| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Arayikgil məhkəmədə Paşinyanın yalanını üzə çıxardı - FOTOLAR
Tarix 06.02.25, 22:04 |
|
Fevralın 6-da Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin, eləcə də Ruben Vardanyanın barəsində olan cinayəti işləri üzrə məhkəmə proseslərinin baxış iclası başlayıb.
“Qafqazinfo†xəbər verir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə, yəni, erməni və rus dillərində tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.
Məhkəmə iclasında zərərçəkmiş şəxslər, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.

Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qondarma “Dağlıq Qarabağ respublikası†və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər erməniəsilli şəxsin təqsirləndirildiyi cinayət işi üzrə məhkəmə prosesinin əvvəlində təqsirləndirilən şəxs Arayik Harutyunyan məhkəmədən müraciətini səsləndirmək üçün söz istəyib.
Hakim təqsirləndirilənə müraciətini səsləndirməyə icazə verib.
A.Harutyunyan çıxış edərək hazırda baxılan cinayət işi üzrə ittiham olunan şəxslərə psixoloji təzyiq göstərilməsi və psixotrop dərmanların verilməsinə dair Ermənistan mediasında yayılan iddiaları yalan adlandırıb:
“Nəzərə alsaq ki, təcridxanada bizim məlumat almaq, etiraz etmək imkanlarımız olub. Həmçinin Ermənistan mediasında və digər kütləvi informasiya vasitələrində bizim saxlanma şəraitimiz daim müzakirə olunur. Başa düşdüyüm qədərilə, Ermənistan Respublikasının baş naziri bəyan edib ki, bizə qarşı psixoloji təzyiq və həmçinin psixotrop dərmanlardan istifadə edilməsi barədə fikirləri var.
Mən ən çox bizim doğmalarımız, yaxınlarımız barədə narahatlıq keçirirəm. Bəyan etmək istəyirəm ki, mən saxlanma şəraitinə dair qanunla tanışam. Təcridxanada bütün qanunlara əməl olunur, Beynəlxalq Qırmızı Xaç Komitəsi vaxtaşırı olaraq bizi ziyarət edir. Bizim ailə üzvlərimizlə telefon zəngi imkanlarımız olur. Təcridxanada bizə qarşı münasibət qanuni qaydada təmin olunur və bizimlə qanuni davranırlar. İstintaq dövründə də müstəntiqlər tərəfindən hüquqlarımız təmin olunub. Vəkillər həmişə istintaqda iştirak ediblər. Xüsusilə qeyd etmək istəyirəm ki, bizə qarşı hər hansı bir təzyiq olmayıb. İstintaq zamanı bizimlə hər zaman qanun çərçivəsində davranıblar. Təşəkkür edirəmâ€.
Daha sonra təqsirləndirilən şəxs Davit Babayan məhkəməyə müraciət edərək söz istəyib.
Məhkəmə D.Babayanın istəyini təmin edib. Təqsirləndirilən şəxs çıxış edərək saxlanma şəraitindən razı olduğunu, ona və digər təqsirləndirilən şəxslərə təzyiq göstərilmədiyini deyib:
"Mən öz adımdan demək istəyirəm ki, burada bizə qarşı heç bir təzyiq olmayıb. Bizə hər dəfə hörmətlə davranırlar və yerimizdə başqası olsa nə edərdi onu özlərinə sual versinlər. Bizim həqiqəti demək cəsarətimiz var. Həqiqət sərhəd tanımır. Burada saxlanma yerimiz də çox yaxşıdırâ€.

Bundan sonra dövlət ittihamını müdafiə edən prokuror giriş nitqi ilə məhkəmə iştirakçılarına müraciət edərək hazırkı məhkəmə prosesinin tarixi əhəmiyyətini vurğulayıb:
“Hazırkı məhkəmə prosesi ədalətin bərqərar olması naminə keçirilir. Cinayət işində olan sübutlar tarixi faktlara əsaslanmaqla göstərir ki, törədilmiş cinayətlər ayrı-ayrı təsadüfi hadisələr olmayıb, onlar ən yüksək səviyyədə mütəşəkkil qaydada planlaşdırılaraq qəddarlıqla və amansızlıqla törədilib.
Məhkəmə prosesində aydın olacaq ki, tədqiq və təqdim edilən cinayətlər Ermənistan dövlətinin siyasi, hərbi, maddi və digər dəstəyi, Ermənistanın siyasi-hərbi rəhbərliyinin verdiyi göstəriş və təlimatları nəticəsində törədilib.
Bu məhkəmə prosesi, həmçinin belə dəhşətli cinayətlərin təkrarlanmasının qarşısını almaq üçün mühüm tarixi əhəmiyyət kəsb edir. Məhkəmə prosesində sübut olunacaq ki, müharibə cinayətkarları üçün təhlükəsiz sığınacaq, məkan yoxdur və beynəlxalq münasibətlər güc və zorakılıqla deyil, hüquq və qanunla nizamlanmalıdırâ€.
Daha sonra prokurorlar növbə ilə ittiham aktının nəticəvi hissəsinin elanına başlayıb.
İttiham aktına istinadən qeyd olunub ki, Ermənistan dövlətinin və onun hərbi qüvvələrinin bilavasitə iştirakı, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədilə Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə cinayətkar birlik yaradılıb.
Daha sonra təqsirləndirilən şəxslər Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin həmin cinayətkar təşkilatın yaradılmasında və fəaliyyətində rolları elan olunub.
Məhkəmə iclası fevralın 7-də davam etdiriləcək.
Xatırladaq ki, sözügedən cinayət işi üzrə 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Ruben Vardanyanın təqsirləndirilməsinə dair məhkəmə prosesi zamanı onun vəkili Avraam Berman çıxış edərək müdafiə etdiyi şəxslə konfidensial görüş üçün şərait yaradılmasını xahiş edib.
Hakim həmin vəsatəti təmin edib və təqsirləndirilən şəxsə vəkili ilə konfidensial görüş üçün şərait yaradıb.
Bununla bağlı məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra məhkəmə iclası davam etdirilib və sədrlik edən ittiham və müdafiə tərəfinin mövqeyini öyrəndikdən sonra məhkəmə istintaqının başlanıldığını elan edib.
Dövlət ittihamını müdafiə edən prokuror ittiham aktının nəticəvi hissəsini elan etməyə başlayıb.
İrəli sürülmüş ittihama əsasən, təqsirləndirilən şəxs Ruben Vardanyan ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış cinayətkar birliyə daxil olaraq həmin birliyə rəhbərlik edib, birliyin ümumi cinayətkar məqsəd və niyyətinə uyğun olaraq fəaliyyət göstərib.
Bununla yanaşı prokuror ittiham aktına istinadən elan edib ki, Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi ilə Ermənistanın dövlətinin və onun hərbi qüvvələrinin bilavasitə iştirakı, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında yaradılmış cinayətkar birlik Azərbaycan Respublikasına qarşı sistematik və genişmiqyaslı təcavüzkar müharibəyə başlayıb.
İttiham aktının həcminin böyük olması nəzərə alınaraq, növbəti prosesdə ittiham aktının elan olunmasının davam etdiriləcəyi bildirilib.
Məhkəmənin növbəti iclası fevralın 10-na təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.







Xəbərin oxunma sayı : 1234
Hadisə
Xəbərlər
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
“Millimizin futbolçuları hazırda...“ - Ayxan Abbasovdan oyun öncəsi açıqlaması
-
Xırdalanda sakinlərin istirahət yerində obyekt tikilir? - VİDEO
-
Bakıda avtobuslar üçün yeni mübadilə mərkəzi tikilir - VİDEO
-
Zelenski Avropaya xəbərdarlıq etdi: Rusiya və ABŞ nəyi müzakirə edir?
-
300 min manatlıq dələduzluq - Onlarla şikayətçi və həbs edilənlər var
-
Prezident Dublində onlarla görüşdü - FOTOLAR
-
Sükan arxasında ağıllı saat işlədənlər də cərimə olunsun - TƏKLİF
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - VİDEO
-
Ebola ilə mübarizə aparan 55 tibb işçisi həyatını itirib - Konqoda
-
Türkiyədə hərbi helikopter qəzaya uğradı - 4 nəfər həlak oldu
-
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirildi - FOTO
-
Məşhur icra başçısının oğlu məhkəmədə DİNDİRİLDİ - Siqaret qaçaqmalçılarının İŞİ
-
Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək
-
Bakı təhsilinin şefinin rəfiqə və qohum şəbəkəsi - BŞTİ-dəa nə baş verir?!
-
“Nvidia” rəhbəri Yensen Huanq istefa verdi - Çin kəşfiyyatı qalmaqalına görə
-
Məhkəmə general qızı ilə bağlı qərar verdi - Ev dustaqlığına buraxıldı
-
Hakim ərini baltalayan qadını qəfəsdən çıxardı - BAKIDA
-
Azərbaycanda bu məhsullar bahalaşıb - Siyahı
-
Yüksək vəzifəyə təyin olunmuşdu - 23 gün sonra işsiz qaldı
-
Qarabağa görə KTMT-dən kömək istəməmişik! - İrəvan Moskvaya cavab verdi
-
ADSEA-da ikinci maaş iddiası: Zaur Mikayılov idarə rəislərinə əlavə 5000 manat paket verir?
-
“İranla razılaşmaya ehtiyacımız yoxdur” - Donald Tramp
-
Yükdaşıma sektorunda vergi qaydaları dəyişir - Yeni güzəşt təklif olunur
-
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı - Personal çıxarıldı
-
ABŞ Ukrayna üçün “Starshield“in sürətini yenidən azaltdı - Zelenskidən etiraz
-
Sabiq komitə sədrinin otelini alan olmadı - Qiyməti 1,3 milyon endirildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident İlham Əliyev Maya Sandu ilə görüşüb - FOTO
-
Teymur Musayevə yeni vəzifə verildi - Əsədov qərar imzaladı
-
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video
-
Prezident “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak edir - Fotolar
-
Bakının mərkəzində “yaşıl soyqırım“ - yenə Əsabil Qasımovun adı...
-
Matviyenko İrəvana xəbərdarlıq etdi: “KTMT-dən çıxarsa...“
-
İlham Əliyev Dublində Zelenski ilə görüşdü - FOTOLAR
-
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
-
Zabratda sənədsiz toyuq əti satan müəssisə bağlandı - Fotolar
-
İşlənmiş maşınlar ucuzlaşa bilər - yeni qaydalar gəlir
-
“Qaya” restoranı sahəsini qanunsuz artırdı - VİDEO
-
Son 76 ildə ömür uzunluğu hansı ölkədə nə qədər artıb? – Siyahı
-
Ardadan “Real”a rədd cavabı: 22 milyon maaşla bu kluba keçir
-
DİN və ETSN birgə əməliyyat keçirdi: 150 illik ağacları kəsən 6 nəfər tutuldu (VİDEO)
-
Keçmiş nazir aeroportda saxlanıldı – Korrupsiyada ittiham olunur
-
Mədəniyyət, idman və gənclər siyasətinə 643 milyon manat ayrılacaq - Xərclərin bölgüsü
-
Bakı Hərbi Məhkəməsində səs-küylü iş - 7 nəfər hakim qarşısında
-
“Putin NATO”su belə güclənməyə qərar verdi - yeni hərbi plan
-
Tanışının övladını həbsdən azad edəcəyi vədi verdi, özü həbsdə qaldı - TƏFƏRRÜAT
-
Məmməd Musayevin qardaşı oğlu şirkətinin əmlakını satır - DETALLAR
-
Sankt-Peterburqda avtomobil partladıldı - Hərbçi həlak oldu
-
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO
-
Kartof sahələrində xəstəliklərin əsas səbəbi dərmanların təsirsiz olmasıdır? - VİDEO
-
Azərbaycanda ən çox və ən az maaş verilən sahələr - Statistika
-
Bakıda vətəndaşların mənzilləri bir neçə dəfə satışa necə çıxarılıb? - VİDEO
-
İran ayda 50 ballistik raket istehsal edə bilər - “Bloomberg“
-
Pekindən Vaşinqtona mühüm zəng: Çin ABŞ-la nələri müzakirə etmək istəyir?
-
Millətlər Liqasında V tur başlayır: Türkiyə Belçika, İtaliya Fransaya qarşı
-
General Natiq Əliyevin qızı saxlanıldı - Dələduzluğa görə
-
Sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var
-
Avtomobil icarəsi ilə məşğul olan şəxslərə xəbərdarlıq - VİDEO
-
“Rusiya ilə ilin sonunadək razılaşma əldə etmək mümkündür“ - Zelenski
-
Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - FOTO
-
Tehran şərtlərini irəli sürüb, indi növbə Vaşinqtondadır - Qalibaf
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - VİDEO
-
“İrəvandakı Göy məsciddə şou düzənlədilər“ - QMİ-dən sərt etiraz
-
Prezidentin sosial şəbəkə hesablarında COP31-lə bağlı paylaşım edildi - VİDEO
-
Azərbaycan bank sektorunu silkələyən sensasion faktlar - Rauf Kazımovun offşor izi
-
KTMT-də Ermənistan bağlı qərar verildi - Bu hüquqdan məhrum edildi
-
Bakıda istilik mövsümü başlayır - Bu halda ödəniş etməyə bilərsiz!
-
“AzParking”dən sürücülərə xəbərdarlıq: “Digərləri etibarsızdır”
-
Mehriban Əliyeva ilə Əminə Ərdoğan bir arada - FOTOLAR
-
Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı - FOTOLAR
-
Azərbaycanda əməkhaqqı 30 qəpik azalıb - Rəsmi məlumat
-
Prezident xanımı ilə Liderlər Sammitində - FOTOLAR
-
Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi
-
Dövlət Yol Polisinin adından fişinq hücumları var - XƏBƏRDARLIQ
-
Fərhad Qaraşov yenidən sədr seçildi - İdarə Heyətinin üzvləri onlar oldu
-
“Vətəndaşın haqqı ödənilməlidir“ - Nazirdən bələdiyyələrə irad
-
Hərraca çıxarılan villaların sahibi kimdir? - Bakıda partlayış, Moskvada ermənilərlə ortaqlıq…
-
“Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama
-
İlham Əliyevi Ərdoğan və Quterreş qarşılayıb - VİDEO
-
Şəxsi təsərrüfatdan əldə edilən süd və yumurtadan da vergi alınacaq? - Video
-
Müğənni Dənizin qazinin haqqına göz dikən əlillik alveri – MƏHKƏMƏ İŞİ
-
Saatlıq əməkhaqqı aylıq maaşdakı tarifdən - Yüksək müəyyən ediləcək
-
Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı - FOTOLAR
-
Mesut Özil Ukraynanın “qara siyahı”sına düşdü - SƏBƏB
-
Sabiq Baş nazirin qardaşı saxlanılıb - İnsan alverinə görə
-
Azərbaycanlı biznesmenə hökm oxundu: 141 milyonluq mülkünə həbs qoyuldu
-
Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
-
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
-
Nazirliyinin tabeliyindəki Mərkəzdə yeni rəhbər təyinatı - FOTO
-
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? - VİDEO
-
Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq - Ərdoğan
-
Rubio İranın şərtlərini “cəfəngiyyat“ adlandırdı - ABŞ-Tehran münasibətləri dalana dirənib
-
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı kəskin artıb - RƏQƏMLƏR
-
Zaporojye cəbhəsində kəskin ziddiyyət: Rusiya bir söz deyir, Ukrayna başqa
-
“Ermənistan Aİ-yə üzvlük məsələsində əvvəlcə referendum keçirməlidir” - Rəsmi Moskva
-
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir - “The Washington Post“
-
Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video
-
İnternet axşamlar niyə zəifləyir? - Sürəti artırmaq üçün sadə üsullar
-
Avropa liderləri Əbu-Dabi danışıqlarına qatılır - Fransadan açıqlama
-
Bakıda “QAZ-3110“la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
-
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
-
Yeməkdən sonra yuxulamağın səbəbi bəlli oldu - Bu qidaları azaldın
-
Hansı rayonlara qar yağır? - Faktiki hava açıqlandı
-
Arvadına xəyanət edən milyarder dünyanın gündəmində - Ermənistanda milyardlarla dollarlıq layihə!
-
Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - FOTO
-
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - Abbas Əraqçi
-
Azərbaycanda 2,2 milyardlıq turist xərcləri - Ən böyük pay bu ölkənindir
-
Şanlı Zəfərdən Böyük Qayıdışa doğru məqsədyönlü addımlar atılır
-
Moldova Rusiya qazından tamamilə imtina edib - Sandu
-
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
-
İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir - Tramp
-
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO
-
Şuşa Zəfəri Azərbaycanın müasir tarixinin zirvəsidir
-
“Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
-
Azərbaycanda Dövlət Bayrağı Günüdür
-
Bakıda Zəfər Günü konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb - Fotolar
-
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - FOTOLAR
-
Xankəndidə Prezidentin adından ziyafət verildi - FOTOLAR
-
“Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin“ - İlham Əliyev
TOP 10
ARXİV






