“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Ötən il bəraət almışdı - bu dəfə 10 il həbs cəzası verildi

Tarix 02.10.23, 12:48

Font ölçüsü : - / +
bitmap-img6


2,5 milyon manatlıq dələduzluqda ittiham edilərək bəraət alan keçmiş polis Elvin Həşimlinin cinayət işi yenidən araşdırılıb.

AzFakt.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ali Məhkəmənin qanun pozuntuları aşkar etdiyi işə Bakı Apellyasiya Məhkəməsində təkrar hüquqi qiymət verilib.
Baxış iclasında prokuror çıxış edərək E.Həşimliyə bəraət verilməsi ilə bağlı hökmün qanunsuz olduğunu deyib. Prokuror bəraət hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsin məhkəmə zalında həbs edilməsini tələb edib. Müdafiə tərəfi isə hökmün hüquqazidd olmadığını qeyd edərək qüvvədə saxlanılmasını istəyib.
Hakim Elmar Rəhimovun sədrlik etdiyi hakimlər heyəti prokurorun protestini əsaslı hesab edib. Qərara əsasən, Elvin Həşimli xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbsə alınıb.
Qeyd edək ki, Elvin Həşimli zərərçəkmiş Möhkəm Səmədova biznes qurmaq adı ilə yalan vədlər verərək, onun 2,5 milyon manatını dələduzluq yolu ilə ələ keçirib. Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə küllü miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə araşdırılıb. Prokuror təqsirləndirilən şəxsə 12 il həbs cəzası tələb edib. Sonuncu iclasda məhkəmə Elvin Həşimlinin təqsirinin sübuta yetirilmədiyini elan edərək ona bəraət verib. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb.
Sonradan Ali Məhkəmə prokurorun kassasiya şikayətini təmin edib. İş araşdırılması üçün apellyasiya baxışına təyin olunub.
Elvin Həşimli əvvəllər Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsində əməliyyatçı işləyib. O, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sabiq rəisi Elçin Həşimlinin oğludur.



Xəbərin oxunma sayı : 886




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap