“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Türk Əsrinin gerçəkləşməsi üçün birlikdə mübarizə aparacağıq“ - Numan Kurtulmuş

Tarix 07.06.23, 21:07

Font ölçüsü : - / +
bitmap-img6


"Türk Əsrinin gerçəkləşməsi üçün birlikdə mübarizə aparacağıq". “Report” "TRTHaber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni sədri Numan Kurtulmuş deyib.

O, parlamentin sədri seçiləndən sonra kürsüyə çıxaraq təşəkkür nitqi söyləyib.

"Birinci Məclisin yaranmasından və respublikanın elan edilməsindən 100 il keçir. Türkiyə böyük qazanclar əldə edib. Biz xalq olaraq qarşımıza yeni hədəflər, yeni üfüqlər qoymalıyıq. Son dərəcə əhəmiyyətli bir dövrün başlanğıcını edirik. Bu xalq bizə fürsət verib. Bu fürsəti onun dəstəyi ilə sona qədər çalışaraq dəyərləndirəcəyik. Daha güclü və daha böyük Türkiyə üçün çox çalışacağıq", - sədr deyib.

TBMM sədri vurğulayıb ki, 16 müxtəlif siyasi partiyanın iştirak etdiyi parlament demokratiya üçün böyük uğurdur: "Fikirlərimizi müzakirə edəcəyik, amma əl-qolumuzu sıxmadan, bir-birimizi incitmədən danışacağıq. Türk Əsrini birlikdə quracağıq. Deputatlarımızın hər birinə “xoş gəlmisiniz” deyirəm. Parlamentin sədri kimi bütün siyasi partiyalarla dialoq şəraitində vəzifəmi davam etdirəcəyəm”.



Xəbərin oxunma sayı : 901




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap