Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

Aİ-nin Azərbaycandakı səfiri XİN-ə çağırıldı - Sərhəddəki “binokl diplomatiyası”na etiraz

Tarix 12.02.24, 13:38

Font ölçüsü : - / +
bitmap-img6


Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, görüş zamanı Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyətinin ciddi narahatlıq doğurduğu bir daha diqqətə çatdırılıb.

Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunduğu qeyd edilib.

Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən “binokl diplomatiyası”nın agentinə çevrildiyi Aİ tərəfinin diqqətinə çatdırılıb. İstisnasız olaraq, bu qəbildən olan bütün səfərlərdən Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız Azərbaycanofobiyanın genişləndirilməsi üçün istifadə olunduğu qeyd edilib.

"Binokl diplomatiyası”nın bu fəallığının sərhəd boyunca indiyədək görülməmiş sakitliyin hökm sürdüyü, habelə həm Azərbaycanın, həm də Ermənistanın ciddi etimad quruculuğu tədbirləri həyata keçirdiyi bir zamanda müşahidə olunmasının xüsusilə narahatlıq doğurduğu bildirilib.

Bununla yanaşı, monitorinq missiyasının məsul olduğu bölgələrdə qanunsuz keçid cəhdinin qarşısının alınması ilə bağlı son hadisə, bu missiyanın bəyan edilmiş tapşırıqlarına ciddi kölgə salır.

Bu qəbildən narahatlıq doğuran fəaliyyət heç bir şəkildə qeyd olunan missiyanın neytral bir aktor kimi inam və etimad quruculuğuna töhfə verməklə bağlı bəyan edilmiş məqsədlərinə uyğun gəlmir.

Ermənistan ərazisində yerləşdirilən missiyanın bəyan edilmiş mandatına uyğun olaraq neytral, mülki və silahsız missiya kimi fəaliyyət göstərməsi, habelə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək hər hansı fəaliyyətdən çəkinməsini təmin etmək üçün bütün lazımi tədbirlər görməyə dair Aİ tərəfinə ciddi şəkildə çağırış edilib.



Xəbərin oxunma sayı : 373




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap