Xatirə İslamdan dərin sinə dekoltesi - FOTO Roza əməliyyat etdirməyib, təbiidir - Özü deyir (VİDEO) “Keçmişlərini unudublar“ - Afaq Gəncəli “Anasına bax, qızını al“ - Fotolar
Axtar
 
  • / Maqazin / — 25 Noyabr 2021

    Xatirə İslamdan dərin sinə dekoltesi - FOTO

  • / Maqazin / — 19 Noyabr 2021

    Roza əməliyyat etdirməyib, təbiidir - Özü deyir (VİDEO)

  • / Maqazin / — 04 Noyabr 2021

    “Keçmişlərini unudublar“ - Afaq Gəncəli

  • / Maqazin / — 01 Noyabr 2021

    “Anasına bax, qızını al“ - Fotolar

  • / Maqazin / — 24 Oktyabr 2021

    “Onu görəndə utanırdım“ - İlk məhəbbətindən danışdı

  • / Maqazin / — 21 Oktyabr 2021

    Rəqqasə Aygün bədənini belə titrətdi - VİDEO

ABŞ “yumşaldı”, “F-35“-lərin əvəzinə “F-16“ təklif edir – Ərdoğan açıqladı

Tarix 18.10.21, 16:50

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyir ki, Birləşmiş Ştatlar onun ölkəsinin "F-35" proqramına yatırımının qarşılığında "F-16" qırıcıları satmağı təklif edib.

Xatırladaq ki, Türkiyə ABŞ-dan 40 “Lockheed Martin” istehsalı F-16 qırıcısı və mövcud hərbi təyyarələri üçün 80-ə yaxın modernizasiya dəsti istəyib. Qərbi Afrikaya səfərə yollanan Ərdoğanın jurnalistlərə dediyinə görə, Türkiyə "F-35" proqramına sərmayənin qarşılığını istəyir və bu məsələ üzrə danışıqlar gedir: “Biz "F-35"-lər üçün 1.4 milyard dollar ödəniş etmişik və ABŞ bu ödənişlərin əvəzində belə bir təklif irəli sürüb”.

Ərdoğan bununla bağlı ölkənin müdafiə ehtiyacları üçün gərəkən addımlar atmağa hazır olduqlarını dilə gətirib. O, yeni "F-16" qırıcılarının ölkənin hava donanmasını inkişaf etdirəcəyini söyləyib.

Onu da xatırladaq ki, Ankara “Lockheed Martin Corp.” istehsalı olan 100-dən çox "F-35" qırıcısı sifariş etmişdi. Ancaq 2019-cu ildə Rusiyadan S-400 havadan müdafiə sistemləri alandan sonra ABŞ Ankaranı bu proqramdan çıxardı.

Ərdoğan Bayden administrasiyasına təzyiq göstərirdi ki, ya ordusu üçün hazırlanmış iki "F-35"-i versin, ya da 1.4 milyard dolları qaytarsın.

Türkiyənin 200-dən çox "F-16" qırıcısının istismar müddəti 2035-ci ilədək bitir. 100-ə yaxın təyyarəyə yenilənmə lazımdır.

Son beş ildə bu iki NATO müttəfiqinin münasibətləri Suriya siyasəti, Ankaranın Moskva ilə yaxınlaşması, Aralıq dənizinin şərqində donanma ambisiyaları, Türkiyənin dövlətə məxsus bankına ABŞ-ın ittihamları, Türkiyədə insan haqlarının pozulması səbəbindən gərginləşib.

Ankaranın S-400 sistemləri alması ABŞ-ın sanksiyalarına səbəb olub. 2020-ci ilin dekabrında Vaşinqton Türkiyənin Müdafiə Sənayesi Direktorluğunu və onun başçısı İsmayıl Demiri, üç işçisi ilə birlikdə qara siyahıya salıb.

O vaxtdan ABŞ Türkiyəni dəfələrlə Rusiyadan silah almasıyla bağlı xəbərdarlıq edib. Ərdoğan isə Rusiyadan S-400-lərin ikinci partiyasının alınmasına ehtiyac olduğunu vurğulayıb. Bu addım Vaşinqtonla gərginliyi dərinləşdirə bilər.

Qırıcı təyyarə məsələsinə baxacaq ABŞ Konqresinin Türkiyəyə münasibəti isti deyil. Hər iki partiya Bayden administrasiyasının Ankaraya əlavə təzyiq göstərməsinə çalışır. Ankara isə Bayden dönəmində daha yaxşı əlaqələrin qurulacağına ümid edir. (azadliq.org)



Xəbərin oxunma sayı : 364

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda