“Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

  • / Maqazin / — 02 İyul 2024

    Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO

İstefa verən məmurdan ağır sözlər: “Azərbaycan təhsilini pula satdınız...

Tarix 20.06.24, 18:19

Font ölçüsü : - / +
bitmap-img6


Təhsil İnstitunun şöbə müdiri, Filologiya üzrə fəlsəfə doktoru Könül Aydın (Nəhmətova) tutduğu vəzifədən istefa verib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, özü məlumat verib. Alim uzun müddətdir iş yerində təzyiqlərə məruz qaldığını bildirib:

“İstefa verdim. İdarəetməsi, elmi sıfır olan, xalqa sədaqəti olmayan insanlarla işləməkdən yoruldum. Məruz qaldığım bütün təzyiqləri, gördüyüm qanunsuzluqları zamanla hər kəs biləcək.. Hələ bu harasıdır... İtirən sizsiniz. Mənim deyil, ölkənin dərdini çəkmək lazımdır artıq.

Bunlarla işləmək mümkün deyil, yalnız vuruşmaq olar. İllərlə bunu etdim, indi ən azı, İlahi ədalətə tapşırıb gedirəm. Allah nəyə layiqdirlərsə, onunla qarşılasın əməllərini”. 

O, istefasının səbəbini belə açıqlayıb:

“Mafiya (şəbəkə) qalib gəldi. Bunlar sizin idarəçiləriniz, bu da siz. Sağlıqla qalın. Mən çox dedim, siz ayılmadınız. Yuxunuz şirin olsun, mən getdim. 

Mən bu ölkənin təhsilinin necə əxlaqsızcasına talandığını gördüm və tab gətirmədim, axırda məni uzaqlaşdırdılar. Bunlar - mafiya cəhənnəm. Çoxlarının leşə daraşmış quzğun kimi ordan-burdan dimdik atıb bir az qənimət ələ keçirmək istəkləri lap iyrəndirdi məni. Nə simasız adamlara çevrildiniz. Azərbaycan təhsilini pula satdiniz. Allah bir gün hamınızı çox ağır cəzalandıracaq, qarğa-quzğun sürüsü”. 



Xəbərin oxunma sayı : 916




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap