“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Saçımdan tutmuş əllərimə qədər qulluq edirəm“ - Xalq artisti

Tarix 29.07.21, 23:55

Font ölçüsü : - / +
bitmap-img6


"Hər zaman baxımlı olmalıyam, gənc qalmalıyam, sağlam olmalıyam. Uşaqlıqdan özümə bu proqramı verirdim. Bu yolla gedirdim. Bunu deməklə deyil, ona əməl edirdim. Hər gün idman edirdim. Saçımdan tutmuş əllərimə qədər qulluq edirdim. Bu da sistem halını aldı. Böyüyəndə isə deyirdim, kim yaxşı paltar tikir tapmalıyam. Gedirdim dərzilərə paltarlar tikdirirdim".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Əyyubova "Gün ortası" proqramında deyib. Xanəndə baxım sirlərindən danışıb. O bildirib ki, hər getdiyi yerə ayrı libas tikdirib, manikür etdirir:

"Sonra düşündüm ki, hazır paltar alsam, kimdəsə ola bilər. El məclislərinə gedirəm, geyindiyimdən kimdəsə görərəm. Ona görə də tikdirirdim. Hər şeyə təmiz, vasvası yanaşıram. Evdəkilər bezib.

Zəng edirlər ki, sabah efirə gələ bilərsiz? Deyirəm, yox. Hazır deyiləm. Məni efirə ən azından bir həftə əvvəl çağırmalısınız. Mənim ruhum, beynim ona köklənməlidir. Başlayıram verilişlə yaşamağa: necə görünəcəm, nə geyinəcəm. Deyirəm, bunu geyinmişəm, sonda yenisin hazırlatdırıram. Geyimə uyğun manikür, makiyaj olmalıdır. Bahalı paltar geyinib getmək şərt deyil. Elə sadə paltar geyinə bilərsən ki, ona uyğun saç, makiyaj, aksesuar olmalıdır.

Son vaxtlar sərbəstliyim əlimdən alınıb. Qızım Nəzrin edir. İndi hara gedirəm Nəzrini çağırıram. Yoldaşım da evdən çıxanda çağırır ki, Nəzrin gəl gör necədir, əskiklik yoxdur?".



Xəbərin oxunma sayı : 1051




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap