Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

ABŞ-dan Moskvaya yüksək missiyalı səfər - Nuland Putindən nə istəyəcək?

Tarix 11.10.21, 21:56

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Dövlət katibinin köməkçisi Viktoriya Nuland oktyabrın 11-də Moskvaya ikigünıük səfərə gedir. O, Rusiyanın aparıcı rəsmiləri ilə iki ölkə arasında ikitərəfli və beynəlxalq məsələlər üzrə danışıqlar aparacaq.

Rusiya dövlət mediasının yazdığına görə, Nuland Prezident Vladimir Putinin işlər idarəsinin müavini Dmitri Kozak, prezidentin köməkçisi Yuri Uşakov, Xarici işlər nazirinin müavini Sergey Ryabkov ilə görüşəcək.

Kozak Putinin Ukraynanın şərqindəki münaqişə üzrə müşaviridir. Moskva həmin münaqişədə hökumət qüvvələri ilə savaşan separatçıları dəstəkləyir.

Səfər öncəsi Moskva Nulanda qarşı sanksiyaları qaldırmağa razılaşıb. Əks halda o, Rusiyaya daxil ola bilməyəcəkdi. Əvəzində Birləşmiş Ştatlar da sanksiya siyahısından bir Rusiya rəsmisinin adını çıxarıb. Həmin rəsminin adı çəkilməsə də, Rusiya mediası onun Xarici İşlər Nazirliyinin şöbə müdiri Konstantin Vorontsov olduğunu yazır.

Bu arada Rusiyada həbsdə olan müxalifət lideri Aleksey Navalnı həbsxana rəsmiləri tərəfindən “ekstremist və terrorçu ideologiyanı yayan” şəxs elan edilib. Bu haqda Navalnı oktyabrın 11-də “Instagram”da yazıb.Navalnı yazır ki, həbsxana komissiyası yekdilliklə bu təsnifata səs verib. Bu səbəbdən o, yaşıl zolaqlı həbsxana şalvarında gəzməlidir.

Korrupsiya ilə mübarizə aparan Navalnı terrorçu təsnifatının müsəlmanlara, millətçilərə və futbol fanatlarına şamil olunduğunu qeyd edib. Həmin komissiya 45 yaşlı Navalnını “qaçmağa meylli” olanların qrupundan çıxarıb. Yanvarda Moskvadan həbs olunandan bəri müxalifətçi bu təsnifat altında idi. Özü və vəkilləri şikayətlənirdilər ki, nəzarətçilər gecələr hər saatın başında onu oyadaraq yoxlayırlar.

“Bu yaxşı xəbərdir. Ekstremistlər və terrorçular qaçmağa meylli olanlar qədər yorucu şəkildə yoxlanılmır. Onları heç kəs yoxlamır. Qorxurdum ki, Prezident Vladimir Putinin portretini öpməyə, yaxud keçmiş prezident Dmitri Medvedevdən sitatlar əzbərləməyə məcbur edilərəm, ancaq belə olmadı. Sadəcə, terrorçu olduğumu bildirən nişanə gəzdirəcəyəm”, – o yazıb.

Bu ilin əvvəlində Navalnının Antikorrupsiya Fondu (FBK) və regional ofislər şəbəkəsi Ədliyyə Nazirliyi tərəfindən “ekstremist təşkilatlar” adlandırılıb.

Navalnı 2020-ci ilin avqustunda Sibirdə sinir qazıyla zəhərlənəndən sonra Almaniyada müalicə olunub. O, yanvarda Rusiyaya qayıdan kimi həbs olunub, tərəfdarlarının siyasi motivli hesab etdiyi ittihamlarla 2 il yarım həbsə məhkum edilib.

Son aylar Rusiyada Navalnının siyasi şəbəkəsi və Antikorrupsiya Fonduna (FBK) qarşı irimiqyaslı təzyiq kampaniyası aparılıb. Fond illərdir Rusiyanın siyasi və biznes elitasında iddia olunan korrupsiyanı ifşa edir. (azadliq.org)



Xəbərin oxunma sayı : 346




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap