“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Şuşa Bəyannaməsi həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirilməsi baxımından əhəmiyyət kəsb edir

Tarix 17.06.21, 18:06

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa şəhərində baş tutan görüşü tarixi hadisədir. Şuşada belə bir görüşün reallaşacağı  bir il əvvəl hər kəsə bəlkə də əlçatmaz bir xəyal kimi görünə bilərdi. O səbəbdən də tam mübaliğəsiz demək olar ki, iyunun 15-də təkcə Azərbaycan və Türkiyənin deyil, dostlarımız və düşmənlərimiz də daxil olmaqla bütün dünyanın nəzərləri Şuşaya yönlənmişdi. 

Görüşdən bir gün əvvəl Türkiyə prezidentinin ABŞ prezidenti ilə, eləcə də NATO sammiti çərçivəsində bir sıra dünya liderləri ilə ikitərəfli təmasları və bu görüşlərdə regional və dünya çaplı məsələlərlə yanaşı
Qarabağda və yaşadığımız regionla  əlaqəli məsələlərin də müzakirə olunması Şuşada iki dövlət başçısının dünyaya hansı mesajları verəcəyinə diqqəti birə on nisbətində artırmışdı. Xüsusilə də,
görüşdən əvvəl hörmətli Rəcəb Tayyib Ərdoğanın Şuşada qardaş Azərbaycanla daha əhatəli müqavilənin imzalanacağı ilə bağlı verdiyi açıqlama da ciddi marağa səbəb olmuşdu.
Azərbaycan cəmiyyətinin bu görüşdən böyük gözləntiləri var idi və hesab edirəm ki, bu gözləntilər yaxşı mənada özünü doğrultdu. İyunun 15-də Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan bir sıra məsələlərlə bağlı çox önəmli açıqlamalar verdilər və iki qardaş ölkə başçısı
tərəfindən imzalanmış bəyanatla bu zamana qədər səsləndirilən bir çox vacib müddəaları imzaları ilə təsbit etdilər. Şuşa Bəyannaməsi hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, region dövlətləri arasında bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılması, aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirilməsi
baxımından əhəmiyyət kəsb edir.  Eyni zamanda Bəyannamə iki ölkənin Təhlükəsizlik Şuralarının müntəzəm olaraq birgə iclaslarının keçirilməsi, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsi və bu konteksdə Azərbaycan və Türkiyəni birləşdirəcək "Zəngəzur dəhlizi"nin açılması, o cümlədən iki qardaş ölkənin Silahlı Qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması və Silahlı Qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi ilə bağlı olduqca mühüm məsələləri
ehtiva edir.

Dilavər Babaşov



Xəbərin oxunma sayı : 382




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap