“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Birinci Qarabağ müharibəsinin dörd itkin-şəhidi dəfn olunub - Fotolar

Tarix 12.09.25, 15:41

Font ölçüsü : - / +
bitmap-img6


Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan şəhid Ayaz Əsgəralı oğlu Zərbəliyev Göyçay şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

AzFakt.com "Report"a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

A.Zərbəliyev 1969-cu il yanvarın 30-da anadan olub. 1993-cü il martın 29-da Kəlbəcər rayonunun Çərəkdar kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan daha bir şəhid Cəlal Xankişi oğlu Abdullayev Qaradağ rayonunun Qobustan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Mərhumun ailə üzvlərinə məxsus evdə keçirilən mərasimdə şəhidin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Cəlal Abdullayev 1971-ci il avqustun 24-də Qobustan qəsəbəsində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. C.Abdullayev 1993-cü il martın 29-da Kəlbəcər rayonunun Çərəkdar kəndi ərazisində itkin düşmüş sayılırdı.

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 31 il sonra tapılan daha bir şəhid Murad Məlikməmməd oğlu Vəliyev Quba rayonu Nütəh kənd qəbiristanlığında dəfn olunub.

Vida mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

M.Vəliyev 1971-ci il aprelin 5-də anadan olub. 1994-cü il martın 4-də Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan daha bir şəhid Vəkil Möylan oğlu Qayıbov Qəbələ rayonunun Qəmərvan kənd qəbiristanlığında dəfn olunub.

Vida mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

V.Qayıbov 1973-cu il avqustun 30-da anadan olub. 1992-ci il iyunun 15-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.




Xəbərin oxunma sayı : 1552




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap