“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Şuşamızdan bir daha Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığının şahidi olduq

Tarix 17.06.21, 16:28

Font ölçüsü : - / +
bitmap-img6


Qarabağın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalından sonra  növbəti tarixi hadisəni yaşadı. Türkiyə və Azərbaycan Prezidentlərinin belə bir tarixi sənədi Şuşada imzalanmasının rəmzi mənası vardır. Şuşadan dünyaya mesajları özündə əks etdirən bu Bəyannamədə  bütün sahələrin inkişafına xidmət edəcək   addımlar öz əksini tapıb. 

Qarabağın tacı Şuşamızdan  bir daha Azərbaycan- Türkiyə birliyinin sarsılmazlığı, iki dost ölkənin hər zaman bir-birinin yanında olduğu bəyan edildi. 10 dekabr 2020-ci ildə keçirilən Zəfər Paradında iştirak etmək  üçün ölkəmizə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  Şuşaya getmək istəyini ifadə etmişdir. Bu  istək  6 aydan sonra
reallığa çevrildi. Qarabağın döyünən ürəyi  qonaqlarını qarşılamaqdan qürurlandı. Bu istəyin məhz Milli Qurtuluş Günündə gerçəkləşməsi  səbəbsiz deyil. Azərbaycanın müstəqilliyinin daimiliyinin
başlanğıc nöqtəsi olan 15 iyun 1993-cü ildən başlanan yol tariximizə Zəfər Günümüzü yazdı. Milli Qurtuluş Günündən başlanan inkişaf, tərəqqi Şuşamızı bizə qaytardı.  Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər  Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasəti bugünkü reallıqları yaratdı. Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında Ümummilli Liderin  xidmətləri əvəzsizdir.  Məhz Şuşa Bəyannaməsində  böyük öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin
iki qardaş ölkənin əlaqələrinin inkişafına yol açan  tezisləri öz əksini tapıb. Möhtərəm Prezidentimiz İlham Əliyev Şuşada Türkiyə Prezidenti ilə birgə mətbuata bəyanatında bildirmişdir ki, bu tarixi kəlamlar fəaliyyətimiz üçün əsas faktordur.  XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsini
imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdirir və gələcək nəsillərə yol göstəririk. 

Bu tarixi səfərdən sonra mədəniyyət paytaxtımızın həyatında yeni səhifə açılır. Şuşadan bölgəmizə və dünyaya verilən mesajlar çox önəmlidir. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə qardaş Türkiyənin  dəstəyi böyükdür. Türkiyə Prezidentinin “Qədim Şuşa şəhərində ən qısa müddətdə baş konsulluq açmağı planlaşdırırıq” bəyanatı da gələcək hədəflərin açıqlanmasında
yardımçıdır. Belə bir mühüm addımın reallığa çevrilməsi birliyimizin daha da möhkəmlənməsinə xidmət etməklə  yanaşı,  qardaş ölkənin bölgədə fəaliyyətini daha  səmərəli şəkildə həyata keçirməsini  təmin
edəcək. Bir sözlə, Azərbaycan-Türkiyə əməkdaşlığının genişlənməsi üçün yeni imkanlar yaranır. Bir daha dünyaya sübut olunur ki, bu birlik nümunədir.



Xəbərin oxunma sayı : 496




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap