Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Arvadını yuxudan oyadıb öldürdü - FOTO

Tarix 31.05.23, 18:00

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda kişi arvadını taxta parçası ilə döyərək qətlə yetirib.

Ölkə.Az xəbər verir ki, hadisə Xətai rayonu Yusif Səfərov küçəsində yerləşən mənzildə baş verib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Dilarə Hüseynovaya açıq kəllə-beyin travması, baş beyinin ağır əzilməsi, alın sümüyünün sınığı, döş qəfəsinin hematoması, qabırğaların sınığı diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.

Araşdırma zamanı məlum olub ki, Namiq Əkbərzadə həyat yoldaşını taxta ilə döyərək qətlə yetirib.

Namiq Əkbərzadə istintaqa ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini deyib.

O, ifadəsində bildirib ki, 2000-ci ildən Rusiyada ticarətlə məşğul olub. 2006-cı ildə Bakıda ev aldıqdan sonra Dilarə Hüseynova ilə ailə həyatı qurub və həmin nikahdan iki uşaqları dünyaya gəlib. Son illərdə Dilarənin hərəkətləri onu qıcıqlandırıb. Hətta sonuncunun xəyanət etdiyini düşünüb.

Namiq Ələkbərzadə bildirib ki, əvvəllər həyat yoldaşı ilə münasibətləri pis olmayıb:

“Mən heç vaxt onu vurmamışdım. Son 4 ildə qadın çönmüşdü. Özüm Rusiyada yaşayırdım. Pulum, imkanım hər şeyim vardı. Zəng edib məni söyürdü. Özünü də neçə dəfə yanıma gətirmişəm. Böyük uşağım da Rusiyada olub. Son illər münasibətimiz pisləşdi. Uşaqlarıma görə yola verirdim. Gözləyirdim ki, uşaqlar bir az böyüsün”.
Təqsirləndirilən şəxs bildirib ki, hadisə günü qayınanası onlarla söhbət edib:

“Özünə də dedim ki, qızında çatışmazlıq var, ağzına gələni danışır. Yüngül zarafatlar edirdi. Anası da qızı ilə danışdı. Söyüşlə danışırdı. Məni təhqir edirdi. Deyirdi ki, uşaq səndən deyil. Anasına da orada dedim ki, görürsən, qızının başı çatmır. Arvad da deyirdi, “bala, yola ver”. Axşam onun bu söhbəti mənə pis təsir elədi. Qayınanam getdi. Baxdım, uşaqlar yatıb. Yataq otağına keçdim. Yoldaşımı oyatdım. Çox əsəbi idim. Dedim, ağzına gələni danışma. Dedi, yaxşı edirəm. Uşaq səndən deyil. Beynim çöndü. Xəbərdarlıq elədim ki, danışığını bil. O dayanmadı, söyməyə başladı. Əlimə taxtanı aldım, yenə qayıdıb mənə dedi ki, uşaq səndən deyil. Beynim çöndü. İki-üç zərbə vurdum. Sonra otaqdan çıxdım. Getdim polisə təslim oldum”.

Məhkəmə prosesində Namiq Əkbərzadə ittiham üzrə özünü təqsirli bilərək qeyd edib ki, törətdiyi əməl nəticəsində ən ağır zərbə əslində onun özünə dəyib. İki azyaşlı övladı valideynsiz qalıb.

Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxsin əməli qəsdən törədilib və xüsusi ilə ağır cinayətdir.

Sonda məhkəmənin hökmü ilə  Namiq Əkbərzadə 120.1(qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.




Xəbərin oxunma sayı : 790




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap