Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Ukraynaya döyüşmək üçün gəlməmişəm” – Müsavat başqanının müavini deputata cavab verdi

Tarix 19.05.22, 13:18

Font ölçüsü : - / +
bitmap-img6


Müsavat Partiyasının başqan müavini Fərəc Kərimli bir müddətdir Ukraynadadır. O, sosial şəbəkədəki hesabında bildirib ki, hazırda Rusiyanın işğalına qarşı mübarizə aparan Ukrayna vətəndaşları ilə döyüş təcrübəsini bölüşür.

“Dostlar, artıq bir aydan çoxdur vətəndən ayrıyam. Ukraynadan dostların dəvəti ilə həm vəziyyətlə yerində tanış olmaq üçün, həm Müsavat Partiyası adından, Azərbaycanda Ukraynaya dəstək verən hər kəsin dəstəyini ifadə etmək, həm də təcrübə mübadiləsi üçün Ukraynaya gəldim. Döyüşlərə qatılmasam da Ukrayna Silahlı Qüvvələrinin tərkibində olan, qardaş Krım tatarlarının yaratdığı Numan Çelebicihan adına Milli Qvardiyaya döyüş hazırlığında əlimdən gəldiyi qədər yardımçı oldum. Bundan sonra da Ukraynanın, qardaş Krım tatarların hər zaman yanında olacağıq”, - siyasətçi “Facebook” hesabınada yazıb.

Qeyd edək ki, F.Kərimli 44 günlük müharibədə iştirak edib və göstərdiyi şücaətə görə Müdafiə Nazirliyi tərəfindən təltif edilib


Deputat Bəhruz Məhərrəmov hesab edir ki, başqan müavinin Ukraynada sözügedən fəaliyyəti qanuna ziddir: “Vətəndaşlarımızın öz təşəbbüsləri ilə başqa bir ölkədə Azərbaycan dövlətinin mövqeyini nəzərə almadan silahlı münaqişəyə qoşulması milli maraqlarımıza ziddir. Həssas bir dönəm yaşayırıq. Xüsusən də indiki mürəkkəb geosiyasi situasiyada bütün maraqlardan öndə öz dövlətimizin mənafelərinin dayandığını unutmamalıyıq. Münaqişədə kombatant kimi iştiraka gəlincə, bu, birmənalı olaraq yolverilməzdir. Azərbaycan vətəndaşları yalnız Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada sərhədlərimiz xaricində hərbi əməliyyatlara cəlb oluna bilərlər. Unutmayaq ki, 44 günlük müharibə dövründə bizim ordu sıralarında Azərbaycan vətəndaşlarından başqa kimsə olmadı”.

Fərəc Kərimli “AzPolitika.info”-ya açıqlamasında deputat B.Məhərrəmovun dediklərinə cavab verib. O, qeyd edib ki, öz təşəbbüsü ilə Ukraynaya getməyib: “Bəzi məsələlərdə məsləhətləşmək üçün dəvət olundum. Dəvətə cavab verərkən də döyüş əməliyyatlarına qatılmayacağım, heç bir maddi ödəniş və s. olmayacağı barədə şərtlərimi irəli sürdüm. Onlar da zatən o məqsədlə dəvət etmədiklərini bildirdilər. Ukraynanın ərazisini müdafiə etmək üçün kifayət qədər insan potensialı var. Hal-hazırda döyüşə hələ qatılmayan bir neçə yüz min ordusu mövcuddur. Ona görə də xaricdən gələnlərə ehtiyac duyulmur. Müharibənin ilk günlərində Ukrayna dövləti belə çağırışlar etsə də sonrakı mərhələdə buna gərək qalmayıb”.


Başqan müavini deyib ki, Ukraynaya səfəri siyasi xarakter daşayır və həm də Azərbaycanın mənafelərinə xidmət edir: “Bildiyiniz kimi martın 24-də Prezident Zelenskinin rəhbərlik etdiyi partiya Müsavat Partiyasının da təmsil olunduğu ALDE-yə üzvlük üçün müraciət edib. İyun ayında ALDE-nin qurultayında üzvlükləri təsdiq olunacaq. Bundan başqa da Ukrayna Ali Radasının deputatı, Krım Tatar xalqının liderləri Mustafa Cəmilevlə, Krım Tatar Milli Məclisinin başqanı Refat Çubarovla görüşümüz olub. 44 günlük Vətən müharibəsində Ukrayna xalqının və dövlətinin Azərbaycanı birmənalı dəstəkləməsi, hər zaman Azərbaycanın yanında olmasını da nəzərə alsaq, Ukraynaya dəstəyimizi ifadə etmək həm də mənəvi borcdur. Çünki 44 günlük Vətən müharibəsində mən özüm Füzulidən Şuşaya qədər Azərbaycan Ordusunun zabiti kimi döyüşmüşəm və bizim savaşımızda Azərbaycana dəstək verən dövlətlərə də xüsusi diqqət yetirmişəm, onlar mənim üçün qardaş dövlətlərdir. Belə açıqlamalar verəndə onu da unutmamaq lazımdır ki, Azərbaycanın 1-ci Qarabağ savaşının qəhrəmanı, ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adı almış Ukrayna vətəndaşı Viktor Seryogin də var”.



Xəbərin oxunma sayı : 580




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap