“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Veysəloğlu” və “Zəfər” İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi - FOTO

Tarix 12.03.25, 17:13

Font ölçüsü : - / +
bitmap-img6


“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) birgə təşkilatçılığı ilə müqəddəs Ramazan ayında bir qrup şəhid ailələri üçün iftar məclisi təşkil edilib.

Şirkətlər Qrupunun Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycanın suverenliyi uğrunda canından keçmiş 100-dən çox şəhidin xanımları və anaları iftar məclisində iştirak edib. Dəvətlilər sırasında VŞQ-nin Bakıdan və regionlardan olan şəhid əməkdaşlarının ailə üzvləri də olub.

Məclis şəhidlərin əziz xatirəsinin yad edilməsi, dövlət himnin səslənməsi və şəhidlərin ruhuna duaların oxunması ilə başlayıb. Tədbirdə Milli Məclisin deputatları Fatma Yıldırım, Mehriban Vəliyeva, Nigar Məmmədova, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Oba” marketlər şəbəkəsinin rəhbəri Natəvan İbrahimova, VŞQ-nin maliyyə direktoru Könül Kərimova iştirak edərək, şəhid ailələrinə dərin ehtiramlarını bildiriblər.

Çıxışlar zamanı “Zəfər” İB-nin sədri Sevinc Orucova, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbovun həyat yoldaşı Afət Talıbova və Şirkətlər Qrupunun Korporativ Kommunikasiya direktoru Sənubər Nəzərova Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizlə qürur duyduqlarını, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğını, eləcə də VŞQ-nin şəhid ailələrinin məşğulluğuna verdiyi dəstəyi xüsusi vurğulayıblar. Tədbirdə eyni zamanda bir neçə şəhid anası da çıxış edərək, göstərilən diqqət və ehtirama görə təşkilatçılara dərin minnətdarlıqlarını ifadə ediblər. Şəhidlərin xatirəsinə həsr edilən tədbir bədii hissə ilə davam edib.

Məlumatda o da  qeyd edilir ki, Veysəloğlu Şirkətlər Qrupunun 13 əməkdaşı şəhidlik zirvəsinə ucalıb, onların əməkhaqlarının ailə üzvlərinə ödənilməsi təmin olunur. Hazırda VŞQ-də 639 qazi əməkdaş çalışır, sosial məsuliyyət layihələri çərçivəsində qazilərə psixoloji dəstəyin göstərilməsi və müvafiq təlimlərdə fəal iştirakı təmin edilir, onların bilik və bacarıqlarının artırılması üçün davamlı təlimlər təşkil olunur. Bu tədbir həm müqəddəs Ramazan ayı, həm də 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunaraq, şəhid ailələrinə dərin ehtiramın və minnətdarlığın bir ifadəsi olub. Veysəloğlu Şirkətlər Qrupu olaraq, şəhidlərimizin əziz xatirəsini daim yaşatmaq və ailələrinə dəstək olmaq bizim üçün şərəfdir.
imgimgimgimgimgimgimgimg




Xəbərin oxunma sayı : 685




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap