| |
|
“Pilgrim Education” şirkətindən şikayətlər artır - Aisa Aslanova isə vətəndaşdan gizlənir
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
Akademik Zərifə Əliyevanın anım günüdür
Tarix 15.04.25, 0:08 |
|
Aprelin 15-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 40 il ötür. Onun nurlu xatirəsi xalqımız tərəfindən hörmətlə anılır.
AzFakt.com Zərifə Əliyevanın anım günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır:
Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə Əliyeva zəngin və mənalı ömür yaşayıb. Atası - görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi olub. Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, dostu və silahdaşı idi. Vaxtilə ata evində görüb-götürdükləri respublikanın birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Ulu Öndərə mənəvi dayaq, arxa olub.
Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib.
1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən traxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problemə - gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Beləliklə, gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı.
Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu respublikamızda geniş tətbiq olundu və traxomanın bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynadı.
Zərifə xanımın oftalmoloq-alim kimi diqqət yetirdiyi aktual problemlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tuturdu. O, oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının peşə patologiyasını dərindən tədqiq edib. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqi ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası yazıb. 1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilib.
Gərgin və məhsuldar elmi fəaliyyətinə görə 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Görkəmli alimin respublikanın iri sənaye müəssisələrində apardığı genişmiqyaslı elmi-tədqiqat işləri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə ona keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilib. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.
Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, həmçinin bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifidir: “Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və sair. Alimin “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri bu gün də aktuallığını qoruyub saxlayır. O, iridodiaqnostika və iridoterapiya problemləri ilə də məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə Əliyeva yazıb.
Zərifə Əliyevanın həkimlik sənəti ilə bağlı bir fikri də diqqəti cəlb edir: “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır”.
Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub. Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət” kitabında oxuyuruq: “Özü də çoxsaylı vəzifələrinin heç birinə qətiyyən formal yanaşmırdı. Məsələlərin müzakirəsində şəxsən iştirak edir, onların uğurlu həlli üçün bilik, qüvvə və enerjisini əsirgəmirdi.
Bu zaman çalışırdı ki, gündəlik həyatının işlə bağlı tərəfi heç bir halda qadın və ana kimi üzərinə düşən vəzifələri üstələməsin. Bəzən Zərifə xanım elmi və ictimai işlərin ailəsinə, övladlarına ayıra biləcəyi vaxtı əlindən aldığına görə özünü günahkar hiss edirdi”.
Zərifə Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır.
Müasirlərinin dediyi kimi, Zərifə xanım qeyri-adi bir ana idi və övladlarına olan münasibət də xüsusi idi. Belə münasibətin bənzərini tapmaq çətindir. O, uşaqları sanki Ulu Tanrı tərəfindən bəxş olunan bir nur payı kimi qəbul edirdi. Özünə rəhm etmirdi, analıq borcunu yerinə yetirməkdə də özünə rəhmi gəlmirdi. Hərdən analar uşaqlarına olan məhəbbətdə elə yüksək dərəcələrə çatırlar ki, bununla hamını heyrətə gətirirlər. Zərifə xanım məhz belə analardan idi.
Xəbərin oxunma sayı : 703
Sosial
Xəbərlər
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
“Pulu birlikdə toplayır, elə ödəyirik...“ - Sabiq nazir yeyib-içmək məclisindən danışdı
-
“Hörmüz boğazından keçən gəmilərin sayı 80% azalıb” - “Bloomberg”
-
Asfalt qatı dağıldığından ərazidə tıxac yaranır - VİDEO
-
Bakıda müsiqi səsi yayılan daha bir restorandan ŞİKAYƏT - VİDEO
-
Nəsimi rayonunda daha bir qanunsuz artırılma - “Əcəmi Mall” da
-
Sükan arxasında mobil telefondan istifadə edənlərə xəbərdarlıq - VİDEO
-
Yasamalda səkidə aparılan təmir niyə yekunlaşmır? - VİDEO
-
Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı - Səbəb nədir?
-
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi - Fotolar
-
Anomal istilər Azərbaycana yaxınlaşır - Xəbərdarlıq
-
“Kommunizm ölkəmiz üçün ən böyük təhlükədir” - Donald Tramp
-
Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - Ərazilər
-
Avropada təbii qaz təlaşı: Son 15 ilin ən aşağı göstəricisi
-
“Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür“ - Rəsmi Moskva
-
Bu şirkət Elm və Təhsil Nazirliyinin 42,6 milyonluq tenderini udub - Son 4 ildə
-
Sabahdan bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İsrailə qarşı kiberhücumlar kəskin artıb: Təl-Əviv Tehranı ittiham etdi
-
Pensiyanı birdəfəlik almaq mümkün olacaq? - Vacib detallar açıqlandı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Səadət Sarayında nikah neçəyə başa gəlir? - Dəbdəbə sevənlər nəzərə alsın
-
Azərbaycanda hansı dərmanların reklamı qadağandır? - Rəsmi açıqlama
-
Rövşən Nəcəfin qohumu olduğunu deyib - SOCAR-a aid torpağı satmaq istədi
-
Si Lukaşenkonu Putinin “əlindən alır” - Belarus Prezidenti iki Vladimirin ortasında qalıb
-
Avtobus sürücüsü, dülgər... - Komandasını DÇ-də pley-off-a daşıdı
-
Bakıda restoranda bloqerlər saçyolduya çıxdı - VİDEO
-
Məktəblərdə dərs vaxtı telefondan istifadə QADAĞAN EDİLDİ - Nazirdən qərar
-
Ankarada Türk İnternet Media Birliyinin II Qurultayı keçirildi - Aqil Ələsgər yenidən İdarə Heyətinə seçildi
-
Bakının bir qəsəbəsində söküntü başladı: Kompensasiya veriləcək
-
Milyarderlər ən çox hansı şəhərlərdə yaşayırlar - Siyahı
-
“Arzumuz “Türk əsri“ni inşa etməkdir“ - Ərdoğan
-
Bakıda qardaşlar arasında ata mülkünə görə dava - Məhkəmə qərar verdi
-
Yağış, dolu, 33 dərəcə isti… - SABAHIN HAVASI
-
Trampın oğulları nadir elementlərin hasilatı layihəsində pay alıblar - Qazaxıstanda
-
Sükan arxasında telefondan istifadəyə görə 11 min sürücü cərimələnib - DYP
-
Bağ evində əyləncələr qonşuların əsəblərini tarıma çəkdi - VİDEO
-
Azərbaycanda 65 yaşdan yuxarı nə qədər kişi var? - Rayonlar üzrə siyahı
-
Hansı hallarda bəraət hökmü çıxarılır? - RƏSMİ AÇIQLAMA
-
Buğdanın dövlət tədarük qiyməti haqda qərar verildi - Bir kq-ı neçəyə alınacaq?
-
Mərkəzi Bank məsafədən kreditləşmə qaydalarını dəyişdi - Deputat detalları açıqladı
-
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında - FOTOLAR
-
“Taşfırın”da dönərçidən xadiməyə qarşı - Cinayət
-
Prezident qurultay iştirakçılarına müraciət ünvanladı - TAM MƏTN
-
Nazir komandiri vəzifəsindən azad etdi - Yeni təyinat
-
ABŞ və İran qarşılıqlı atəşkəs barədə razılığa gəldilər - “Axios”
-
“İsrail hökumətinin qərarı ciddi narahatlıq doğurur” - Rəsmi Bakı
-
Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanılıb - VİDEO
-
Pakistan Əfqanıstanla sərhəddə əməliyyat həyata keçirdi - 29 ölü
-
WhatsApp-da yeni gizli dövr - Hər kəsin gözlədiyi funksiya gəldi
-
``Azparking``ə əlavə edilən yeniliklər nələrdir? - VİDEO
-
Bu yolda yaranan çuxurlar avtomobillərə təhlükə yaradır - VİDEO
-
Kanada tarixi qələbə ilə 1/8 finala yüksəldi - VİDEO
-
Paytaxtın bu yollarında tıxac var - SİYAHI
-
“Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - VİDEO
-
Evinə verilən kompensasiya məbləği ilə razılaşmır - VİDEO
-
Bazarda mövsümü gilas niyə baha satılır? - VİDEO
-
Ağsuçay məcarısından çıxdı, kənd yollarını sel basdı - VİDEO
-
Satışda olan balıq məhsulları istehlakı tam ödəmir - VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Könül Vəlibəylinin qızının vəziyyəti ağırdır: Müalicəsi üçün bank hesabı açıldı-FOTO
-
Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? -TƏFƏRRÜAT
-
Trampla Netanyahunu ittiham etdi - “Etiraf deməkdir”
-
Gecələr söyüş, səs-küy: Qalmaqallı kafe sakinləri ayağa qaldırdı - VİDEO
-
Nərimanov rayonunda qanlı dava: İki ayağından bıçaqlandı
-
Anomal istilər davam edir: Bu ölkədə 1000 nəfər ölüb
-
İran və ABŞ arasında qarşılıqlı hücumlar artır - SON VƏZİYYƏT
-
“Neftçi“nin baş məşqçisi: “Fikrimcə, yaxşı güclənmişik“
-
Bakının məşhur bazarında gərginlik: Satıcılara ərazini tərk etmək tapşırıldı (VİDEO)
-
“Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” - Netanyahu
-
Səudiyyə Ərəbistanında məşhur şirkətinin helikopteri qəzaya uğradı: 14 ölü
-
Qiymətlər rekord həddə enə bilər: Yumurta bazarında nə baş verir?
-
Medvedev Ermənistanı hədələdi - “Ağır bədəllərə səbəb olar”
-
Valideynlər üçün təhlükəli siqnal: Laqeydlik faciəyə çevrilə bilər
-
“Daha müasir silahlar yaratdıq“ - İranlı general
-
Avropa ölkələrində istehlak səbətinin qiyməti - SİYAHI
-
Təxirə salınan qabiliyyət imtahanı keçiriləcək - Bu tarixdə
-
Azərbaycanda kartofun məhsuldarlığı aşağı düşüb - Stastika
-
Əmlak alqı-satqısında YENİ MEXANİZM - VİDEO
-
Kredit götürərkən nələrə diqqət etmək lazımdır? - VİDEO
-
Ağdərədə tur avtobusu qəza etdi - Xəsarət alanlar var
-
Bakıda yağış yağacaq, bölgələrdə dolu düşəcək - Sabahın havası
-
Zelenski və Putin birbaşa danışıqlar aparmalıdır - Sikorski
-
Atəşkəs pozuldu: ABŞ və İran arasında qarşılıqlı zərbələr
-
DÇ-də 1/16 finalın bütün cütləri bəlli oldu - SİYAHI
-
Yük maşınlarının iştirakı ilə baş verən qəzaların əsas səbəbləri nədir? - VİDEO
-
Avropada anomal istilər: İsveçrədə buzlaqlar sürətlə əriməyə başlayıb
-
Binəqədidə sürücülərə yaranan TƏHLÜKƏ - VİDEO
-
Həsən bəy Zərdabinin doğum günüdür - 189 yaşı tamam olur
-
Şamaxıda torpaq sürüşməsi yolları yararsız hala salıb - VİDEO
-
Azərbaycanın qeyri-neft-qaz ixracından gəlirləri nə qədər olub? - VİDEO
-
Britaniya yenidən Avropaya üz tutur? - “Brexit“dən əvvəlki mövqe dəyişir
-
Tramp özünü Yer kürəsini çiyinlərində daşıyan nəhəng kimi təsvir edib - FOTO
-
Argentina, Avstriya və Əlcəzair 1/16 finala yüksəldi - VİDEO
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
5 ildir aparılan arxeoloji tədqiqatlar nəticə verdi - VİDEO
-
Ağdamda kombayn çatışmazlığından ŞİKAYƏT - VİDEO
-
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlandı - VİDEO
-
Medvedevdən Polşaya qalmaqallı tələb: Prezident sarayı geri alınsın
-
İcarəyə verdikləri texnikalara görə pullarını ala bilmirlər - VİDEO
-
Qayda pozan motosiklet sürücülərinə qarşı tədbirlər sərtəşdirilir - VİDEO
-
Tramp Putinlə olan həmin sövdələşmədən imtina edə bilər - “Axios”
-
Aİ qərargahında qalmaqal - Kondisionerlər yalnız rəhbərlik üçün işləyir
-
“Bir qədər tələsikliyə yol verilib” - Həbibbəylinin əlyazmayla rəftarına münasibət (VİDEO)
-
Xaricdə təhsil alanların NƏZƏRİNƏ: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
-
Azərbaycanda kredit faizləri son 5 ildə artıb - Regionlar üzrə tam siyahı
-
Bayramov Fidanla telefonda danışdı - Regiondakı təhlükəsizlik vəziyyəti müzakirə edilib
-
Kənd sakinləri çöl donuzlarının hücumundan təşvişə düşüb - Şikayət
-
Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu
-
Avropanı cənginə alan istilər: Macarıstanda ekstremal isti hava şəraiti elan edilib
-
Pedaqoji ixtisaslarda plan yerlərinin azaldılması gözlənilir - Açıqlama
-
May ayında Azərbaycanda ödəniş kartlarının sayı artıb - AMB
-
Xüsusi təyinatlıların birgə təlimlərindən - Görüntülər
-
“ABŞ memorandumun iki bəndini pozub” - Möhsün Rzayi
-
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir: “Onu torpaq altında təsəvvür edə bilmirəm“
-
Daha bir legioner “Qarabağ“dan getdi - Bu kluba keçdi
-
Venesuelada xəstəxanalarda dərman çatmır: Zəlzələ qurbanları dəhlizlərdə müalicə olunur
-
Azərbaycanda bəzi yerlərə intensiv yağış yağır - Faktiki hava
-
Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi - FOTOLAR
-
244 nömrəli məktəbdə qalmaqal: İki məktəb, bir direktor, bitməyən iddialar
-
Dörd günlük güclü maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
TOP 10
ARXİV






