Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Teleradio“ İstehsalat Birliyinə baş direktor təyin edildi - DOSYE

Tarix 25.10.21, 16:22

Font ölçüsü : - / +
bitmap-img6


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” ("Teleradio") İstehsalat Birliyinə (İB) baş direktor təyin edilib.

AzFakt.com xəbər verir ki, bu, indiyə qədər baş direktor vəzifəsini müvəqqəti icra edən Mikayıl Abbasovdır.

O, 1970-ci ildə Ermənistanda anadan olub, 1993-cü ildə Azərbaycan Texniki Universitetinin "Avtomatika və hesablama texnikası” fakültəsinin "Sənaye elektronikası” ixtisasını fərqlənmə diplomu ilə bitirib.

M.Abbasov 1994-cü ildə "Teleradio" İB-nin "Peyk rabitəsi” sexində böyük elektromexanik vəzifəsində işə başlayıb, 1995-ci ildən həmin sexin rəisi olub, 1998-ci ildən Peyk və radio-televiziya yayımı müəssisəsinin baş mühəndisi vəzifəsində çalışıb, 1999-ci ildən Texniki şöbənin rəisi vəzifəsində çalışıb, 2004-cü ildən İB-in baş mühəndisi, 2006-cı ildən texniki direktoru vəzifəsinə təyin olunub, bu ilin mart ayından isə baş direktor vəzifəsini müvəqqəti icra edib.

O, 2007-ci ildə Rabitə Nazirliyinin əmri ilə "Rabitə ustası" adı, 2008-ci ildə isə ölkə prezidentinin sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adı alıb, 2017-ci ildə isə dövlət başçısının sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif olunub.

M.Abbasov türk, rus, ingilis dillərini bilir, ailəlidir, iki övladı var.



Xəbərin oxunma sayı : 463




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap