“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Vyetnamla birlikdə sosializmin çiçəklənməsinə kömək etməyə hazırıq“ - Çin Sədri

Tarix 18.01.25, 10:08

Font ölçüsü : - / +
bitmap-img6


Çin Vyetnam Sosialist Respublikası ilə birlikdə dünya sosializminin çiçəklənməsinə kömək etməyə, ümumi inkişaf və sabitliyə töhfə verməyə hazırdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin deyib.

"Mən Çin-Vyetnam münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm və sizinlə birlikdə səyləri birləşdirməyə, sosialist modernləşmə quruculuğu yolunda əl-ələ irəliləməyə, strateji əhəmiyyətli Çin-Vyetnam birliyinin hər iki ölkənin xalqlarının xeyrinə daim yeni nəticələr verməsinə kömək etməyə hazıram", - Çin lideri ikitərəfli münasibətlərin 75 illiyi münasibətilə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lama və ölkə prezidenti Lıonq Kıonqa ünvanlandığı təbrik məktublarında qeyd edib.

S.Cinpin deyib ki, Pekin və Hanoy dünyada sosializmin çiçəklənməsinə, bəşəriyyətin inkişafına və tərəqqisinə kömək etməklə mühüm töhfə verməlidir. O, dünyada baş verən böyük dəyişiklikləri xatırladaraq bunların fonunda sosialist quruculuğunun davam etdirilməsinin vacib olduğunu bildirib.

ÇXR sədrinin sözlərinə görə, bu, regionda və dünyada sülh, sabitlik, inkişaf və çiçəklənmə üçün böyük əhəmiyyət kəsb edir.



Xəbərin oxunma sayı : 1144




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap