“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Savaşa hazır ol!“ - “Görəcəyimiz iş bəllidir...“

Tarix 25.02.24, 13:07

Font ölçüsü : - / +
bitmap-img6


"Əgər sülh və əmin-amanlıq istəyirsənsə, savaşa hazır ol. Türkiyə və Türk milləti olaraq bu torpaqlarda sülh içində yaşamaq istəyiriksə, görəcəyimiz iş bəllidir: Havada, quruda və dənizdə güclü ordumuz və müdafiə sənayemiz olmalıdır".

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) Sakaryada təşkil edilmiş mitinqində vətəndaşlara müraciəti zamanı deyib.

O bildirib ki, Türkiyəni düşmənlərindən qoruyan yeganə şey ölkənin öz gücü və öz imkanlarıdır: "Yoxsa bu coğrafiyada nəfəs almağa belə imkan verməzlər. Bu həqiqəti yaxın ətrafımızdakı misallarla ağrılı şəkildə görürük. Suriyada bir milyon insan vəhşicəsinə qətlə yetirilib, 12 milyona yaxın insan köç etmək məcburiyyətində qalıb və heç kim bu zülmün qarşısını almaq üçün addım atmayıb. Qəzzada 30 min günahsız fələstinli qətl edilib, 70 mindən çox dinc sakin yaralanıb. İsrailin vəhşiliyinin qarşısını almaq üçün heç bir faydalı səy göstərilməyib. İsrailə dərhal atəşkəs çağırışı belə yoxdur. Qərb dövlətləri işğalçı İsrail ordusuna hər cür silah dəstəyi verməkdə davam edir. Allah eləməsin, sabah başımıza bir bəla gəlsəydi, qarşılaşacağımız vəziyyət bundan fərqli olmazdı". /Musavat.com



Xəbərin oxunma sayı : 724




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap