Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Sevimli Dad”ın bu kolbasaları sağlamlıq üçün təhlüklidir? - FOTO

Tarix 24.06.24, 14:37

Font ölçüsü : - / +
bitmap-img6


“Sevimli Dad”ın bişmiş kolbasalarının tərkibində insan sağlamlığı üçün olduqca zərərli olan E250 qida əlavəsi var. 

AzFakt.com xalq.az-a istinadən xəbər verir ki, bu barədə “Neptun” supermarketlər səbəkəsi “Sevimli Dad” kolbasalarının kataloqunda məlumat yerləşdirib. Həmçinin bu barədə sözügedən firmanın kolbasalarının üzərində də qeyd edilib. Belə ki, “Sevimli Dad”ın qaymaqlı bişmiş kolbasa növü və S.D.Korona doktor/lubitelskaya bişmiş növlərinin tərkibində təhlükəli E250 maddəsi var.

Korona doktor/lubitelskaya bişmiş növün tərkibində mal əti, donuz piyi, nişasta, zülalstabilizatoru, quru süd, natrium-nitrit (E250), duz, ədviyyatlar olduğu qeyd edilib. Qaymaqlı bişmiş növün tərkibində isə yağlı və yağsız mal əti, toyuq əti, quru süd, nişasta, yumurta və ya melanj, natrium nitrit (E250), duz, ədviyyatlar olduğu yazılıb.

“Sevimli Dad”ın bu kolbasaları sağlamlıq üçün təhlüklidir?


“Sevimli Dad”ın bu kolbasaları sağlamlıq üçün təhlüklidir?

Digər qoruyuculardan nitrit və nitratlar emal edilmiş ət məhsullarında və balıqda rəng, qoxu, dad xüsusiyyətlərini qorumaq, mikroblara qarşı stabilliyin saxlanılması üçün tətbiq olunur. Nitritlərdən E250 (natrium nitrit) toksiki maddə olub nəfəs daralması, başgicəllənməsi və başağrısı kimi narahatlıqlara rəvac verə bilən potensial kanserogen maddədir.

Əksər kolbasaların tərkibində olan E250 maddəsi insan orqanizmi üçün olduqca təhlükəli qida əlavəsi hesab edilir. Bu maddə özündə bir neçə təhlükəni, xəstəliyi birləşdirir. Belə ki, E250 qida əlavəsi xərçəng əmələ gətirən maddə hesab edilir. Həmçinin arterial təzyiqini və bağırsaq pozğunluğunu əmələ gətirən maddədir. E250 maddəsi həmçinin təzyiq yaradan qida əlavəlrindən biridir.



Xəbərin oxunma sayı : 646




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap