“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Almaniya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb - Nələr daxildir?

Tarix 15.01.25, 16:55

Font ölçüsü : - / +
bitmap-img6


Almaniya Ukraynaya yeni hərbi yardım paketini elan edib.

Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, bura – “RCH 155” özüyeriyən haubitsalar, “RCT-30 Boxer” təkərli piyada döyüş maşınları, yüzlərlə hücum pilotsuz təyyarələri və “Marder” piyada döyüş maşınları daxil olacaq.

Yeni hərbi yardım paketinə daxil olan silahların tam siyahısı aşağıdakı kimidir:

- 9 ədəd “RCT-30 Boxer” əkərli piyada döyüş maşını;

- 18 ədəd “RCH 155” özüyeriyən artilleriya qurğusu;

- 5 “Marder” piyada döyüş maşını;

- 600 ədəd “HF-1” hücum dronları;

- 50 ədəd “VEKTOR” kəşfiyyat aparatı;

- 46 ədəd “RQ-35 HEIDRUN” kəşfiyyat aparatı;

- 43 ədəd “SONGBIRD” kəşfiyyat aparatı;

- 11 min ədəd 120 mm-lik minaatan mərmisi;

- turniketlər, sahə eynəkləri və yun yorğanlar.

Almaniya Müdafiə Nazirliyi xatırladıb ki, Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Berlin Bundesver anbarlarından Ukraynaya ümumilikdə təxminən 5,2 milyard avro dəyərində hərbi yardım köçürüb. Bundan əlavə, 10 mindən çox ukraynalı əsgər Almaniyada hərbi təlim keçib.



Xəbərin oxunma sayı : 1174




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap