“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Özəl universitetlərdə ən çox seçilən ixtisas qrupu - SİYAHI

Tarix 06.08.26, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


2025-ci ilin tələbə qəbulu üzrə nəticələrə əsasən, özəl ali təhsil müəssisələrində qəbul planının 91,34 faizi dolub.

Bu, 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı "Abituriyent” jurnalının 12-ci nömrəsində öz əksini tapıb. 

Məlumata görə, özəl ali təhsil müəssisələri üzrə ümumilikdə 10 317 plan yeri ayrılıb. Həmin yerlərin 9 424-nə qəbul aparılıb ki, bu da qəbul planının 91,34 faizinin dolduğunu göstərir. Qəbul olunanlardan 8 588 nəfər Azərbaycan, 836 nəfər isə rus bölməsində təhsil alacaq. Onlardan 2 208 nəfəri dövlət sifarişi əsasında qəbul olunub.

İxtisas qrupları üzrə I qrupda 1 749 plan yerinə 1 546 nəfər qəbul olunub və qəbulolma faizi 88,39 təşkil edib. II qrupda 4 090 plan yerindən 3 588-i dolub, qəbulolma faizi 87,73 olub. III qrupda 3 693 plan yerindən 3 589-u tutulub və bununla da ən yüksək göstərici – 97,18 faiz qeydə alınıb. IV qrupda 575 plan yerinə 513 nəfər qəbul olunub ki, bu da 89,22 faizə bərabərdir. V qrupda isə 210 plan yerindən 188-i dolub və qəbulolma faizi 89,52 təşkil edib.

Statistikaya əsasən, subbakalavrlar üzrə ümumilikdə 1 540 nəfər qəbul olunub. Bu kateqoriya üzrə qəbul planının dolma faizi 14,93 təşkil edib.

Abituriyentlər üzrə isə 10 317 plan yerindən 7 884-nə qəbul aparılıb və qəbul planının 76,42 faizi dolub. Onlardan 7 152 nəfər Azərbaycan, 732 nəfər isə rus bölməsində təhsil alacaq. Dövlət sifarişi əsasında qəbul olunan abituriyentlərin sayı isə 2 153 nəfər olub.//Modern.az



Xəbərin oxunma sayı : 175




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap