“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Ukrayna dairəsi”ndə güclü tıxac - Təmir nə vaxt bitəcək? (VİDEO)

Tarix 29.11.24, 10:39

Font ölçüsü : - / +
bitmap-img6


Bir neçə gündür paytaxtın Xətai rayonu ərazisində yerləşən "Ukrayna dairəsi”ndə günün müxtəlif saatlarında, xüsusilə gecələr güclü tıxac müşahidə edilir.

"Qafqazinfo” xəbər verir ki, ərazidə aparılan yenidənqurma işləri ilə əlaqədar yolun hərəkət hissələrinin daralması nəqliyyatın hərəkətini çətinləşdirib.

Sürücülər bildirir ki, dairədə hərəkətin tənzimlənməsi ilə bağlı edilmiş dəyişikliklər burada xaos yaradıb. Bir çox mütəxəssislər isə "Ukrayna dairəsi”ndə hərəkətin işıqforlarla tənzimlənməli olduğunu qeyd edir.

Bununla yanaşı, dairənin ləğv olunaraq hissələrə bölünməsi və birbaşa hərəkəti təmin edən dəyişikliklərin edilməsi də təklif olunur.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi "Ukrayna dairəsi”nin turbo tipli dairəyə transformasiya ediləcəyi barədə məlumat yayaraq, ediləcək yeniliklərin görüntülərini yayıb.

Hazırda AYNA-nın sifarişi ilə ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işlər görülür.

Agentlikdən bildirilib ki, yenidənqurma işlərinin dekabrın sonunadək başa çatdırılması planlaşdırılır.




Xəbərin oxunma sayı : 943




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap