Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Ad gününü dostları ilə keçirmək istəmişdi - Üçü də öldü...

Tarix 06.11.24, 16:21

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gecə saat 01 radələrində Xaçmaz rayonu ərazisində - Gəndob-Yalama yolunun 22-ci km-də baş vermiş dəhşətli qəzanın təfərrüatı məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, faciəvi şəkildə ölən 3 nəfər dost olublar və dünən onlardan birinin ad günü imiş.

Dostlar ötən gecə Xaçmaz rayonu ərazisində ad günü məclisində bir araya gəliblər. Daha sonra 1991-ci il təvəllüdlü Vüsal Tahir oğlu Bayramovun idarə etdiyi “BMW” markalı 77-HR-124 nömrə nişanlı avtomobillə yaşadıqları Xaçmaz şəhərinə yola düşüblər.

Avtomobil sürətlə hərəkətdə olarkən körpünün üzərində Gəncəli kənd sakini 1979-cu il təvəllüdlü Mömin Kamil oğlu Sadıqovun idarə etdiyi “Mercedes” markalı maşına dəyib. Nəticədə “BMW” Vüsalın idarəetməsindən çıxaraq körpünün metal məhəccərlərinə çırpılıb və 30-35 metr məsafəyə uçaraq çayın əks sahilində ağaclığa düşüb.

Şahidlərin bildirdiyinə görə, Vüsal Bayramov, sərnişinləri olan Xaçmaz sakinləri - 1983-cü il təvəllüdlü Samir Məhsimov və 1987-ci il təvəllüdlü Anar Məmmədovdan xəbər ala bilməyən yaxınları dərhal onları axtarmağa başlayıblar. Qısa vaxt sonra onların olduğu avtomobilin qəzaya uğrayaraq çay dərəsinə düşməsi məlum olub. Vüsalla Samirin meyitləri aşkar edilərək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.

Xəstəxanada onlarla birgə Anar Məmmədovun da maşında olması bildirilib, həmçinin restoranın kameralarında hər 3-nün maşına minərək getmələri əks olunub.

Bundan sonra çayın dərəsində yenidən axtarış aparılıb və təxminən 2 saat sonra ağaclıqdan A.Məmmədovun da cəsədi tapılıb.

Bildirilir ki, V.Bayramov Xaçmazda avtomobil ehtiyat hissələrinin satışı, digər iki şəxs isə valyutadəyişmə fəaliyyəti ilə məşğul olurmuş.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

 Bizi Telegramda izləyin
  



Xəbərin oxunma sayı : 973




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap