“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Övladlarının əlini yandıran anaya - Bu cəza verildi

Tarix 17.03.25, 14:06

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron rayonunda azyaşlı övladlarının əlini yandıran qadın cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun məlumatına görə, 1992-ci il təvəllüdlü Arzu Yusifovaya (soyadlar şərtidir) Cinayət Məcəlləsinin 133.2.4-cü (Əzab vermə - yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsinə əsasən hökm oxunub.

Araşdırmalarla müəyyən edilib ki, Arzu 2016-cı ildə Ruslan adlı şəxslə ailə həyatı qurub. Onların 2017-ci ildə oğul və 2019-cu ildə isə qız övladları dünyaya gəlib. Lakin cütlük 2021-ci ildə boşanıb.

Bir müddət əvvəl isə Ruslan keçmiş həyat yoldaşının övladlarına xəsarət yetirməsini görərək polisə şikayət edib. Faktla bağlı cinayət işi açılıb və Arzu Yusifova barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Abşeron Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə qadına 2 il sınaq müddəti verilməklə şərti cəza verilib.



Xəbərin oxunma sayı : 190




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap