![]() |
|














Ətin bahalaşmasının daha bir səbəbi: heyvandarlığa dotasiya az ayrılır?
Tarix 31.05.23, 9:35 |
|

Azərbaycanda əhalinin gündəlik qida rasionunda ət və ət məhsullarının xüsusi yeri var. Təsadüfi deyil ki, milli mətbəximizdə hazırlanan ən dadlı yeməklərin hazırlanmasında ətdən geniş istifadə olunur. Bu mənada demək olar ki, sözügedən məhsullar ən çox istehlak etdiyimiz məhsullar sırasında yer alır. Ölkədə istehlak tələbi artır: rəsmi statistikaya görə, ölkə üzrə illik adambaşına ət və ət məhsulları istehlakı 42 kiloqrama yaxınlaşır. Bu istehlakın tərkibində ən yüksək paya 16 kq ilə mal əti sahibdir. Qoyun və keçi əti istehlakı adambaşına 9 kq, quş əti istehlakı isə 15,4 kq civarındadır. Əhali sayının da artımını nəzərə alsaq, Azərbaycanda ət istehsalının artan tələbatı qarşılamaq üçün sürətlə çoxaldılması gərəkir...
Rəsmi statistikaya əsasən, 2021-ci illə müqayisədə 2022-ci ildə diri çəkidə ət istehsalı 3,0 faiz artaraq 628,0 min ton olub. Bu ilin yanvar-aprel ayları ərzində isə Azərbaycanda quş əti də daxil olmaqla, diri çəkidə 187,3 min ton ət istehsal olunub. Bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 3,1 faiz artım deməkdir.
İstehsalla yanaşı, ət idxalında da artım var. Belə ki, Dövlət Gömrük Komitəsinin açıqladığı statistik məlumatlara əsasən, bu ilin yanvar-aprel aylarında 14,2 min ton ət idxal edilib. İdxal edilən ətin dəyəri 24,9 milyon dollar olub. Bildirilib ki, ötən ilin eyni dövründə dəyəri 21,1 milyon dollar olmaqla, 12,2 min ton ət idxal edilib.
Azərbaycanda mal və qoyun əti istehsalında diri heyvan idxalı mühüm paya malikdir. Çoxsaylı təsərrüfatlar əsasən Gürcüstan, Rusiya və Ukraynadan diri heyvanı alıb gətirərək, onları müəyyən müddətdə kökəldir və kəsimə verirlər. Rəsmi statistikadan aydın olur ki, 2022-ci ildə ölkəyə kəsim üçün 41 min 997 baş diri iribuynuzlu heyvan idxal olunub ki, bu da 2021-ci ildəkindən 4071 baş, yaxud 8,8 faiz azdır. 2021-ci ildə diri iribuynuzlu heyvanların 1667 başı Rusiyadan, 5145 başı Ukraynadan, 38176 başı Gürcüstandan gətirilmişdisə, 2022-ci ildə məlum səbəbdən Ukraynadan idxal olmayıb, 39648 başı Gürcüstandan, 2239 başı Rusiyadan alınıb.
Çox maraqlıdır ki, ötən il Azərbaycana 194 min 562 baş, yəni əvvəlki ildəkindən 76988 baş və ya 65,5 faiz çox qoyun gətirilib. 2021-ci ildə qoyunların 44555 başı Rusiyadan, 65314 başı Gürcüstandan, 5495 başı Qazaxıstandan, 2200 başı Türkiyədən, 2022-ci ildə isə 16523 başı Rusiyadan, 175914 başı Gürcüstandan, 2037 başı Türkiyədən alınıb. Bu zaman əsas bazarımız olan Gürcüstandan 1 qoyunu 77,8 dollara almışıq. Halbuki 2021-ci ildə idxal etdiyimiz hər qoyuna görə gürcülərə 88,6 dollar ödəmişdik.
2021-ci ildə iribuynuzlu heyvanın 1 başını Gürcüstandan 461,8 dollara, 2022-ci ildə isə 591,3 dollara almışıq. Bu, bir heyvanda 130 dollara yaxın bahalaşma deməkdir.
Bu ilin birinci rübündə ölkəyə 1 milyon 239,87 min dollar dəyərində 14184 baş diri qoyun (ötən ilin eyni dövründə 1 milyon 343,85 min dollarlıq 15495 baş), 2 milyon 787,1 min dollar dəyərində 8825 baş iribuynuzlu heyvan (2 milyon 779,11 min dollar dəyərlə 7359 baş) idxal edilib. Ötən il bir baş qoyun ölkəyə 86,7 dollara, bir baş iribuynuzlu heyvan isə 377,6 dollara idxal olunub. Bu il idxal qiyməti müvafiq olaraq 87,4 dollar və 315,8 dollar təşkil edib.
Birinci rübdə Rusiyadan 1641 baş, Gürcüstandan 6464 baş, Qazaxıstandan 720 baş iribuynuzlu heyvan, Rusiyadan 5349 baş, Gürcüstandan 8335 baş, Türkiyədən 500 baş diri qoyunlar idxal olunub.
Göründüyü kimi, bu ilin birinci rübü ərzində ölkəyə diri qoyun idxalı azalıb, qiyməti bahalaşıb, iribuynuzlu heyvan idxalı isə artıb, qiyməti ucuzlaşıb. Lakin pərakəndə satış nöqtələrində bu ucuzlaşma hələlik hiss olunmur. Əksinə, həm qoyun, həm də mal ətində bahalaşma davam edir. Hazırda qoyun ətinin 1 kiloqramı 16-17 manata, mal əti isə 14-18 manata satılır.
Ölkə üzrə heyvan sayının azalması davam edir. Belə ki, ötən ilin aprelində qeydə alının 1 milyon 295,3 min baş təşkil edəninək-camış sayı bu ilin eyni dövründə 1 milyon 253,2 min başa düşüb. Bu, 42,1 min baş azalma deməkdir. Qoyun-keçi sayı isə ötən ilki 8 milyon 168,8 min başdan indi 7 milyon 360,8 minə düşüb ki, bu da 808 min baş azalma olmasından xəbər verir.
Müstəqil mütəxəssislər ölkədə mal-qara sayının kəskin azalmasını 2015-ci ildən etibarən örüş-otlaq ərazilərinin kütləvi şəkildə bitki əkinçiliyinə verilməsi ilə izah edirlər. Belə ki, heyvandarlıq təsərrüfatlarının qışlaq kimi istifadə etdiyi ərazilərin böyük hissəsi bitki əkinlərinə ayrılıb. Bu səbəbdən fermerlər məcburən heyvan sayını azaldırlar, əvəzində idxalın tələbatın ödənməsində payı artır.
Bir sıra mütəxəssislər hesab edirlər ki, Azərbaycanda dövlət heyvandarlığa lazımi qədər dəstək vermədiyinə görə ət və ət məhsullarının qiyməti bahalaşır. Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Firdovsi Fikrətzadənin “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanda dövlət heyvandarlıq sahəsinə 3 istiqamətdə dəstək verir: “Birincisi, intensiv fermaları qurmaq üçün cins mallar və zəruri avadanlıqlar fermerlərə 60 faiz güzəştlə satılır. İkinci dəstək, süni mayalanma sisteminin qurulmasıdır. Burada iki istiqamət var: birincisi, dövlət süni mayalanma üçün texnoloji-elmi bazanı yaradır, ikincisi, süni mayalanma yolu ilə əldə edilən hər buzova görə fermerə 100 manat subsidiya ödənilir. Heyvandarlığa üçüncü dəstək mexanizmi bütün növ sənaye yemlərinin idxalının, satışının ƏDV-dən azad olunmasıdır. Bundan əlavə, bir sıra bitkiçilik sahələri üçün verilən subsidiya elə heyvandarlıq sahəsi üçün əlverişli şərtlər formalaşdırır. Məsələn, arpa, soya, qarğıdalı vəsair heyvandarlıqda yem kimi istifadə olunan bitkilərin əkini subsidiyalaşdırılır. Yəni bu da heyvandarlıq üçün dəstək mexanizmi hesab oluna bilər”.
ATM rəhbəri qeyd edir ki, Azərbaycanda heyvandarlığa dövlət dəstəyi sırf məhsuldarlığın artırılması, intensiv ferma modelinə keçidin stimullaşdırılmasına yönəlib.
Xatırladaq ki, Azərbaycanda ərzaq bazarını Ukraynada başlayan müharibənin qlobal bazarlara təsirindən qorumaq üçün 2022-ci ildə hökumət bir sıra addımlar atıb. 2022-ci ilin may ayından Nazirlər Kabinetinin qərarı ilə yem və yem əlavələrinin idxalı gömrük rüsumundan azad edilib. Nazirlər Kabinetinin 30 iyun tarixli “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”nın təsdiq olunmasına dair qərarına əsasən 72 növdə yem və yem əlavələrinin satışı Əlavə Dəyər Vergisindən azad olunub.
İyulda isə Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə" fərman imzalayıb. Bu fərmanla quşçuluq və heyvandarlıq sahələrində istifadə olunan əsas yem məhsullarının idxalı da ƏDV-dən azad edilib.
Prezidentin fərmanına əsasən yemlərin idxalının ƏDV-dən azad olunması müddəti 1 yanvar 2023-cü ilə qədər, yem və yem əlavələrinin idxalının gömrük rüsumlarından azad olunması müddəti isə 31 dekabr 2022-ci il tarixədək müəyyən edilmişdi. Nazirlər Kabinetinin qərarı ilə yem və yem əlavələrinin idxalının ƏDV-dən azadolma müddəti 2030-cu ilədək uzadılıb.
Hökumətin rəsmi açıqlamasına əsasən hazırda yem xərclərinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70 faizə yaxın, mal əti və süd istehsalı üzrə isə 70 faizdən çox təşkil edir. Buna görə də yem və yem əlavələrinin idxalının 18 faizlik ƏDV-dən azad olunmasının bazara çıxarılan son məhsulun qiymətinə əhəmiyyətli təsiri mümkündür. Məsələn, 2022-ci ildə ölkəyə 66 milyon 289,53 min dollar dəyərində 104757,18 ton soya yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantılar idxal edilib. Bu idxalın ƏDV-dən azad olunması heyvandar və quşçuların13 milyon dollara yaxın əlavə xərcdən azad olunması deməkdir. Bura qarğıdalı, günəbaxan cecesi, arpa və buğda kəpəyi, yem əlavələrinin dəyərini də əlavə etdikdə, 2022-ci ildə dövlətin heyvandar və quşçulara idxalın ƏDV-dən azad olunması yolu ilə 25-30 milyon dollara yaxın güzəşt tətbiq etdiyini söyləyə bilərik.
Xəbərin oxunma sayı : 316
Hadisə
Xəbərlər
-
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub - FOTO
-
Meyvə götürüb tanışlığa gedib - Əməliyyata gedən şəxs xəstələri və işçiləri aldadıb
-
Bakıda zibili eşşək arabası ilə daşıyırlar: “Beş manatdan pul yığırıq“ (VİDEO)
-
Uşaq peçenyesinin içindən dəmir parçası çıxıb? - FOTOLAR
-
“Qızıl top”un favoritləri açıqlandı - Yeni siyahı
-
Attestat qiymətləri əla, nəticə sıfır: Valideyn-müəllim anlaşması olub?
-
Bu il banklar nə qədər pul qazanıblar? - SİYAHI
-
Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu - ŞOK TƏFƏRRÜAT
-
“Çin rəhbərliyi Rusiyaya dəstəyini daha da gücləndirəcəyini bəyan edib“ - “The Telegraph“
-
Bu şəxslərin maaşından vergi tutulacaq - Tarix bəlli oldu
-
FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb - 239 min ayrıldı
-
Zərərçəkənlər ifadə verdi - Vardanyanın məhkəməsi+Fotolar
-
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
-
“Xalq artisti adını sənə sponsorun da verdirə bilir“ - VİDEO
-
Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
-
15 iyulda xalqın mübarizəsi həm də işğalın qarşısını aldı - Ərdoğan
-
“Tramp NATO və Aİ-nin nalayiq təzyiqi altındadır“ - Lavrov
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bəzi rayonlarda 40 dərəcə isti var, bəzilərində yağış yağır - FAKTİKİ HAVA
-
Vətəndaşların şəxsi məlumatlarını xaricə ötürən ötürən qrupu aşkarlandı - Saxlanılan var
-
ABŞ silahları Ukraynaya illərlə gecikə bilər - Şok xəbərdarlıq
-
“Qafqaznet“ kondisioner də satırmış - Nazirə məxsus olduğu deyilən şirkətlə daha bir müqavilə
-
İnam Kərimov İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb - FOTOLAR
-
Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
-
Qurbanqulu Berdiməhəmmədov Qarabağa səfər edəcək - Bu tarixdə
-
Tramp Zelenskidən niyə Moskvanı vurmadıqlarını soruşub - “The Washington Post”
-
Azərbaycanda buğda istehsalı niyə azalır - Araşdırma
-
Sədrin şikayətçi olduğu şəxs məhkəmə zalında həbs edildi - SƏBƏB
-
Ukraynaya göndərilən silahların sayı açıqlanmayacaq - Nazirlər razılıq əldə edib
-
Xalq torpaq amnistiyası gözləyir - Kupça əlçatan olacaq?
-
Sabah 40 dərəcə isti olacaq: Çimərliklər üçün tempratur...
-
Kamran Əliyev üç rayona prokuror təyin etdi - FOTO
-
Avropa İttifaqından Gürcüstana ultimatum: vizasız rejim dayandırıla bilər
-
Ruben Vardanyan Bakıda hakim qarşısında: zərərçəkmiş şəxslər ifadə veriblər
-
Piyadanın öldüyü qəza ilə bağlı hökm - Sürücülük vəsiqəsi yox imiş
-
İlham Əliyev Ərdoğana məktub göndərib: “Əziz qardaşım...“
-
Azərbaycan Premyer Liqası: Yayın ən bahalı futbolçusunu kim transfer edib?
-
Deputatların yay tətili başladı - 41 günlük sükut dövründə nə qədər qazanacaqlar?
-
Bu ərazilərdə artan yanğın təhlükəsinə dair əhaliyə - Müraciət
-
Şirkətlərin “Premium Bank“a inamı azalır - 29 milyon manat depoziti geri çəkdilər
-
Masallıda arı təsərrüfatları tələf oldu - Sahibkarlar ziyanda (VİDEO)
-
Probleminlə bağlı polis rəisinə müraciət et - DİN nəzarət edir + Video
-
Səbail rayonunda bina yararsız vəziyyətdə - VİDEO
-
Bu ölkədə azərbaycanlı deputat seçiciyə çaynik atdı - VİDEO
-
Xatirə İslamın dəniz istirahəti - FOTOLAR
-
Aİ Ukraynada məcburi səfərbərliyə qarşı çıxmalıdır - Viktor Orban
-
Bu dərmanlara boşuna pul xərcləməyin - Dövlət pulsuz verir
-
Zaqatalada ağaclar kəsilib - Sakinlərdən ŞİKAYƏT
-
“Almaniya və Norveç Ukrayna üçün “Patriot“ alacaq“ - Zelenski
-
Sürücülərin maşında gəzdirdiyi, amma istifadə etmədiyi “apteçka” - ARAŞDIRMA
-
Bu gün instaqramda bunlar paylaşıldı - FOTOLAR
-
“ABŞ Ukraynada əbədi sülhü təmin etmək istəyir“ - Tramp
-
“İşgəncələr nəticəsində övladımın adını da yadımdan çıxartmışdım” - MƏHKƏMƏ
-
“ABŞ və Aİ Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəlib“ - Tramp
-
Pensiya kartına görə anasını döyərək öldürdü - TƏFƏRRÜATLAR
-
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
-
Bakıda “abadlıq işi“ elanından sonra ərazidə obyekt tikildi - FOTOFAKT
-
Dünyada ən çox qızıl ehtiyatına sahib olan ölkələr - SİYAHI
-
“Çox güman ki, Azərbaycan-Ermənistan dialoqu uğurla nəticələnəcək“ - Tramp
-
Bu rayonda 4 900 abonentin qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? - Deputat AÇIQLADI
-
“Dedilər ki, 5 milyon manatı qaytarmalıyam“ - Bulvar idarəsinin həbsdə olan sabiq sədri
-
“Hər ay məndən 20 min alırdı, sintezator çalanla xəyanət etdi“ - VİDEO
-
“Paşa Bank“da kəskin mənfəət azalması - 91 milyon manata düşdü
-
Naxçıvan universitetində RƏZALƏT: Tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub
-
ABŞ fondları Ukraynanın ən böyük taxıl terminallarından birinə nəzarəti ƏLƏ KEÇİRDİ
-
Bakıda ağır qəzanın görüntüləri yayıldı - VİDEO
-
PKK-nın İraqdakı mağarası aşkar edilib - Yüzlərlə hərbi vasitə tapılıb + VİDEO
-
Mehdiyevlərin bankı insanlara yalan məlumat verir - Fotofakt
-
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni təyinat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Elat Kəndli-Fermer Təsərrüfatı“ MMC tullantıları hara axıdıb? - Xidmət tədbir gördü
-
Azərbaycanda iki yeni milli park yaradılır - SƏRƏNCAM
-
Ukraynada hökumət dəyişikliyi - Zelenski yeni baş nazir təyin edir
-
Suşi bu vəziyyətdə hazırlanırmış - Yoxlama
-
Xətaidəki çörək sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Məşhur restoran buna görə cərimə edilmişdi - Məhkəmə qərar verdi
-
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - SİYAHI
-
Efirdə müğənnilər qırğına çıxdı - Mikrafonlar söndürüldü - VİDEO
-
Xırdalanda “Little Stars” uşaq bağçasında azyaşlının qolu qırıldı - Rəhbərlik gizlətdi
-
“NATO Moldovanı Rusiya ilə müharibəyə hazırlayır“ - Rusiya xarici kəşfiyyatı
-
Azərbaycan avtobusları Almaniyadan 400, Rusiyadan isə 35 min manata alıb - SİYAHI
-
Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi ilə bağlı - Yenilik
-
“-ov“, “-yev“ sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ
-
Krımda partlayış hazırlayan 25 yaşlı yerli qadın saxlanılıb - İDDİA
-
Vəhdət Partiyasında toplantı: Adəm İsmayıl Bakuvi tapşırıq verdi
-
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb
-
ABŞ yardımları dayandırdı, ərzaq böhranı başladı - Əfqanlar aclıqla üz-üzə qalıb
-
Milli Məclisin sessiyası başa çatdı: Deputatlar məzuniyyyətə çıxdı
-
“İmtahanlara özümün belə müdaxiləm mümkün deyil“ - Məleykə Abbaszadə
-
Şəxsiyyət vəsiqələri dəyişir - Qanun qəbul olundu
-
Bu media subyektləri cərimələnəcək - 5000 manatadək
-
Ötən həftə 812 yanğın olub, 5 nəfərin meyiti çıxarılıb - FHN
-
Putin Trampa xəbərdarlıq edib: “60 günə hər şeyi alacam”
-
Hərbçilərin pensiyalarının hesablanmasında dəyişiklik edilir? - Nazirlikdən cavab
-
54 yaşlı Aygün Kazımova göz qamaşdırdı - VİDEO
-
“Cahid Şahbazova cinayət işi açılıb“ - VİDEO
-
Bu avtomobillərin kilometrajı geri çəkilir - Aldanmamaq üçün nə etmək olar?
-
Sədrlə qohumlar üz-üzə gəldi - AHİK-də 4 nəfər istefa verdi
-
Kümçülər təhvil verdikləri baramanın pulunu niyə ala bilmirlər? - VİDEO
-
Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO/VİDEO
-
Ukraynaya silah tədarükü rekord həddə çatacaq - Respublikaçı senator
-
Nərimanovdakı “Taxta bazarı”nda yanğın olub - VİDEO
-
DTX əməliyyat keçirdi - Həbs edilən var
-
Fransa müdafiə xərclərini sürətlə artıracaq - Makron
-
Azərbaycanda ətin qiyməti qalxıb - VİDEO
-
Sağlam bildiyimiz qidalar qanı qatılaşdırır - Nə yeyək?
-
“Çelsi“ klublararası dünya çempionatının qalibi oldu - VİDEO
-
Əliyev - Paşinyan görüşünün kadrarxası məqamları - VİDEO
-
Bakı çimərliklərində son durum: Yenə natəmizlik, yenə üfunət... (VİDEO)
-
Polkovnik Voronici Kiyevdə Rusiya agentləri olan azərbaycanlılar öldürüb? - FOTO
-
Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər - VİDEO
-
Vətəndaş idarə etdiyi avtomobilə yazılmış cərimədən narazıdır - VİDEO
-
Salyan rayonunda ağır qəza hadisəsi: 3 nəfər ölüb
-
İnsanlar isti hava səbəbindən çimərliklərə axın edirlər - VİDEO
-
Qardaşı oğlunu öldürməkdə şübhəli bilinən kişi saxlanıldı - Şərurda
-
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” - Putin
-
Bakıda 38, Aran rayonlarında 40 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA
-
Xəstəxanada intim görüntüləri yayılan şöbə müdiri ərizə yazdı - Şantaj olunub
-
Rüşvət alanlar tutuldu: Rüşvəti verən bu iş adamları necə olacaq?
TOP 10
ARXİV