![]() |
|




.jpg)





645.jpg)



“Uşağın nə dilinə yatır, nə də yadında qalır”: Dərslik dərdi, ya şəxsi intriqa? - FOTO
Tarix 27.05.22, 10:26 |
|

Bu aralar şair, Yazıçılar Birliyinin uşaq ədəbiyyatı şöbəsinin müdiri, əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadənin Azərbaycanda dərsliklərin bərbad vəziyyətdə olması barədə çıxışı, məktəblilər üçün dərslikləri nəşr edən “Altun” nəşriyyatının direktoru, Rafiq İsmayılovu tənqid etməsi cəmiyyətdə geniş müzakirə olunur.
Qəşəm Nəcəfzadə dərsliklərə tanınmış şair və yazıçıların əvəzinə heç kimin tanımadığı müəlliflərin adlarının daxil edilməsini sərt tənqid edib və fikirlərinə cəmiyyətdən böyük dəstək alıb.
Lent.az mövzu ilə bağlı məqalə hazırlayıb.
“Dərsliklərdə şeirləri, mətnləri çap olunan imzaların hamısı saxtadır! Bütün bu dərsliklərin müəllifləri və tərtibçiləri Rafiq Ələkbər oğlu İsmayılov, Gülşən Yasin qızı Orucova, Ülkər Nuraliyeva, Aynur Xanlarqızı, Dilrüba Nurəddin qızı, İradə Bayramova və rəyçi Azərbaycan Təhsil Nazirliyidir - (2018).
Görəsən, Təhsil Nazirliyində bu kitabı kimlər oxuyub və çapına razılıq verib? Bilmirəm hələ. Amma onlara demək istəyirəm ki, balaca fidanların günahı nədir ki, heç bir ədəbi-bədii keyfiyyəti olmayan “Azərbaycan dili” kitabını yük elədiniz onların zəif çiyinlərinə”.
Bu fikirləri Təhsil Nazirliyinə ünvanladığı açıq məktubda Qəşəm Nəcəfzadə səsləndirmişdi.
Rafiq İsmayılov Qəşəm Nəcəfzadənin sərt tənqidlərinə cavab olaraq adları çəkilən müəlliflərdən Dilruba Rzayevanın tanınmış ziyalı Nurəddin Rzayevin qızı olduğunu dilə gətirib:
“Dilruba xanım Nurəddin Rzayevin qızıdır, filologiya üzrə fəlsəfə doktorudur, Ülkər Nurullayeva Oksford məktəbinin müəllimidir. Və digər müəlliflər də müəllimdir. Qəşəm müəllimin kitablarından isə mən dərsliyə salınacaq şeir tapmadım. Bizi müəllif yox, mətn maraqlandırır”.
Təhsil elə bir sahədir ki, o hər birimizə toxunur. Hər evdən mütləq ən az bir məktəbli çıxır. Atasına görə, üzünə qapı açılan filankəslərə görə biz bütöv nəsilləri sözün həqiqi mənasında kor böyüdə bilmərik. Filankəslərin balaları öz adlarının çəkilməsi naminə bu boyda xalqın balalarının kor-koranə böyüməsinin səbəbkarlarına çevrilirlər.
Azərbaycan dili dərsliklərində nümunə kimi çap olunan nəzm və nəsr nümunələri, ədəbi mühitdə və oxucular arasında təsdiq olunmuş, ədəbi ələkdən keçmiş müəlliflərin imzasından çıxmalıdır. Amma bu gün dərsliklərdə adları çəkilən “şair” və “yazıçılar”ı özlərindən başqa kimsə tanımır. Ya da tanınsalar da, hansısa başqa sahələrdə vəzifə və ya nüfuz sahibidirlər.
Məsələn, Hüseynbala Mirələmovu biz şair kimi yox, siyasətçi kimi tanıdıq, ən çox da sosial şəbəkələrdə yayılan qalmaqallı görüntülərlə cəmiyyətdə populyarlaşdı. Onun yerinə ömrünü uşaq ədəbiyyatına həsr etmiş böyük yazıçımız Zahid Xəlilin əsərlərindən nümunələr daxil etmək olmazdımı? Uşaq yazıçısı olmaq dünyanın ən çətin peşəsidir. Çünki uşaq dünyasını anlamaq, onların maraqlarını bilmək, təmin etmək gərəkdir.
Ölkədə yazmağa həvəsi olanların sayı oxumaq istəyənlərin sayından çoxdur. Hamısı da adını tarixə saldırmağın yolunu dərsliklərdə imzasının görünməsində görür.
Musa Yaqubun, Ramiz Rövşənin, Vaqif Bayatlının 10 və 11-ci sinif dərsliklərində ayrıca tədris olunmadığı sistemin daha aşağı pillələrdə hansı vəziyyətdə olduğunu təxmin etmək çətin deyil.
Azərbaycan dilinin zənginliyini özündə əks etdirməyən, məzmunsuz, həddindən artıq primitiv nümunələrin təqdim olunduğu bir ədəbiyyatı hansı şagird sevər?
Dünya uşaq ədəbiyyatı klassikləri qalıb qıraqda, pul verib ona-buna “əsər” yazdıranların saxta pafosu vətənpərvərlik duyğularımı yaradır? Yox. Bu primitivlik sualı bomba kimidir, nə zamansa partlayıb, hansısa bünövrələri uçurdacaq.
Dilin formalaşması, sabitləşməsi, zənginləşməsi, qorunması işində yazıçıların üzərinə böyük məsuliyyət düşür. Yazıçı milli dilin keşikçisidir. Dil bilgisi hələ ibtidai siniflərdən başlayırsa, xalqın şairlərinin adı şagirdə tanıdılmayıb, filankəslərin adamlarının bəsit təfəkkürü uşaqlara sırınırsa, biz bünövrəyə daş yox, qum düzürük deməkdir.
Dərsliklərdə dilimizin tez qavranılan və deyim tərzi yaddaşlarda tez qalan mənalı və zəngin sözlərlə zənginləşdirilməlidir. Bu gün kimin imkanı var, kitab dərc etdirir. Amma bu hələ keyfiyyət demək deyil. Bu kimi neqativ hallar gələcək nəslin mənəvi məhvi deməkdir.
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar da bu məsələyə fikir bildirməli və ədəbi simalar içində sayılan, şeirləri ilə öndə olan ziyalıların haqqını tələb etməlidir.
Dərslik kimi vacib bir oxu vasitəsini şəxsi maraqlar əsasında qurmaq bütöv bir nəslə zərbə vurmaq, xəyanət etmək deməkdir.
Bu cür məsələlərdə bir-iki nəfərin diktəsi əsas tutulmamalıdır, mütəxəssislər qrupu işləməlidir.
Məsələ ilə bağlı fikirlərini bölüşən təhsil eksperti Nadir İsrafilov deyir ki, uşaqların dərs yükünün ağır olması, proqramların yüklülüyü, evə verilən tapşırıqların çoxluğu ilə bağlı şikayətlər, narazılıqlar və narahatlıqlar nə dünənin, nə də bu günün məsələsi olmayıb, uzun illərdən bəri müzakirə obyektinə çevrilsə də, hələ ki, ortaq məxrəci tapılmayan bir problem olaraq qalmaqdadır:
“Məktəblərdə tədris proqramının və dərsliklərin yüklü olmasını təkcə valideynlər deyil, psixoloqlar və təhsil mütəxəssisləri də dəfələrlə dilə gətiriblər. Hətta nazirlik rəsmiləri də zaman-zaman bunu etiraf etmək zərurəti qarşısında qalıblar. Bu məsələdə qarşılıqlı ittihamlara da yol verilməmiş deyil. Əslində, orta məktəblərdə tədris proqramı ağır deyil, sadəcə, bir qrup müəllim uşaqların akademik yüklənməsini onların daha yaxşı öyrənmələrinə vasitə kimi baxır. Ona görə də uşaqlara həddindən artıq ev tapşırığı yükləyirlər. Mövcud kurikulumun başlıca tələbi də ondan ibarətdir ki, şagirddə nitq mədəniyyəti, danışıq qabiliyyəti lazımi səviyyədə olsun. Əlavə yükləmələr isə əksinə, uşaqları bu bacarıqlardan məhrum edir”
Müəllim Səbinə İmanovanın fikrincə, dərsliklərdə ən böyük qüsur təkcə hansısa məqamın səhv yazılması yox, ümumiyyətlə dərsliklərin uşaqların yaşına və qavrama qabiliyyətinə uyğun yazılmamasıdır: “Sanki dərsliklərimiz Dərslik Şurasında yoxlanılanda oradakı materiallara pedaqoq, psixoloq rəyi verilməyib. Yaxud da verilsə də, onların rəyi nəzərə alınmayıb”.
Müəllim Sadiq Səfiyev bildirib ki, dərsliklərdə xüsusilə, ibtidai sinif şagirdlərinin “Ana dili” dərsliklərində sözün yazılışı ilə deyilişi arasındakı fərqə əməl olunmur. “Uşağa deyəndə cavab verir ki, kitabda belə yazılıb. Dərsliklərdə elə sözlər var ki, sanki müəllif o sözləri hansısa texniki ədəbiyyatdan götürüblər. Uşağın nə dilinə yatır, nə də yadında qalır. Dərsliklərdə uzun və çətin yadda qalan mətnlərdən istifadə edirlər. Birinci sinfin dərsliyinə xarici ədəbiyyatdan mətnlər salırlar.
Bir sözlə, dərsliklər yazılarkən uşaqların nə fiziki, nə də zehni inkişafı nəzərə alınır. Dərsliklərdə hansısa məkanın səhv göstərilməsi, “Musiqi” dərsliyində başqa bəstəkarın bəstəsini aidiyyəti olmayan bəstəkarla bağlı mətnə salmaq, “Texnologiya” dərsliyində alətlərin adının səhv yazılması, “Həyat bilgisi”ndə göllərin adının səhv verilməsi və sair kimi səhvlərlə də qarşılaşırıq.
Məsələn, bir nümunə göstərim. 2-ci sinif “Riyaziyyatdan çalışmalar” adlı bu kitabda belə bir məsələ verilib. 1 kq yağın qiyməti 17 manat, 1 kq konfetin qiyməti isə bundan 9 manat ucuzdur. 1 kq konfet və yarım kiloqram pendir alan alıcı necə manat ödəməlidir? Bu məsələni oxuyan uşaq riyaziyyatdan ürkməsin, nə eləsin?”
Müəllim Nərminə Məmmədova: “Yeni dərsliklərdə olan məsələ və tapşırıqların öhdəsindən sərbəst şəkildə gələn şagird yoxdur. Uşaqların dərsə hazırlaşmasına mütləq valideynləri kömək edirlər. Amma bəzən dərs vəsaitlərində olan tapşırıqların və mövzuların çətinliyi qarşısında valideynlər belə aciz qalırlar”.
Müəllim İlhamə Nəcəfli: “İstər ibtidai siniflər, istərsə də V-XI siniflərin dərsliklərində elmi və texniki səhvlər bitib-tükənmir. Dərsliklərin hazırlanmasına iki ay vaxt verilməsi çox az müddətdir (Dərsliyə qrif verilməsi üçün müraciətə iki ay ərzində baxılır.) Dərsliklərin hazırlanması ilə bağlı mütəxəssis qıtlığı var.
Ekspert Kamran Əsədov qeyd edir ki, dərslikləri hazırlayan mütəxəssislərin olmaması və ya az olmasına diqqət edilməlidir. Bu sahədə sistemsizliyin mövcud olması əsas problemlərdən biridir. Müəllimlərin elmi-pedaqoji fəaliyyətə cəlb olunmasının stimullaşdırılmaması bu sahəyə marağı azaldır. Bizdə dərslik yaza biləcək kadrların yetişməsi üçün lazımi mühit yoxdur. Eyni fənn üzrə dərsliklərin ayrı-ayrı siniflər üzrə müxtəlif müəllimlər tərəfindən hazırlanması, dərsliklərdə verilmiş materialların üst-üstə düşməməsi varislik prinsipinin pozulmasına gətirib çıxarır.
İstər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, istərsə də yeni yaradılan Regional Təhsil İdarələrinin nəzdində Təlimə Dəstək Mərkəzinin metodistləri, məktəblərdə fəaliyyət göstərən fənn metodbirləşmələri ilə birgə dərsliklərin mütəmadi müzakirəsini və qiymətləndirilməsini həyata keçirtmək, toplanmış fikir və təklifləri Təhsilin İnkişafı İnstitutunun və Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinə təqdim etmək olar”, - deyə o qeyd edib.
Aparılan sorğulara görə, ən çox fizika, Azərbaycan dili, ədəbiyyat, tarix, kimya, biologiya, həyat bilgisi, informatika və s. dərsliklərdə istifadə olunan dil və yazı üslubu haqqında narazılıq bildirilir. Həmçinin mütəxəssislər və valideynlər dərs vəsaitlərinin məzmununun şagirdləri əmək bazarına hazırlamaq üçün uyğun olmadığını qeyd edirlər.
Valideynlərin 50,5%-i dərsliklərdə olan materialların və şagirdlərin aldığı biliyin onları tam formada ali məktəbə hazırlamaq üçün yetərli olmadığını və bu səbəbdən də şagird və abituriyentlərin repetitora müraciət etdiklərini qeyd edirlər.
Keçirilən sorğularda kurikulumların mahiyyətinə uyğun hazırlanmış orta məktəb dərsliklərinin keyfiyyəti (mövzu və məzmun baxımından) respondentlərin ümumilikdə 63,1%-ni qane etsə də, 36,9% respondent dərsliklərin keyfiyyətinin aşağı olduğunu düşünür. Respondentlər ən çox “Azərbaycan dili” (27,6%), “Riyaziyyat” (24,6%), “Tarix” (19,2%) və “Ədəbiyyat” (16,3%) dərsliklərindən şikayətçidirlər.
Orta məktəb dərsliklərinin çap olunması və tenderlərin keçirilməsi Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Təhsilin inkişafı üzrə strategiyada da göstərilir ki, dərsliklər bir neçə variantda hazırlanmalı, ən azı bir il ərzində ölkənin ayrı-ayrı məktəblərində qabaqcıl müəllimlər arasında müzakirə olunduqdan, əlavə və dəyişikliklər nəzərə alındıqdan sonra çap olunmalıdır. Aparılan araşdırmalar göstərir ki, çox zaman bu proses qeyd olunduğu kimi aparılmır. Orta məktəb müəllimləri bu prosesdən kənarda qalır, dərsliklərin yazılmasına ali məktəb müəllimləri, hətta repetitorlar cəlb olunurlar. Nəticədə dərsliklər ali məktəb müəllimləri tərəfindən yazıldığı təqdirdə onların dili və tapşırıqların məzmunu çox mürəkkəb olur.
Məktəb direktoru Leyla Axundzadə isə fərqli fikir yürüdür:
“Əslində ən mükəmməl işdə belə nöqsanlar olur. Əgər deyilən fikirlərdə qərəz yoxdursa, ondan nəticə çıxarmaq lazımdır. Dərsliklərdə olan nöqsanları biz müəllimlər də dəfələrlə demişik. Müəlliflərin özləri ilə görüşüb müzakirələr aparmışıq. Hətta Rafiq müəllim dəfələrlə müraciət edib ki, kimin hansısa təklifi, fikri varsa, desin, biz də yararlanaq. İndi maraqlıdır, dərsliklər yazılmamış hansı təkliflər verilib? 20 ildir, müəllim işləyirəm, elə bir dərslik görmədim ki, tənqid olunmasın. Tənqid hər zaman olub, olacaq, təqdir üçün çalışmaq lazımdır. Birgə çalışmaq lazımdır. Dərsliklər böyük zəhmət hesabına başa gəlir. Bu işin yükünü çəkənlər bilirlər. Onlara dəstək lazımdır. Dərsliklərlə bağlı dəfələrlə ictimaiyyətə müraciət olunub”.
Bu gün bu məsələdə kimlərinsə xətrinə kimlərəsə güzəşt edilməsi sabahımız üçün dili lal, vizionu qıt nəsil deməkdir. Onlara isə həyat güzəşt etməyəcək. Seçim yenə bizə qalmış. Yanaq, yoxsa yanmayaq?
Xəbərin oxunma sayı : 826
loading...
Sosial
Xəbərlər
-
Aygün Kazımovanın bu FOTOsu gündəm OLDU
-
Özəlləşdirmə çekləri barədə yekdil rəy: - dövlət vətəndaşlarına sahib çıxmalıdır
-
Deputatlar xalqın xeyrinə danışanda da tənqid edilir - səbəb nədir?
-
Kəlbəcərdən Laçına çəkilən elektrik xətti - VİDEO
-
“Bütöv Azərbaycan yaranacaq“ - Araz Elsəs
-
100 il yaşamağı hədəfləyən Hafiz Hacıyev: “Ölənə yaxın partiyanı ləğv edəcəyəm...”
-
Sərhədlər bağlıdır, amma Azərbaycana quru yolla 91 min əcnəbi gəlib – SİYAHI
-
50 yaşlı Defne Samyeli gözəlliyi ilə illərə meydan oxudu - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
“28 May”da velosiped oğurlayan şəxslər saxlanıldı - VİDEO
-
25 mindən çox azərbaycanlı qadın Türkiyəyə ərə gedib - Son 13 ilin statistikası
-
“G7”dən kənarlaşdırılan Rusiya “G20”də iştirak edə bilər - Avropa Birliyi
-
Telman İsmayılov Baydenlə niyə görüşüb? - “New York Post”
-
“Ukraynanın cənub-şərqində vəziyyət çox çətin olaraq qalır” - Conson
-
“Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir“ - İlham Əliyev
-
Türkiyədə sel suları Kastamonu şəhərinə ciddi ziyan vurdu - VİDEO
-
Kəlbəcərdə İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub - FOTO/VİDEO
-
Sumqayıt bulvarında dənizə kanalizasiya axıdılır? - Rəsmi açıqlama
-
Hikmət Mirzəyev şəhid övladları ilə görüşüb - FOTOLAR
-
“Rusiya qlobal internetin söndürülməsinə hazırlaşıb“ - Kreml
-
Bayden geri dönüş barədə düşünür - Çinə qarşı qadağalar yumşaldılacaqmı?
-
Maştağada narkotik plantasiyası: Bir həyətdə 15 mindən çox çətənə kolu aşkarlandı
-
Kasım-Jomart Tokayev avqustda Azərbaycana gələcək
-
Sabah havanın temperaturu 38 dərəcəyədək ARTACAQ
-
“AXC-Müsavat xəyanətkar cütlüyü Kəlbəcəri qurban verdi“ - Dövlət başçısı
-
“Biz istədiyimizə nail olacağıq” - Dövlət başçısı
-
Dövlət başçısı Kəlbəcərdə İstisu sanatoriyasının təməlini qoyub - FOTO
-
Rusiya defolt elan etdi - 1918-ci ildən bu yana ilk dəfə
-
“Ermənistanla sərhəddə mövqelərimiz daha da möhkəmlənəcək“ - Ali Baş Komandan
-
“Hələ ölməmişəm, uğur qazanmaq istəyirəm“ - Azərbaycan millisinin baş məşqçisi
-
“İllərdir, PUA-ların müharibədəki təhlükəsinə diqqət yetiririk” - ABŞ-ın ordu naziri
-
Prezidentin Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri - VİDEO
-
“Tayvana qarşı güc tətbiqi istisna deyil” - Çinli səfir
-
“Ukraynaya raket zərbələrinin bütün iştirakçılarını tapacağıq” - Zelenski
-
Türkiyədə yerli sualtı qayığın istehsalı prosesinə başlanılır – VİDEO
-
“Hər bir təxribatının qarşısı qətiyyətlə alınacaq...“- Müdafiə naziri açıq mesajlar verdi + VİDEO
-
“Bundan sonra kişinin nazını çəkib, paltarını yuya bilmərəm“ - Səidə Sultan
-
Millimizin hücumçusu İran klubunda - RƏSMİ
-
NATO və Türkiyənin hərbi birləşmələrinə Ordumuzun nümayəndələri təyin olunacaq - Zakir Həsənov
-
Füzulinin Polis Şöbəsinin əməkdaşı minaya düşüb
-
Səbail Rayon Məhkəməsindən analoqu olmayan qərar - Fikrət Məmmədova müraciət
-
İyun ayında son 20 ilin rekord daşqınları müşahidə olunub - Umayra Tağıyeva
-
Dövlət qəzeti KTN-i “göydən yerə çırpdı“ - Supermarketə çevrilən yarmarkalarda nə baş verir?
-
UEFA Region Kuboku: “Cəbrayıl“ turnirlə vidalaşdı
-
Boris Consondan Ukraynaya bir daha tam dəstək - Zelenskini ölkəsinə dəvət etdi
-
Mövlud Çavuşoğlu Bakıya gəlib - FOTO
-
Azərbaycan Prezidentinə Kəlbəcərin baş planı təqdim edilib
-
Dövlət başçısı Kəlbəcərdə İstisu sanatoriyasının təməlini qoyub
-
Hərbçilərin yürüşləri təşkil olunub - FOTO/VİDEO
-
İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib - FOTO
-
MTN polkovniki özü haqqında hökmü eşitdi, ağladı - Məhkəmə
-
Türkiyə ordusu terror aktları planlaşdıran şəxsləri zərərsizləşdirib - VİDEO
-
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət edib - VİDEO
-
Səfər Mehdiyev Prezident Administrasiyasına niyə çağırılıb?
-
“Rusiyanı defoltdan saatlar ayırır” - “Bloomberg”
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
Çimərliyə gedənlərin nəzərinə! - FHN xəbərdarlıq etdi
-
Xalqın vahid yumruq kimi birləşməsi tarixi Zəfər gününü reallaşdırdı
-
Taxılımız bol olacaqmı? - ŞƏRH
-
“Ukraynanın NATO-ya daxil olması məsələsinə baxılmır” - İspaniya XİN
-
“Xəzəri hasarlayıb balığı da satır, kürüsünü də...” - Partiya sədrindən etiraz
-
Ruslar uşaq bağçasını raketlə vurub - VİDEO
-
“Praktikada olan tələbələrin liftdən istifadə etməsi qadağandır” - FOTO
-
Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı – FOTO
-
5 yaşlı Əfrasiyaba kömək lazımdır - “Onu ölməyə qoymayın!” + Fotolar
-
Sabah güclü külək əsəcək - Hava proqnozu
-
Fövqəladə Hallar Nazirliyindən hava ilə bağlı XƏBƏRDARLIQ
-
Laçında hava limanı tikintisi davam edir – VİDEO
-
Bu aylıq 2000 manat təqaüd veriləcək - Prezidentin FƏRMANI + SİYAHI
-
Müasir döyüş qabiliyyətli Milli Ordumuz
-
UEFA Region Kuboku: “Cəbrayıl“ bu gün yenidən “Kolos“la qarşılaşacaq
-
Sabiq MTN-çi Sahib Ələkbərov jurnalisti təhqir etdi - Məhkəmə sədri Həbib Həsənov isə... + VİDEO
-
“Qarabağda ədalət bərpa olunursa, bu, birliyimizdəndir” - Süleyman Soylu
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib – FOTO
-
Azərbaycanda tanınmış şairi nəvəsi öldürüb? - FOTO
-
Kiyevdə yaşayış binası raketlə vurulub - VİDEO
-
Magistral su kəmərində qəza oldu: Bakının bir sıra əraziləri susuz qalacaq
-
Qırğızıstanda kazinolar açılır, ancaq... - “Qırğızlar oynasalar, məsuliyyətə cəlb olunacaqlar“
-
Gəncədə Qafqaz İslam Ordusuna abidə ucaldılıb - FOTO
-
Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 104 il ötür
-
Səmra hovuzdan görüntülərini paylaşdı – VİDEO
-
Onlar 25 ildən çoxdur deputatdır - SİYAHI+FOTO
-
“Putinin qələbəsi fəlakətə səbəb olacaq“ - Boris Conson
-
Kondisionerli dayanacağın bu görüntüləri müzakirələrə səbəb oldu – Rəsmi açıqlama
-
Azərbaycan Prezidenti Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib - FOTO
-
Bakıdan Füzuliyə ilk müntəzəm avtobus marşrutu açıldı - VİDEO
-
Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu
-
Yay mövsümündə haraya gedək? - Bölgə turizminin ənənəvi problemləri
-
Baş nazir Ələt Azad İqtisadi Zonası ilə bağlı tapşırıqlar verib - FOTO
-
“Mançester Yunayted“ tarixinin ən yaxşıları - Ronaldo yoxdur
-
Sumqayıtda su və kanalizasiya xəttinə görə dağıdılan yol asfaltlanmayıb - VİDEO
-
Tanınmış vəkil həbs edilib - Təfərrüat açıqlanmır, amma...
-
Çin Tayvanı hərbi yolla geri almağa hazırdır - Rəsmi Pekin
-
Hücum rus ordusuna baha başa gəldi – Ağır itkilərlə geri çəkildi
-
Bu gün Azərbaycan Silahlı Qüvvələrində nizam-intizam, peşəkarlıq istənilən səviyyədədir
-
Yıldız Tilbe yağışın altında rəqsi ilə diqqət çəkdi - VİDEO
-
“Azərbaycan Prezidenti ordunun bundan sonra da gücləndiriləcəyini vurğulayır” - Məhərrəm Əliyev
-
“Ərzaq təhlükəsizliyimiz təhdid altındadır“ - Moldova Prezidenti
-
Bu gün İlham Əliyevin “general-leytenant” rütbəsi verdiyi hərbçilər kimlərdir? - FOTO
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
Rusiya Moldovaya hədə-qorxu gəldi: “Moskvadan cavab gecikməyəcək”
-
Oğuzda yarıməsrlik ağacları kim qurudub? - VİDEO
-
Bir qrup hərbçiyə ali hərbi rütbələr verilib - SƏRƏNCAM
-
Deputatdan Tahir İmanova cavab: “Mənim 250 minlik maşınım yoxdur” - VİDEO
-
Prezident Vətən müharibəsində fərqlənən bir qrup hərbçini təltif edib - SİYAHI
-
“Ukraynada müharibə uzun çəkəcək” - Stoltenberq
-
Rəşadətli Ordumuz Azərbaycanın şanlı qələbəsini təmin etməklə bir daha döyüş meydanında özünün üstünlüyünü sübut etdi
-
Avtobus az, tələbat çoxdur: Şuşaya nə üçün bilet tapılmır?
-
“Artıq Türkiyə başqalarının ssenarilərində fiqur deyil” - Çavuşoğlu
-
Sevil-Sevinc bacıları əsəbiləşdilər: “Bizi alan yoxdur” - FOTO
-
Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
-
“NATO ölkələri Ukraynaya tam yardım paketi ilə bağlı razılığa gələcəklər“ - Baş katib
-
“Yüzlərlə tələbi yerinə yetirmişik” - Zelenski
-
Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb - VİDEO
-
Azərbaycanın ABŞ-dakı səfiri Prezident Cozef Baydenlə görüşüb - FOTO
-
“Bunun adı qardaş köməyidir” - Türkiyə səfiri Azərbaycanın yardımı barədə
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu avtobuslarda kondisionerlər niyə işləmir? - VİDEO
-
“Sizin qələbəniz iradənin əyani sübutudur“ - Mehriban Əliyeva
-
İcra başçısı vergi borcu olan şirkətlə 440 min manatlıq müqavilə bağlayıb - FOTO
TOP 10
ARXİV