Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Tanıdığım dəyərli insanların bəziləri namazı Azərbaycan dilində qılır“ - Fazil Mustafa

Tarix 12.08.22, 18:27

Font ölçüsü : - / +
bitmap-img6


“Namazın müəyyən proseduru ərəb dilində nəzərdə tutulduğuna görə elə qılınır. Bu, qardaş Türkiyədə də 60-70 il öncə aktual müzakirə mövzusu idi. Amma həyatda yerini tapmadı. Bu, insanların hür iradəsi və dinin tələbi ilə bağlı məsələdir. Kim istəyirsə, öz dilində ayrıca dualarını edir. Dəyişiklik etmək, məncə, əlavə problemlər ortaya çıxartmaq deməkdir. Tanıdığım çox dəyərli, dürüst insanlar var ki, onların bəziləri namazını Azərbaycan dilində qılır. Əsas odur ki, təmiz niyyətlə namazını qılasan. Yoxsa günlərdir oturub namaz qılasan, amma ən pis davranışlar sərgiləyəsən, islamın prinsiplərinə zidd olaraq vəhşilik, başkəsənlik, zorakılıq edəsən. Bunların hamısı daha çox problem yaradır. Ona görə də namazın hansı dildə qılınmasından daha çox niyyətin təmizliyi önəmlidir”.

AzFakt.com xəbər verir ki, bunu Pravda.az-a Milli Məclisin deputatı Fazil Mustafa namazın Azərbaycan dilində qılınması ilə bağlı irəli sürülən təkliflərə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, Azərbaycanda ənənəyə görə namaz ərəb dilində qılınırsa, burada hər hansı dəyişiklik etməyə lüzum yoxdur:

“Mən özüm də namazımı ərəbcə qılıram. Dualarımı isə öz dilimdə edirəm. Dini ümumi qəbul ediriksə, bu, ərəb dilində göndərilibsə, onda müəyyən qaydalarını da gözləməliyik. Amma ərəb dilini bilmədən “Quran” oxuyanlar həmişə mənə bir az qəribə gəlir. Avazla, yaxud səslə “Quran”a saatlarla vaxtını sərf edən insanlar “Quran”ın təcüməsini oxumurlar. “Quran” anlayasınız deyə sizə hər şeydə xitab edir, əsas hədəfi budur. Həmişə tövsiyyə edirəm ki, anlamadığınız şeyi oxumağınız doğru deyil. Namazda bir ayəni, yaxud surəni hansısa bir şəkildə ifadə edirsənsə, onu anlamaq mümkündür, çünki tərcüməsi var, bunu bilə bilərsən. Amma bütöv bir kitabı hamının anlaması mümkün deyil. Ona görə də tələb qoymalıyıq ki, bütün məclislərdə insanlar “Quran”ı əsasən məalı, təfsiri olan variantdan oxusunlar. Bu, daha faydalı olar. Ümumiyyətlə, namazın öz dilimizdə qılınması məsələsini fikir olaraq kimlərsə səsəndirə bilər, lakin mahiyyətcə indi bu məsələlərə toxunmamaq daha məqsədəuyğun olar”.



Xəbərin oxunma sayı : 766




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap