“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Türkiyə ilə təhdid dilində danışmaqla heç nəyə nail olmayacaqlar“ - Hulusi Akar

Tarix 05.05.21, 12:18

Font ölçüsü : - / +
bitmap-img6


“Kipr Türkiyənin milli mübarizəsidir. Adada iki dövlətli bir quruluşun olması artıq qaçılmaz şərtdir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Yunanıstanla əlaqələrə toxunan nazir dialoq və siyasi həll yollarının tapılmasını vacib sayır: “Lakin biz bu məsələyə xoş niyyətlə yaxınlaşsaq da, yunan qonşularımız hadisələri gərginləşdirir və təhdidedici sözlərdən istifadə edirlər. Bu hərəkətləri ilə heç bir nəticə əldə edə bilməyəcəklərini başa düşməyəcək qədər də səhv edirlər. Türkiyəyə qarşı təhdidlə heç bir şey əldə etməyəcəklərini anlamalarını gözləyirik. İnanırıq ki, Egey dənizi, Aralıq dənizi və Kipr məsələsində tutduğumuz mövqe ilə siyasi həll yollarını açacağıq”.

H.Akar vurğulayıb ki, Türkiyənin kiminsə torpağında, suyunda, haqq və hüququnda gözü yoxdur: “Hər kəsin bir dənə də olsun haqqımızı tapdalatmayacağımızı da bilmələrini istəyirik. Bizim “dialoqla mövcud problemləri həll edək” deməyimiz zəiflik kimi qəbul edilməməlidir. Biz sadəcə iki qonşu ölkələr arasında dostluq əlaqələrin qurulmasından danışırıq”.



Xəbərin oxunma sayı : 871




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap