“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Ağstafaya dolu düşüb, bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA

Tarix 31.03.23, 13:58

Font ölçüsü : - / +
bitmap-img6


Ağstafaya dolu düşüb, bəzi rayonlara qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, faktiki havaya əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb, qərb küləyi ayrı-ayrı rayonlarda arabir güclənib.

Qar örtüyünün hündürlüyü Göygöldə 2 sm, Ləzə (Qusar), Gədəbəy, Daşkəsəndə 1 sm olub.

Yağan yağıntının miqdarı Qaxda 9.0 mm, Balakəndə 7.0 mm, Quba, Zaqatalada 3.0 mm, Lerik, Tovuz, Daşkəsən, Göygöl, Gədəbəy, Naftalan, Şəki, Qusar, Xaltan, Şahdağ, Kürdəmir, Yardımlı, Gəncə, Şəmkir, Ceyrançöl, Şamaxı, Lənkəran, Astarada 2.0 mm-dək olub.

Ağstafa rayonu Bayraq meydanında və Tatlı kəndində saat 16:00-16:19 radələrində diametri 16-17 mm olan dolu düşüb.

Şimal-qərb küləyi arabir Naftalanda 35 m/s, Tərtər, Ağdamda 28 m/s, Ağstafa, Gəncə, Bərdədə 24 m/s, Şəmkirdə 23 m/s, Kəlvəz, Şirvanda 21 m/s, Yevlax, Neftçala, Zərdab, Beyləqanda 20 m/s, Göycay, Naxcıvanda 18 m/s, Ordubadda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 36 m/s, Sumqayıtda 30 m/s, Pirallahı, Çilov adasında 23 m/s, Ələt, Neft Daşlarında 22 m/s, Binədə 20 m/s, Maştağada 18 m/s, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.

Bakı, Pirallahı, Neft Daşları, Naxçıvan, Şərur, Göygöl, Balakən, Qax, Şamaxı, Altıağac, Qusar, Xaltan, Qrız, Şabran, Lerikdə müşahidə olunub, dumanda görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7°-dək isti, Naxçıvanda 13°-dək isti, dağlıq rayonlarda 1°-dək şaxta, aran rayonlarında 6-9° isti olub.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti aprelin 1-i axşamadək, yağıntılı hava şəraiti isə aprelin 2-si gündüzədək davam edəcək.



Xəbərin oxunma sayı : 772




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap