiyanı məhv etmək istəyirlər, biz güclüyük, Suriyaya girdik, Liviyada muzdlularımız var, Qarabağa daxil olduq və s. Bu da rejimin stabilliyini təmin edən məsələdir. Putin rejimi ölkəni bu atmosferdə idarə edir. Sözsüz ki, buna da dəstək verən Qərb ölkələridir. Nəticə olaraq rus cəmiyyəti üçün Rusiyanın problemləri Putindən gəlmir, Qərbdən gəlir.
- Demək istəyirsiniz ki, Krımın işğalından sonra Rusiyaya tətbiq edilən sanksiyalar da görüntüdür?
- Gəlin baxaq, görək Rusiyaya qarşı hansı sanksiyalardan söhbət gedir. Niyə Rusiyanın qaz-neft sektoruna sanksiya qoyulmur, bunların satışının qarşısı alınmır? Buna sanksiya demək olar-olmaz, siz qərar verin. Axı İrana qarşı əsasən neft-qaz sanksiyası tətbiq edilib. Ona müəyyən kvotadan çox neft-qaz satmaq faktiki qadağan edilib. Ancaq Rusiyaya qarşı bunu etmirlər. Rusiyanın qaz, neft, xammalının satılması davam edir.
- Əgər belədirsə, alt qatlarda Qərb-Rusiya əməkdaşlığı varsa nədən Krım, Donbas, Abxaziya, Osetiya, Dnestryanı kimi münaqişələr də həll edilmir?
- Başa düşdüm. Ukrayna məsələsinə toxunaq. Əgər Rusiya Ukraynaya qarşı indiki siyasəti aparmasaydı, Ukrayna Rusiyanın cəmdəyindən yapışacaqdı. Eləcə də Ukraynaya öz milli kimliyi və mənsubiyyətini tanımaq və qəbul etmək çətin olacaqdı. Bilirsiniz ki, tarixən onlar Rusiya ilə çox bağlıdır. Yəni Ukraynanı Rusiyadan qoparmaq, Qərbə yaxınlaşdırmaq, korrupsiyaya qarşı mübarizə qurmaq yalnız Ukrayna millətçiliyini yaradaraq etmək olardı. Onlara milli ruhu qaytarmaq, milli kimliyi dərk etmək vacib idi. Bunun da bir yolu var idi ki, bu formada da etdilər. Başqa yolu yox idi.
Abxaziya və Osetiyada da məsələ təxminən eynidir. Gürcüstanda sülhməramlı var idi və ikisi də ruslardan ibarət qurulmuşdu. Biri BMT, digəri ATƏT-in bayrağı altında. Bir də görürdünüz təzə qaçqın mərhələsi yaşandı, Tiflisdə mitinqlər başladı, millət acından ölür, dövlət dağılır və s. Müxalifət də siyasi mübarizədə bundan istifadə etməyə çalışırdı. Baxmayaraq ki, amerikalılar gələrək təklif ediblər ki, islahat aparmaq lazımdır. Nə baş verdi? Onlar gəldilər bizim vəziyyətə. Onlarda da təmas xətti quruldu. Amma 2008-ci ildən sonra Gürcüstanda Qərb institutuları qurulmağa, güclənməyə və ümumən dövlətin sürətli inkişafı başlandı. Fakt odur ki, gürcülər sürətlə Rusiyadan qopmağa, Qərbə doğru istiqamətlənməyə başladılar. Halbuki problemlər bu gün də qalır. Zənnimcə, Abxaziya və Osetiya məsələsi lazım gələndə gündəmə çıxacaq və Gürcüstan konfederativ formata keçiriləcək. Bu məsələlər həmin dövlətlərdə demokratik prosesləri gücləndirir. Gürcülər özləri buna razı olduqlarını ifadə edirlər.
Bəli, siz deyə bilərsiniz ki, ABŞ maraqlıdır ki, Gürcüstan və Ukrayna Rusiyadan qoparaq onun yanına getsin. Əslində SSRİ-nin dağılması ABŞ-la razılaşdırılmış addım idi. Bundan sonra Rusiyada özəlləşdirmə və bəzi siyasət amerikanların iştirakı ilə aparılıb. Hamı başa düşür ki, geci-tezi post-sovet məkanı dünyanın demokratik şəbəkəsinə qoşulmalıdır. Bu səbəbdən mən deyirəm ki, MDB nikah təşkilatı deyil, tədricən əlaqələri kəsmək və həmin dövlətləri yeni sistemlərə keçirmək üçün bir mərhələdir. Rusiyanın özü də ora gedir. Bu prosesdə ruslar danışırlar, sərt reaksiya verirlər, amma özləri bizdən qabaqdadır. Rusiyada orta biznes daha sərbəstdir. Onlarda da Asan Xidmət qurublar və bu daha işləkdir. Odur ki, ritorika bir tərəfdir, ölkənin hansı istiqamətdə irəliləməsi başqa məsələdir.
Xəbərin oxunma sayı :
Müsahibə
Xəbərlər
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Xanımı Ərdoğanın çlxışı zamanı ağladı - VİDEO
-
Bakı Suriya və İsrail danışıqlarına ev sahibliyi edəcək - KİV
-
Fitnes məşqçilərinin təqdim etdiyi qidalanma proqramları niyə bahadır? - VİDEO
-
Ölkədə 1,5 milyon sahibkar var - Ən çox biznesmen hansı rayonlardadır?
-
Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə mənzil alırlar: Onları ora nə çəkib aparır?
-
Xurmanı Almaniyadan 17 manata, Çindən 2 manata alırıq - QİYMƏTLƏR
-
“Putin İranın uranı zənginləşdirməsinə tam qadağanı dəstəkləyir“ - KİV
-
“Epidbiomed” MMC-yə 138 min manatlıq sifariş - Təsisçisi qanunsuz dərman dövriyyəsinə görə həbs edilmişdi
-
Yeni qida normaları kimlərə şamil ediləcək? - DEPUTAT AÇIQLADI
-
Abşeron İcra Hakimiyyətinin həbs olunan əməkdaşı: “Zəng edib dedi ki, 30 min manat istə“
-
“Sputnik Azərbaycan“ Rusiya FTX-nin filialından başqa bir şey deyildi - Mətbuat Şurası
-
İlham Əliyevin Suriya Prezidenti ilə geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Çay evində zarafat faciə ilə nəticələndi - Göyçaydakı cinayətin TƏFƏRRÜATI
-
SOCAR Suriya Hökuməti ilə Anlaşma Memorandumu imzaladı - FOTO
-
Nazirlikdən hava ilə bağlı əhaliyə - Videomüraciət
-
“Türkiyə Suriyada da terror dəftərinin bağlanacağına inanır“ - Ərdoğan
-
Azərbaycan klublarının dəyəri nə qədərdir? - SİYAHI
-
Suriya Prezidenti Azərbaycandadır - Fotolar
-
Hər 1 manat Yağmurun həyatını xilas edə bilər - Çarəsiz anadan yardımsevər insanlara MÜRACİƏT
-
Xanımı Polad Həşimovun şəhid xəbərini necə almışdı? - FOTOLAR
-
Dövlət Departamentinin 1300 əməkdaşı işdən çıxarıldı - FOTOLAR
-
Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova təqaüdə göndərildi - FOTO
-
“Evlərimiz təhlükədədir, hər an çökmə baş verə bilər” - VİDEO
-
Koçaryan Simonyana qarşı daha bir iddia qaldırıb - Nədə ittiham edir?
-
Avtomobillərin utilizasiyası sistemində boşluqlar - İşbazlar fürsətdən istifadə edirlər (VİDEO)
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Ölkədə nikahsız doğulanların sayı artır - İki baxış
-
Həm arıq saxlayır, həm də ürəyə xeyirdir - Hazırda mövsümüdür
-
Tələbələrin təqaüdündən xəbərsiz tutulan pullar hara gedir? - VİDEO
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Tovuz döyüşlərindən 5 il ötür
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
TOP 10
ARXİV