Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Arvadına “Hardan pul tapım?“ deyən ər həbs edildi - Naxçıvanda ilginc məhkəmə

Tarix 09.08.24, 18:46

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvan şəhərində arvadı tərəfindən pul vermədiyi üçün polisə şikayət olunan kişi həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1960-cı ildə Şərur rayon Təzəkənd kəndində doğulmuş Q.B. barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri protokol tərtib edilib. 

Təqsirləndirilən şəxsin həyat yoldaşı onunla bağlı polisə şikayət edib. Q.B. isə məhkəmədə özünü günahkar görməyib. O, qeyd edib ki, evinin təlabatlarını qarşılamağa çalışır, amma yenə də həyat yoldaşı S.B.-nı razı sala bilmir. Həyat yoldaşı onunla bağlı yenə də qonşuların yanında deyir ki guya evə baxmır. Bu sözlər də onu əsəbləşdirir. Son hadisə zamanı - axşam saatlarında yorğun halda evə gəlib, yeməyini yeyib dincələn zaman S.B.  yenə ondan pul istəyib, o isə hirslənərək "pul yoxdur, fəhlə adamam, hardan pul tapım?" deyərək yatmağa gedib. 

Məhkəmədə təqsirləndirilən şəxsin həyat yoldaşı. şikayətçi S.B ərini xəsislikdə ittiham edib. Bildirib ki, illərdir ki, övladlarının qayğısını çəkməyə çalışır, işlədiyi dövrlərdə daim evin ehtiyaclarını ödəməyə çalışıb. Qadının iddiasına görə, ərinin istədiyi odur ki, kimsə bir qəpik pul istəməsin. Problemləri də əsasən pul üstündə olur. Artıq səbrinin tükəndiyini deyən S.B. hadisə baş verən gün yenə ərindən pul istəyib, əvəzində kişi onu söyərək təhqir edib. O da DİN-nin 102 xidmətinə zəng vurub. Polis gələndə Q.B. onlara da müqavimət göstərib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib və 20 gün müddətinə inzibati qaydada həbs edilib.



Xəbərin oxunma sayı : 1105




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap